XİN 60 min pul köçürüb 18 min manatlıq mal alırdı- QALANI...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.
Şahid Asif Ağayev bildirib ki, Səlim Əlizadəyə dəftərxana malları satırmış:
“Mənim öz mağazam var. 2012-ci ildən Səlim müəllim məndən mal alıb, həmişə ödənişi nəğd edib. 2020-ci ildə gəldi ki, artıq rəsmi müqavilə ilə alış-veriş edəcəyik. Biz müqavilə bağladıq. Təxminən 60 min manatdan yuxarı pul köçürdülər. Biz isə nazirliyə 18 min manatlıq mal verdik. Daha sonra Səlim müəllim nazirlikdə təmir işləri ilə əlaqədar pula ehtiyac olduğunu dedi. Məndən 42800 manat borc aldı”.
Dövlət ittihamçısı sual verib ki, 60 min manatdan qalan məbləğ Səlim Əlizadəyə verdiyi məbləğlə niyə üst-üstə düşür. Şahid sualı cavablandıra bilməyib.
Daha sonra şahid qismində Ramil Hüseynov ifadə verib. O bildirib ki, dayısı və dayısı arvadının adına açılan MMC-lərə XİN tərəfindən köçürülən pulları nəğdləşdirib: "Bir dəfə 129 min, digərində 97 min manat pulu nəğdləşdirib Asif adlı şəxsə vermişəm. Bunun müqabilində bizə 2500 manat pul verilib. Ondan da bir qismi vergiyə ödənilib. Yerdə təxminən 800-1000 manat pul qaldı. Bir müddət sonra şirkəti bağlatdırdıq".
Digər şahid Möhübbət Vəlişov bildirib ki, onun adına 5 MMC açılıb və buna görə ayda 500 manat pul alıb: “Rəsmiyyə Qazıyevə adlı tanışım vasitəsilə bu işə girdim. Mən şirkətləri açıb etibarnamə ilə ona verdim. Hər şirkətə görə mənə ayda 100 manat verilirdi. Sonradan öyrəndim ki, bu işdə qanunsuz əməllər var imiş. Maraqlananda gördüm ki, şirkətin xeyli vergi borci yaranıb. Hazırda 8 min manat borc qalmaqdadır”.
Son olaraq dindirilən şahid Sabbar Cəbrayılov "Ofis Aləmi" MMC-də çalışdığını deyib: "Səlim müəllimi tanıyıram. Bizdən mal alırdı. Sonrada Xarici İşlər Nazirliyi müqavilə bağladıq. 2020-ci ildə gəldi ki, artıq rəsmi müqavilə ilə alış-veriş edəcəyik. Daha sonra 60 min manat pul köçürüb, 18 min manatlıq mal aldılar. Qalan pulun aqibətindən xəbərim yoxdur”
Proses sentyabrın 29-da davam edəcək.
Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Azərbaycandа ƏN VАRLI QАDINLАR - Görün KİMLƏRDİR ?!
25 mart 2025 19:08
- Dövlət Məşğulluq Agentliyi bu şirkətdən 300 MİLYON dəyərində QOYUN, KEÇİ və s аlаcаq
17 mart 2025 19:03
- İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır
16 mart 2025 22:14
- Təsərrüfat müdiri məktəbin direktorunu DÖYDÜ
7 mart 2025 15:36
- 50 yaşlı qadını öldürən məktəbliyə - 10 il cəza
4 mart 2025 11:11
- Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu?
3 mart 2025 12:14
- Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edib?
2 mart 2025 11:32
- Pirverdiyevin başı Azercell- ə qarışıb
26 fevral 2025 23:00
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45