Milyonlarla ürəyin kədəri və inamı... - Fotolar

Xocalı faciəsindən 29 il ötür. Bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. İndi artıq Qarabağda bərpa və quruculuq dövrü başlayıb.
Soyqırımının ildönümündə tariximizə qanla yazılmış Xocalı səhifəsinə bir daha nəzər salaq.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və Xocalı soyqırımı
Tarixə qısa ekskurs etsək görərik ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Zənnimizcə, əlavə şərhə ehtiyac qalmır. Xocalı dəhşətini sözlə təsəvvür etmək qeyri-mümkündür. Həmin vaxt çəkilmiş fotolar sanki dil açıb danışır, şahid ifadələri tük ürpədir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
“Xocalıya ədalət!” deyənlərin səsi daha gur eşidilir
Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. Bu istiqamətdə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Bir müddət sonra, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına start verilib. Bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət strukturları ilə birlikdə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır.
Ötən müddətdə həyata keçirilən ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa edilir. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.
“Xocalıya ədalət!” deyənlərin səsi getdikcə daha gur eşidilir, ədalətin tam zəfəri addım-addım yaxınlaşır.
Xocalı soyqırımının xarici mətbuatda əks-sədası
Xocalı faciəsi baş verən zaman Azərbaycanda olmuş xarici jurnalistlərin öz gözləri ilə gördükləri, yaxud hadisə şahidlərinin dedikləri əsasında yazdıqları materiallar ədalət mühakiməsi üçün təkzibedilməz sübutlar ola bilər.
“Washington-Post” qəzeti (2 mart 1992-ci il): Öz məqaləsinə “Qarabağda cəsəd təpələri” başlığı qoyan Anatol Liven yazır: “Erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulduq. Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı enərkən ətrafa səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarca insan cəsədi görünürdü.
Azərbaycanlılar bildirirlər ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000 nəfər yaralanıb, donub ölüb, yaxud da itkin düşüb. Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Vertolyot 4 cəsəd götürə bildi. O vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarca meyit görünür. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cəsədlərə baxdıq. Yaşlı iki kişi və kiçik qızcığaz qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu”.
“Times” qəzeti (3 mart 1992-ci il): “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni sübut əldə olunub. Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Ermənilərin atəş açması meyitlərin hamısını yığmağa imkan verməmişdi. İnsanların başlarının dərisi soyulmuşdu.
“Le Monde” qəzeti (14 mart 1992-ci il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.
“İzvestiya” qəzeti (13 mart 1992-ci il): Mayor Leonid Kravets deyir ki, o özü şəxsən təpədə yüzə yaxın meyit görüb. Bir oğlanın başı qoparılmışdı. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
“New York Times” (3 mart 1992-ci il): Brayn Killen Dağlıq Qarabağda onlarla insan meyitinin səpələndiyini bildirir. Yazır ki, bu, 4 ildən bəri davam edən döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımının sübutudur. Oradan yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağılmışdı. Yerli məsciddə daha 6 cəsəd vardı, onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!” deyə qışqırırdı. Cəsəd arxası üstə uzadılmışdı, sağ əli donduğundan bükülməmişdi.
Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedilər ki, onlar da oxşar, ancaq miqyasca bundan daha böyük mənzərənin şahidi olublar. Bir rus jurnalistin dediyinə görə, o, 50 metrlik sahədə 30 meyit sayıb.
“Reuters”in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görüb. O deyir: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı”.
Fransalı reportyor Jan-İv-Yunet yazır: “Biz Xocalı faciəsinin nəticələrinin canlı şahidi olduq. Ölmüş yüzlərlə insanın meyitlərini öz gözlərimizlə gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində dayanan insanlar var idi. Bizə vertolyot vermişdilər. Havaya qalxaraq yuxarıdan gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdu və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq dayandıraraq geri qayıtmalı olduq. Mən müharibə haqqında çox eşitmişəm, alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq ermənilər dinc əhalini və 5-6 yaşlı uşaqları öldürməklə vəhşilikdə onları belə arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçalarında və məktəb siniflərində çoxsaylı yaralılar gördük”.
Başları kəsilmiş insan cəsədləri. Bu mənzərəni çalışdığı “İzvestiya” qəzetində V.Bellax belə qələmə alır: “Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq yerlə sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”.
“İndependent” qəzeti: Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdü.
Vertolyotun pilotu bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmayıb. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 nəfərə yaxın idi.
Pilot deyirdi: “İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. O, ölmüş anasının qolundan tutaraq yerdən qaldırmaq istəyirdi. Biz enməyə çalışdıq, amma ermənilərin atəş açmağa başlaması bizi qayıtmağa məcbur etdi”.
Milyon-milyon ürəyin kədəri və inamı
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək idi. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Bunun nəticəsi olaraq Qarabağ düşmən tapdağından xilas olundu.
Faciənin 29-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin doqquz il əvvəl dediyi sözlər yada düşür: “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”. Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.
Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin – sarkisyanların, koçaryanların, balayanların və əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış digər cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini inamı daha da artırdı. Prezidentimizin qətiyyəti, hadisələrin gedişi göstərir ki, o gün çox da uzaqda deyil.
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 2025 20:23
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35