"Ermənilərin qorxulu yuxusu" yenidən döyüşmək istəyir

Cəbhədə vəziyyət gərginləşəndən hərbi və diplomatik yolda atdığı qətiyyətli addımlara, mübarizə əzminə görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
Sfera.az "Prezidentə məktub var” rubrikasında növbəti diqqətçəkən məktubları təqdim edir.
Prezidentə məktub yazanlar arasında II qrup Çernobıl əlili də var.
II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteranı - " Ermənilərin qorxulu yuxusu " Mehman Muradov yazır:
"Hörmətli cənab Prezident. Mübarək bayrağım, Vətənimizn ərazi bütövlüyü, torpağımın hər qarışı uşaqlığımdan amalım, sevgim olmuşdur. Gənclik illərində könüllü olaraq Çernobıl iştirakçısı oldum. 1990-cı illərin əvvəllərində isə canımdan, həyatımdan əziz Vətənimə, torpağıma göz tikən azğın erməni vəhşilərinə qarşı könüllü olaraq döyüşlərə yollandım. Bir kəşfiyyatçı kimi ağır döyüşlərdən keçdim. İndi, Sizin komandanlığınız altında Vətənimin işğal olunmuş torpaqlarının azad olunması üçün gedən ağır döyüşləri görürəm və mən də təcrübəli döyüşçü kimi həmin döyüşlərdə iştirak etmək istəyirəm. Müzəffər Ali Baş Komandan, mənə etimad göstərilərsə, bu eitmadı doğruldacağıma əmin ola bilərsiniz. Vətən torpaqlarının azadlığı üçün ön cəbhədə olmaq mənə böyük şərəf olardı.
Hörmətlə, Mehman Muradov Məhkum, II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteran Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi”.
Məhkum Valeh Hüseynov yazır :
"Hörmətli cənab Prezident.
Bu gün Sizin sayənizdə Azərbaycan Ordusu ən müasir silahlara malikdir. Amma igid əsgərimizin daha bir güclü silahı da var. Bu, Vətən sevgisi, torpaq qeyrətidir. Hamının qeyrət nümayiş etdiyi bir vaxtda məni məhkumluqdan azad edilərək Vətən torpaqlarının müdafiəsinə göndərilməyimi xahiş edirəm. İcazə verin, xalqım üçün çox məsuliyyətli olan dövrdə könüllü olaraq cəbhəyə yollanım, Vətənə ləyaqətlə xidmət edim. Vətən anadır, müqəddəsdir. Onu müqəddəs ana kimi qorumaq hər birimizin borcudur! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!
Hörmətlə, Valeh Hüseynov Məhkum Azərbaycan Respublikası, Bakı şəhəri”.
Vaxtı ilə hərbçi olan lakin indi azadlıqdan məhrum edilən Nurlan Məmmədov: "Azadlıqdan məhrum edilməyim vətənpərvərlik hisslərimə zərrə qədər də mənfi təsir göstərməyib”
"Hörmətli Prezident, müzəffər Ali Baş Komandan. Mən Goranboy rayonunun Dəyirmanlar kəndində anadan olmuşam. DİN-nin hərbi hissəsində gizir rütbəsində xidmət etmişəm. Xidmət zamanı yol verdiyim bir səhvə görə azadlıqdan məhrum edilmişəm və hazırda cəzamı çəkirəm. Əməlimdən səmimi peşmanam. Azadlqdan məhrum edilməyim vətənpərvərlik hisslərimə zərrə qədər də mənfi təsir göstərməyib. Əksinə, indi düşmənin yaşayış məntəqələrimizi ağır silahlarla atəşə tutması və dinc əhaliyə zərər verməsi mənim onlara qarşı nifrətimi artırır və ürəyimdəki qisas hissi mənə rahatlıq vermir.
Hazırda Sizin komandanlığınız altında gedən Vətən müharibəsində Ordumuzun göstərdiyi rəşadət nəticəsində işğal altında olan torpaqlarımız azad edilir. Bu gün hər kəs silaha sarılaraq bu müqəddəs savaşda öz vətəndaşlıq borcunu yerinə yetirdiyi bir zamanda mənim birinci dərəcəli ehtiyat hərbçi kimi cəzaçəkmə müəssisəsində olmağım özüm üçün vicdan əzabıdır.
Müzəffər Ali Baş Komandan, Vətənə sədaqət andı içmiş bir hərbçi kimi döyüş əməliyyalarına cəlb olunmağımı arzulayıram. Döyüş əməliyyatları yekunlaşandan sonra cəzamın qalan hissəsini çəkməyə hazıram.
Bir daha Sizə, Azərbaycan dövlətinə və xalqıma sadiq qalacağıma and içirəm!”.
VI sinif şagirdi Təranə Hüseynli : " Atam Şuşa azad olunan gün qurban kəsəcək”
"Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.Mən Qaraçuxur qəsəbəsi 318 nömrəli məktəbin 6-cı sinfində oxuyuram. Mən də, qardaşlarım da əlaçıyıq. Bu məktubu Sizə şuşalı pəhləvanlar, Vətənini, Prezidentini sevən ailəmiz adından yazıram. Şuşalıyam, azərbaycanlıyam, qarabağlıyam. Şuşada məşhur olan Qaçay pəhləvanın nəvəsiyəm. Yaşıdlarım kimi, mən də Şuşanı görməmişəm. Amma Şuşanın gözəlliyi, havası, suyu haqqında çox eşitmişəm. Mən də hamı kimi son günlər çox sevincliyəm. Ailəmiz hər saat Sizdən xoş xəbərlər gözləyir. İnanıram ki, tezliklə atamın doğulub-böyüdüyü Şuşamıza gedəcəyik. Siz bizim xilaskarımızsınız! Mən Sizi çox istəyir və Sizinlə fəxr edirəm. Əziz Prezidentimiz, atam deyir ki, Şuşa azad olunan gün qurban kəsəcək. İnanıram ki, o gün tezliklə gələcək. Əziz Prezidentimiz, mən nə vaxtsa Sizinlə Şuşada görüşəcəyimi həmişə möcüzə saymışam. Amma indi buna bir reallıq kimi inanıram. Atam həmişə ümid edirdi ki, biz mütləq Şuşaya qayıdacağıq. Ona görə də qardaşımın adını Ümid qoyub. Siz bizim ümidimiz, pənahımızsınız.
Allah Sizi qorusun! Sizi çox sevirik. Qarabağ Azərbaycandır!
Hörmətlə, Təranə Hüseynli Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi”.
III sinif şagirdi, əslən Laçından olan Aydan Xələfli ad gününü Laçında qeyd etmək istədiyini bildirir:
"Əziz Prezidentimiz. Mən 3-cü sinif şagirdiyəm. Əslən Laçın rayonunun Mişni kəndindənəm. İşğal olunmuş torpaqlarımızın azad olunmasına mən də çox sevinirəm. Sizə çox minnətdaram. Hörmətli Prezidentimiz, mənim də ad günüm dekabrın 24-dür, yəni Sizin doğulduğunuz tarixlə eyni gündədir. Arzum budur ki, Milli Ordumuz Laçın rayonunu düşməndən azad etsin və biz ad günümüzü Laçında qeyd edək. Yaşasın Milli Ordumuz! Qarabağ bizimdir, bizim olacaq!”.
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
7 aprel 2025 13:19
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
6 aprel 2025 18:28
- Yenidən CHP sədri seçildi
6 aprel 2025 17:45
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16