İsraildən Bakıya tarixi mesaj - səfirliyin açılışı tezləşsə...

"Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm”.
Musavat.com xəbər verir ki, bu fikirlər İsrail Dövlətinin Prezidenti Reuven Rivlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. "Eyni zamanda Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”, - məktubda bildirilib.
***
Qeyd edək ki, ölkəmizin Təl-Əvivdə səfirliyi olmasa da, Azərbaycanla İsrail dövlətləri arasında əlaqələr yüksək səviyyədədir. İsrail bizim neft alıcılarımızdan biridir (Bakı-Ceyhan). Xüsusən də hərbi və hərbi-texniki sferada əməkdaşlığımız yüksələn xətlə davam etməkdədir. Yəhudi dövləti silahlı qüvvələrimizin hərbi və döyüş potensialının artırılmasında, bütövlükdə ordu quruculuğunda mühüm rol oynayan ölkədir.
O sırada pilotsuz uçan aparatların (PUA) birgə istehsalı sahəsində də tərəflər kifayət qədər uğurlara imza ayıb və belə birgə əməkdaşlıq özünü 2016-cı ilin "4 günlük” aprel savaşında qabarıq şəkildə göstərib. Azərbaycan hətta yeganə ölkədir ki, İsrail LORA müasir kompleksləri yalnız ona satıb. Həmçinin informasiya-kəşfiyyat, bütövlükdə milli-təhlükəsizlik sahələri üzrə iki ölkə effektli əməkdaşlıq içindədir. Qarşılıqlı insani-humanitar, lobbi fəaliyyətləri də öz yerində.
İsrail Dövlətinin Prezidenti Reuven Rivlin
Məhz sadalanan amillərin hesabına nə Qarabağ məsələsində, nə də uydurma "erməni soyqırımı” məsələsində İrəvan, erməni lobbisi yəhudi dövlətinin "saqqızını” oğurlaya bilməyib, illərdir atdığı "qarmaqlar” nəticə verməyib. İsrail istər saxta "genosid”, istərsə də Qarabağla bağlı beynəlxalq hüquqa söykənən prinsipial mövqeyini saxlayır, Dağlıq Qarabağ da daxil, Azərbaycanın 20% ərazisinin erməni işğalı altında olduğunu vaxtaşırı bəyan edir. Ərazi bütövlüyümüzü qeyd-şərtsiz müdafiə edir - hansı ərazi bütövlüyü ki, onun uğrunda şəhid olub Milli Qəhrəman adı alanlar arasında Bakı yəhudisi Albert Aqarunov da var.
Ermənistan isə SSRİ dağılan kimi yəhudi etnosu da daxil olmaqla, öz ərazisindəki bütün digər milli azlıqları, daha doğrusu, azərbaycanlı əhali başda olmaqla, köklü xalqları zorla qovaraq monoetnik ölkəyə çevrilib. Bu azmış kimi, son illər işğalçı ölkədə yəhudi xalqına Xolokost yaşatmış faşistlərin əlaltısı olan Qaregin Njde kimi cinayətkarlar qəhrəmanlaşdırılıb, onlara heykəllər qoyulub - hansı ki, haqlı olaraq yəhudi dövlətində də sərt etiraz doğurub. Özü də bu rəğbət Ermənistanda rəsmi səviyyədə də mövcuddur!
*****
İndi belə bir "dövlət” İsraildə səfirlik açmaq istəyir. Xəbər verildiyi kimi, məsələ ilə bağlı İranda, Ermənistan səfirliyi qarşısında artıq bir neçə dəfə etiraz aksiyası keçirilib - şübhə yox ki, həm də rəsmi qurumların rüsxəti ilə. Etirazçılar Ermənistanı İrana münasibətdə riyakar siyasət aparmaqda ittiham ediblər.
Belə ittihamlar əlbəttə ki, tam əsaslıdır. Çünki İran işğalçı ölkənin xarici aləmlə quru əlaqəsi saxladığı iki ölkədən biridir (digəri Gürcüstandır). Daha dəqiqi, əsas "nəfəslik” rolundadır. O da sirr deyil ki, Dağlıq Qarabağ konfliktinin bunca uzanmasında bu "nəfəsliyin” rolu böyükdür. Cənub qonşumuzun işğal altındakı Dağlıq Qarabağa zaman-zaman maddi-humanitar yardımlar etməsi barədə də mediada kifayət qədər faktlar dərc olunub.
Bütün bunları görməzdən gələn ermənilərin İsrail dövlətində səfirlik açmaq istəyi aydındır ki, İranda güclü qıcıq yaradacaqdı və yaratdı da. Ancaq bu, ilk növbədə Azərbaycana qarşı olan, daha dəqiqi, Qarabağ məsələsində İsrailin, beynəlxalq yəhudi lobbisinin mövqeyini öz xeyrinə dəyişməyə hesablanmış məkrli bir gedişdir.
*****
Sözsüz ki, səfirlik açılarsa, Tehranın İrəvana hansısa cavabları olacaq. Hərçənd Rusiyanın forpostu olan Ermənistan İran üçün heç vaxt ciddi iqtisadi önəm kəsb etməyib. Azərbaycan isə Ermənistandan fərqli olaraq, İrandan bir elə asılı dövlət deyil.
Onunla ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlıq içində olan müstəqil ölkədir. İqtisadi cəhətcə sərbəst ayaqda durmağı bacaran, balanslı siyasət yürüdən dövlətdir. Ən önəmlisi, Bakı hansısa ölkə ilə öz siyasətini üçüncü dövlətin əleyhinə qurmur.
Bu mənada İsraildə Azərbaycan səfirliyi açılacaqsa belə, bu, İran dövlətinin əleyhinə ola bilməz. Tehranın buna reaksiyası da düşünmürük ki, Ermənistana olan reaksiya kimi sərt olacaq. Hər necə olmasa, İsrail və Azərbaycan onsuz da strateji tərəfdaşdırlar və sadə məntiq səfirliyin açılmasını çoxdan zəruri edir. İşğalçı ölkə isə İsraillə ciddi əlaqələrə malik deyil.
Lakin o da var ki, Ermənistanın İsraildə səfirlik açması, hər halda, Azərbaycanı fakt qarşısında qoyacaq və bizim də orada diplomatik nümayəndəliyimizin qurulması artıq zaman məsələsinə çevrilmiş olacaq, tezləşəcək.
İsrail prezidentinin mesajındakı əsas sətiraltı məna da, bizcə, elə bundan ibarətdir ki, Bakı İrəvanın məkrli gedişini sıfırlamağa tələssin və uzağı, İlham Əliyevin yəhudi dövlətinə səfəri zamanı iki dövlət arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümündə rəsmi nümayəndəliyin açılışı reallaşsın.
Əlavə edək ki, bu 30 ildə ilk dəfə olaraq, yəhudi dövləti ən yüksək səviyyədə rəsmi Bakıdan səfirlik xahişi edir...
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
6 aprel 2025 14:31
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 22:38
- İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
11 aprel 22:13
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 20:54
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 20:44
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 15:41
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 13:47
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 13:41
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 13:26
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 12:39
- Xanlar Vəliyev hakim təyin edildi
11 aprel 11:57
- Kredit borcu olan pensiyaçılara ŞAD XƏBƏR
11 aprel 11:39
- İlham Əliyev Ersin Tatarla görüşdü
11 aprel 11:20
- Repetitor yanına getmədən maksimum nəticə göstərdi
11 aprel 10:49
- Dünyanın ən xoşbəxt şəhəri seçildi
11 aprel 10:37
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06