“O cür arvadı evdə tək qoyub Rusiyaya getmək, evdə qazı açıq qoyub..."
Müsahibə28 avqust 2021 20:03

Seyran Səxavət: “Onların mayasını birdəfəlik axtalamaq lazımdır ki, bir də doğub-törəyən olmasınlar...”
“Bu cür verilişlər sizin dediyiniz kimi ailə-məişət məvzusunda deyil, ailə-məişət mövzusu tamam başqa bir marşurutdur. Bunlar camaatın dərdinin üstündə şou yaradırdılar. O verilişlərdə elə adamlar gəlib iştirak edirdilər ki, onların özünün çox böyük müzakirəyə ehtiyacı var. Onlar kimisə müzakirə etməyə mənəvi haqqı olmayan adamlardır”.
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət efir məkanımızdakı verilişlərdən danışarkən deyib. Yazıçı deyib ki, özünün müzakirəyə ehtiyacı olan adamlar efirə çıxıb kimisə müzakirə edir:
“Bizim ölkəmiz ərazicə nisbətən balaca ölkədir, əhalisinin sayı da azdır. Ona görə də çinlilər demişkən biz hamımız bir-birimizi tanıyırıq, yəni hamı məlumdur. Ora çıxıb elə adamlar xalqa əxlaq dərsi keçirlər ki, deyirsən ki, bu nə yerə, nə də göyə sığan şeydir. Adamın bir abrı, həyası olar. Biz həmişə belə görmüşük. Bir söz deyəndə ani də olsa, fikirləş ki, sən özün buna əməl edirsənmi, etmirsənmi, ümumiyyətlə, sən kimsən, nəçisən, məssəbin, mövqeyin nədir. Normal adamlar o verilişə getmədiyi üçün ona görə də bu cür adamları efirə çıxarırlar. Mən illər öncə bir verilişdə qonaq oldum və orda əslən ölkəmizin cənub bölgəsindən olan qırx yaşlı bir kişi gəlib şikayət edirdi ki, “bəs getmişəm Moskvada pul qazanıram, arvadıma yollayıram və gəlib görmüşəm ki, arvadım əvvəlki evimi də satıb, özünə yeni ev alıb və adına da keçirib. Bundan başqa özünə bir dənə ər də tapıb”. Orda kişiyə dedim ki, o cür arvadı evdə tək qoyub Rusiyaya getmək, evdə qazı açıq qoyub harasa getmək kimi bir şeydir.
İndi bunlar o qədər əttökən verilişlərdir ki. Məsələn, arıqlamaq üçün insanlar müxtəlif prosedurlar həyata keçirirlər, kimlərsə çörək yemir, ac qalır, idmanla məşğul olur və sair. Əgər arıqlamaq istəyən adamların içində vicdanlı adamlar varsa, (təbii ki var) elə onlar o cür verilişlərə baxıb ətləri tökülər. Ümumiyyətlə, bu cür verilişlərin kökünü kəsmək lazımdır. Bunlar sözün pis mənasında o qədər sırtıq verilişlərdir ki, onları kəssən də təzədən cücərə bilər. Bəzi ağaclar var ki, kəsirsən və görürsən ki, yenə cücərir. Amma onun dibinə salyarka, benzin və neft tökəndən sonra daha cücərmir. Ona görə də o cür verilişlərin də dibinə salyarka, neft, benzin tökmək lazımdır ki, bir daha cücərməsinlər. Bu xalqı nə günə qoydular. Həmişə demişəm ki, bizdə milli şüur sıfırdan aşağıdır. Buna görə bəziləri mübahisə edirdi, amma son hadisə sübut etdi ki, mən haqlıyam. Bir imam peyda olmuşdu və ona olan münasibət sübut etmədi ki, bu xalqın şüuru sıfırdan aşağıdır? Əlbəttə, etdi. Sıfırdan aşağı enməyin elə ən böyük səbəbi bu cür verilişlərdir. Onların kökünü kəsmək, birdəfəlik məhv etmək, mayasını axtalamaq lazımdır ki, bir də doğub-törəyən olmasınlar”.
Oxşar xəbərlər
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
Xəbər lenti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
Video & Fotoqalereya
Video
Fotoqalereya