Bakıda 2 gəncin ölümündə adı hallanan POLKOVNİK KİMDİR ?
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə “KİA”da olan 2 gənc dünyasını dəyişib.
Sabunçu Rayon Polis İdarəsində açılan cinayət işinin istintaqından narazı qalan zərərçəkmiş tərəfin vəkili Ramil Rüstəmov bir neçə gün əvvəl sosial şəbəkədə paylaşım edərək hadisədən sonra “Range Rover” markalı avtomobilin sürücüsünün dəyişdirildiyini, maşının nömrəsinin dərhal çıxarılaraq götürüldüyünü iddia edib. O, qəzanı törədən sürücünün yüksək vəzifəli şəxs olduğunu iddia etsə də, həmin şəxsin adını qeyd etməyib.
Ötən gecə isə Almaniyada yaşayan tanınmış bloqer Həbib Müntəzir hadisə ilə bağlı paylaşım edərək qəzanı törədən şəxsin Fövqəladə Hallar Nazirliyinin polkovniki olduğunu iddia edib: “Qəza olan zaman polislər "Range Rover"in dövlət nömrə nişanlarını söküblər və ərazidə nə qədər mağaza, obyekt var gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir. "Range Rover"in üzərində 10-DF-090 dövlət nişanı olub, bu da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir. Polkovnikin adına 90-ND-700 nömrəli “MINI COOPER”, 10-GV-700 nömrəli “LEXUS LX570”, 10-BS-700 nömrəli “BMW 740LI”, 10-DF-090 nömrəli “RANGE ROVER”, 10-HA-700 nömrəli “PORSCHE PANAMERA”, 90-HD-700 nömrəli “KIA OPTIMA” markalı avtomobillər var”.
Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı açılmış cinayət işi üzrə istintaq davam edir: “Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzadan sonra açılan cinayət işində və digər məlumatlarda "Range Rover" markalı avtomobilin 1960-cı il təvəllüdlü Beytulla Babayev tərəfindən idarə edildiyi qeyd edilir.
Qeyd edək ki, hadisə nəticəsində “KİA”da olan 2 nəfər gənc: Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.
Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
***
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə Əliyev Elşən Helmi oğlu adlı şəxs işləmir: “Fövqəladə Hallar Nazirliyinin strukturlarında belə bir şəxs fəaliyyət göstərmir”.
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
2 yanvar 2025 11:41
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
1 yanvar 2025 11:21
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 2024 00:03
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 2024 21:00
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 2024 18:31
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 2024 12:43
- İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu (FOTO)
28 dekabr 2024 11:29
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Eks-Deputat öldü
25 dekabr 2024 18:17
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13