İtkin hərbçini gözləyən toy... - Videoreportaj

- Asim gələn kimi, onu evləndirəcəm. Deyəcəm ki, öz seçdiyi qızla ailə həyatı qursun, mən qarışmayacam.
Bunu deyəndə sonra, Gültəkin ananın üzündə təbəssüm yaranır, gülümsəməyə başlayır. Halbuki bir neçə dəqiqə əvvəl söhbətimizdə göz yaşları dayanmırdı, amma az sonra gülür. Özünü toparlayır, heç nə olmamış kimi...
Bir neçə dəqiqənin ərzində anlayırsan ki, Asim, Gültəkin ananın həm sevinci, həm də kədəridir.
Mən burada, Ağcabədinin ən sonuncu kəndində - Yuxarı Qiyaməddinlidə Gültəkin ananın qarşısında susub farağatda dayanıram.
Azərbaycan boyda ürəyi olan qadının özünəinamı qarşısında baş əyirəm, artıq məni də inandırmağa başlayır və bunu da bacarır ki, Asim gələcək, mütləq gələcək.
Mehdiyevlər ailəsinin inamı evin həmişə açıq qalan darvazasından başlayır. İki ildir örtülməyən darvazanın açıq qalmasının tarixi 2020-ci ilin noyabrın 7-nə, MAXE Asim Mehdiyevin Vətən Müharibəsində itkin düşdüyü günə təsadüf edir. Ailənin övladı 44 günlük döyüşlər nəticəsində itkin düşmüş 6 hərbçimizdən biridir.
Həm də evin tək oğlu, üç bacının bir qardaşı, ailənin 2001-ci il təvəllüdlü sonbeşiyi...
Gültəkin ana belə danışandan, oğlunun toyunu etməklə bağlı xəyallar qurandan sonra, ona ünvanlayacağım, amma ana üçün ağır və kədərli olacaq suallar boğazımda düyünlənir. Daha deyə bilmirəm ki, anam, canım anam, hər şeyə, hər xəbərə hazırsanmı?
Deyə bilmirəm, çünki Gültəkin ana bütün cümlələri gələcək zamanda qurur, həm də "gələcək!"lə başlayan sözlə... Və digər heç nəyi qəbul etmir, yaxınına buraxmır, düşüncəsinə də gətirmir.
Deyir, mən yuxuda da görmüşəm, anayam, ona süd vermişəm, hiss edirəm, düzdür, ayağında yarası var, amma gələcək.
Bu cümlələrdən sonra necə sual verim axı? Mən ki, daşdan, dəmirdən deyiləm.
Anası deyir, kişi üçün evlənmək yaşı 25 yaxşıdır. Düzdür, Asimin 21 yaşı var, amma gələn kimi evləndirəcəm.
Reportajımız yekunlaşır, Bakıya qayıtmağa hazırlaşırıq. Ailə ilə sağollaşrıq, Asimin atası Yaqub dayının əlini sıxıram. Bu məqamda Gültəkin ana özünəinamın möhürünü vurur:
- Asim gələndə, siz yenə çəkilişə gələrsiniz...
Emin Səfərov
Video: Müzəffər İsmayılov






- Bakının GÜL cənnətindən VİDEOREPORTAJ
25 mart 2025 02:09
- Müsavat Partiyası Başqanlığına namizədi ÖLDÜRDÜ və..
17 mart 2025 13:35
- Komandirə siqaret gətirməyə gedən ƏSGƏRLƏR itkin düşüb
22 fevral 2025 16:46
- Аzyaşlı qızları oğurlayan mafiyanın başında Ramiz Mehdiyevi görürlər- ŞOK
22 fevral 2025 12:13
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 2025 18:36
- Bu, Nəcməddin Sadıkovun xəyanətlərindən biridir - 31 il keçdi
15 fevral 2025 13:58
- İllərdir axtarılan Hindistanlı milyonerin oğlunun meyiti Zaqatalada tapıldı
11 fevral 2025 11:49
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
5 fevral 2025 12:39
- İtkin şəhidin məzarı 32 İL SONRА TAPILDI
3 fevral 2025 21:14
- Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş edirik
18 yanvar 2025 11:54
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 22:38
- İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
11 aprel 22:13
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 20:54
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 20:44
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 13:41
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 13:26
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 12:39
- Xanlar Vəliyev hakim təyin edildi
11 aprel 11:57
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 11:39
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 11:20
- Repetitor yanına getmədən maksimum nəticə göstərdi
11 aprel 10:49
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 10:37
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06