Ərəblərin quş ovunun sirri - şəhvəti artıran maddə ...
İdman29 mart 2021 00:07

Azərbaycanda ərəblərin şikar ovlaması ciddi müzakirə olunmaqdadır. Ancaq bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu barədə Qərb mətbuatında da mütəmadi məlumatlar yayılır. “BBC”nin yenicə yaydığı materiala nəzər salaq. Məqalə “Hunting rare birds in Pakistan to feed the sex drive of princes” (Şahzadələr cinsi həvəsi gücləndirmək üçün Pakistanda nadir quşları ovlayırlar) adlanır.
“1983-cü ildə iki ordu zabiti Pakistanın cənub-qərbindəki kiçik sahil şəhəri olan Pasnidə avtomobilləri icarəyə verən bir ofisin qarşısında dayandı. Onlardan biri şirkətin sahibindən soruşdu: "Yaxşı bir avtomobiliniz varmı? Ərəb şeyxini Panjqura aparmalıyıq". Şirkət sahibi onlara “var” dedi və oğlu Hənifi zabitlərə yol göstərmək üçün bələdçi kimi göndərdi. Yaxşı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) altı kral ailəsindən birinə aid olan şahzadə Surur bin Məhəmməd əl-Nahyan üçün idi. Təxminən 100 km qət edərək Panjguraya getdilər. Bəziləri tərəfindən əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq (lat. Chlamydotis undulata) ovlamaq istəyirdi. Şeyx maşını bəyəndi və o vaxt 31 yaşı olan Hənif ilə birlikdə ova getdi. Beləliklə, uzun bir dostluğun əsası qoyuldu, indi Hacı Hənif kimi tanınan şəxs başına gələnləri anladır. Otuz yeddi il sonra da o, hər il Pakistana gözəl baladoydaq quşunun ovu üçün gələn kralı ailəsi üzvlərini hər dəfə şəxsən müşayiət edir”.

“Əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq quşu” ifadəsinə diqqət etdinizmi? Afrodisyak bitki və canlılarda olan bir maddədir. O insanda şəhvət hissini kəskin şəkildə gücləndirir. Elə bu səbəbdən də ərəb şeyxləri gözəl baladoydaq quşlarına xüsusi maraq göstərirlər.
Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu quşlardan Azərbaycanda da var. Sayı kritik həddədir. Yaxın gələcəkdə nəsli kəsilə bilər. Bu quşların rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur. Daha çox hinduşkaya bənzəyir.
Yenidən “BBC”nin reportajına qayıdıaq. Yazıda qeyd olunur: "Pakistanda bəziləri iddia edir ki, Körfəz ölkələrindən gələn şeyxlər təkcə ov etmirlər, həm də sərmayəyə ciddi ehtiyacı olan Pakistana maddi dəstək verirlər. Digərləri isə əmindir ki, ərəb şeyxləri Pakistana ovdan zövq almaq üçün gəlirlər. Əsasən noyabr-fevral ayları ov üçün daha münasibdir. Şeyxlər də elə o vaxtı Pakistana təşrif buyururlar.
Yaşı altmışı çoxdan ötmüş Hacı Hənifə ərəb şeyxlərinə qulluq etmək üçün kömək lazımdır. Hazırda Hacının 3 oğlu bu işlə məşğuldur. Onlar avtomobillərin saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyırlar, şeyxlərin gətirdiyi şahinlərin məşq etməsi üçün havaya göyərçin uçurdurlar. Şahinlər göyərçini göydə caynağına keçirir...".

Məqalənin müəllifi Saher Baloç yazır ki, ərəb şeyxləri Pakistana 1973-cü ildən ayaq açıblar. Hazırda vəziyyət belədir ki, Pakistanın ov üçün münasib olan əraziləri BƏƏ, Qətər və Səudiyyə Ərəbistanından gələn kral ailələri arasında bölüşdürülüb. Hər kəs öz ərazində ov edir.
Qeyd olunur ki, bu quşlar öncə Ərəbistan yarımadasında da yaşayırdı. Ancaq ərəb ovçular onların kökünün demək olar ki, kəsdi. Elə o vaxtdan da varlı ərəblər gözəl baladoydaq quşlarının dalınca başqa ölkələrə üz tutublar. Hazırda Yer üzündə 50-100 min arası gözəl baladoydaq quşu yaşadığı təxmin edilir.
Bəs, bu məsələ ilə bağlı Pakistan mətbuatı nə yazır? Deyirlər ki, ərəb şeyxləri 1960-cı ilin sonlarından Pakistanda görünüblər. Onların ov zamanı törətdiyi xoşagəlməz hərəkətlər xalq tərəfindən hiddətlə qarşılanıb. 1972-ci ildə etirazlar o həddə çatdı ki, hökumət bu quşların ovunu qadağan edib. Rəsmi qadağaya baxmayaraq, bütün hökumətlər dönəmində ərəblərə qış aylarında ova getməyə icazə verilirdi. Düzdür, müəyyən məhdudiyyətlər şərti ilə. Məsələn, ova icazə alan hər bir ərəb 10 gün ərzində 100-dən çox gözəl baladoydaq quşu ovlaya bilməzdi. Bu barədə Pakistanın “dawn.com” saytı yazıb. Nəşr onu da vurğulayıb ki, məhdudiyyətlər ovçuları daha da qızışdırır. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanından gələn şahzadə 3 həftə ərzində 2100 gözəl baladoydaq quşu ovlamışdı. Ətraf mühiti qoruyanların təkidi ilə quş ovuna yenidən qadağa qoyuldu. Ancaq az sonra qadağa aradan götürüldü. Maraqlıdır ki, həmin məqalə Hindistanda geniş rezonans doğurub. Çünki Pakistan nəşri bildirib ki, ərəb kral ailələrinin ov etməsinə Hindistan, Nepal, İran və Çin kimi ölkələr qəti icazə vermirlər.

Pakistan mətbuatı onu da yazır ki, Baş nazir İmran Xan müxalifətdə olanda heyvan ovuna qarşı çıxıb. Ancaq o, iqtidara gəldikdən sonra Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum və onun ailəsinə Pakistanda ov etmək üçün xüsusi icazə verib.
Ərəb şeyxləri ov zamanı şahin və qartallardan, xüsusi ov itlərindən, hətta pişik cinsinə mənsub olan çitalardan da istifadə edirlər. Citalar sıfırdan 120 km/s sürətə sadəcə 3.5 saniyəyə çatırlar. Heç bir heyvan bu yırtıcının qabağından qaçıb canını qurtara bilməz. Ancaq ərəb şeyxləri şəhvət hissini gücləndirdiyinə görə əsasən baladoydaq quşlarının ovuna çıxırlar. Elə bu səbəbdən də daha çox şahindən istifadə edirlər. Şahinlərin uçuş sürəti 390 km/s bərabərdir.
Qətərdə hər il şahinlə ov festivalı keçirilir. Dünyanın ova maraq göstərən zəngin insanları ora axışır. Normalda 40 növü olan şahinin satış qiyməti 5-25 min dollar arasıdır. Ancaq ərəb şeyxləri maraq göstərəndə bəzən bu qiymətlər 250 min dollara qədər qalxır.
Elbəyi Həsənli, Sürix
Oxşar xəbərlər
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
7 aprel 2025 15:35
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Dünyanın ən uzun boylu qəbilələrindən biri: Maasailərin sirri nədir?
16 mart 2025 11:42
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya