Rusiya Qazaxıstandan TORPAQ istəyir
Reportaj24 dekabr 2020 10:55

Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya” Partiyasından olan üzvü Vyaçeslav Nikonov Qazaxıstana qarşı ərazi iddiaları irəli sürüb. O bəyan edib ki, "Qazaxıstan (tarixən) mövcud olmayıb, şimal hissəsi ümumiyyətlə, məskunlaşmamışdı. Qazaxlar cənubda mövcud idilər. Respublikanın (Qazaxıstanın) ərazisinin böyük hissəsi Rusiya və SSRİ tərəfindən "bağışlanıb””.
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi rusiyalı deputatın iddialarını sərsəmləmə adlandırıb. Rusiyanın səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılaraq sərt etiraz bildirilib. Rusiyada isə Qazaxıstana ərazi iddiaları irəli sürənlərin sırası genişlənir.
Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya” Partiyasından olan üzvü Yevgeni Fyodrov isə rəsmi Astananın addımlarını sərt tənqid edib. O, bir daha "Qazaxıstana bağışlanan ərazilər"dən danışaraq Qazaxıstan XİN-nin reaksiyasını nankorluq kimi qiymətləndirib. Onun sözlərinə görə, Qazaxıstan Sovet dövründə ərazilərin bir hissəsini icarəyə götürüb, SSRİ-dən çıxandan sonra isə əraziləri geri qaytarmalı idi.
Fyodrov çıxışı zamanı Qazaxıstanın Rusiya ilə vahid dövlət şəklində birləşməsinin labüdlüyünə dair çağırış da edib.
Siyasi müşahidəçilərin fikrincə, Rusiya Dövlət Dumasının üzvlərinin Qazaxıstanla bağlı dedikləri təsadüf deyil. Rusiyada zaman-zaman Qazaxıstana qarşı ərazi iddiaları irəli sürülüb. Lakin rəsmi Astananın indiyə qədər apardığı rasional siyasəti Kremlin niyyətini qismən də olsa neytrallaşdıra bilmişdi. Son illər isə Nazarbayev başda olmaqla Qazaxıstan rəsmiləri dövlətçilik tarixlərini önə sürməklə Rusiyanın iddialarına qarşı çıxmağa başladılar. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Gömrük İttifaqının üzvü olmasına baxmayaraq, Rusiyanın təhdidi ilə üzləşməsi qəribə görünə bilər. Ancaq fakt budur ki, rəsmi Astana Rusiyanın hegemon olduğu təşkilatlarda üzv olmaqla yanaşı son illər müstəqil daxili və xarici siyasət aparmağa başlayıb. Və regional layihələrdə müstəqil şəkildə iştirak etməyə can atır. Görünür, Kreml Qazaxıstanı məhz regional layihələrdən çəkindirmək üçün ərazi iddialarının gündəmdə qalmasına çalışır…
Orxan Əhmədli
Oxşar xəbərlər
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- DƏHŞƏT! Moskvada FSB binasının önündə PARTLAYIŞ - Prezident Administrasiyasına məxsus avtomobil göyə sovruldu
30 mart 2025 00:02
- Türkün qanının su yerinə axdığı çay
28 mart 2025 15:24
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
Xəbər lenti
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
04 aprel 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
04 aprel 21:25
- 10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır
04 aprel 21:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
04 aprel 19:29
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
04 aprel 19:04
- Bakcell-in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
04 aprel 18:47
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
03 aprel 16:42
- Bakı Metropoliteni- ndə yeni rəis
03 aprel 16:26
- Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün araşdırma müsabiqəsinə start verdi
03 aprel 16:02
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
03 aprel 13:24
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
Video & Fotoqalereya
Video
Fotoqalereya