Milli Məclisdə işləyən icra başçılarının və deputatların yaxın qohumları (SİYAHI)
Reportaj7 aprel 2020 16:33
Parlament rəhbərliyinin Milli Məclisdə struktur islahatlarına dair sərəncamı informasiya məkanında böyük əks-səda doğurdu. Pandemiyanın yaratdığı qlobal təhlükə fonunda ölkəmizdə insani itkilərin, o cümlədən sosial-iqtisadi xarakterli ziyanların minimuma endirilməsi üçün bütün dövlət hakimiyyəti orqanlarında səfərbərlik yaşandığı dövrdə Milli Məclisdə belə mühüm siyasi qərarın verilməsi sübut edir ki, VI çağırış Məclisin rəhbərliyi öz qarşısında daha strateji məqsədlər müəyyənləşdirib və ona çatılması istiqamətində zəruri addımların atılması üçün aylarla gözləmək fikrində deyil.
Bu, ölkə miqyasında köklü islahatların həyata keçirildiyi mərhələ üçün ciddi zaman itkisi olardı. Milli Məclisin işinin xalqın gözləntilərinə və tələblərinə uyğun şəkildə qurulması üçün başqa alternativlərin qalmadığını indi tam əminliklə söyləmək olar. Bu baxımdan, onu da xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Nazirlər Kabinetində istər Baş nazir səviyyəsində, istərsə də onun aparat heyəti səviyyəsində mühüm dəyişikliklər aparılıb. O cümlədən belə dəyişikliklər Prezident Administrasiyasında həyata keçirilib. Bu, bütövlükdə dövlət idarəetmə elitasında ciddi konstruktiv dəyişikliyin baş verdiyini göstərir.
Eyni zamanda xalq təmsilçiliyini həyata keçirən Milli Məclisin özündə də müvafiq istiqamətdə addımlar atılmağa başlayır. Göz önündə olan mənzərə bundan ibarətdir ki, Milli Məclisin başlıca qayğısını burada daha çox vəzifəli şəxslərin yaxınlarının özlərinə "isti” yer etməsi təşkil edir. Milli Məclisin hazırkı kadrlar siyahısına nəzər saldıqda, onun formalaşmasında bir çox hallarda nepotizm, qəyyumçuluq prinsipindən çıxış edildiyi aydın görünür. Belə ki, Parlamentdə həm deputatların, həm də icra orqanları rəhbərlərinin övladları və yaxın qohumları lövbər salıblar. Bu isə o anlama gəlir ki, həmin şəxslər qanuni mexanizmləri deyil, onları himayə edənlərin vəzifə mövqeyindən istifadə edərək iş yerləri "qazanıblar”. Ötən illər ərzində Milli Məclis Aparatının faydalı iş əmsalının aşağı olması elə bu amillə əlaqələndirilməlidir. Bu səbəbdən də, himayəçilik əsasında işlə təmin olunmuşlar əsasında formalaşmış Milli Məclis Aparatında kimlərin yer aldığına diqqət yetirmək maraqlı olardı. Parlament jurnalistləri qismində plenar iclasları işıqlandırmağa gedərkən himayəçilik əsasında özlərinə yer etmiş kadrların nə dərəcədə yarıtmaz və qeyri-peşəkar olduqlarını daim müşahidə edirik.
Məsələn,
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu və bacısı oğlu,
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu,
Qobustan Rayon İcra Hakimiyyətinin başçısının oğlu,
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu,
Mingəçevir, Quba və Göyçay rayonlarında İcra Hakimiyyətinin başçısı işləmiş Mübariz Ağayevin oğlu Milli Məclisdə "çalışmaqdadırlar”.
Bundan başqa, Milli Məclisin deputatları Nizami Cəfərovun, İlham Məmmədovun oğulları,
həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda isə Milli Məclisin komitə rəhbəri Hicran Hüseynovanın analitik şöbədə çalısan qızını da qeyd etmək olar.
Burada son illər ərzində KİV-də Oqtay Əsədov tərəfindən sabiq MTN-nin rəhbəri Eldar Məhmudov və MTN generallarının xətti ilə yerləşdirilənlər haqqında gedən məlumatlardan heç danışmağa dəyməz.
Təbii ki, bunları yazmaqda məqsədimiz vəzifəli şəxslərin qohum-əqrəbasının haradasa işləməsinə qarşı çıxmaqdan ibarət deyil. Bu, əlbəttə ki, hüquqi cəhətdən düzgün yanaşma olmazdı. Bir-iki belə halların olmasını cəmiyyət normal qarşılayardı. Lakin reallıq ondan ibarətdir ki, qanunverici orqan olan Milli Məclisdə ən ciddi qeyri-qanuni işlər həyata keçirilib. Məsələn, demək artıqdır ki, əgər işə qəbul şəffaf aparılıbsa, onda nə üçün sabiq spikerin onlarla yaxın qohumu Milli Məclisdə təmsil olunurlar? Bu reallıq istər-istəməz Milli Məclisin "ailə klubu”, "podratçı təsərrüfat” obrazını göz önündə canlandırır.
Doğrudur, yuxarıda təqdim etdiyimiz siyahı tam deyil, Milli Məclis Aparatı daha böyük problemlər içərisindədir. Təəssüf olsun ki, bu məsələyə uzun illər ərzində biganə yanaşılıb və bu problemlər qalaqlanıb. İndiki mühüm dövrdə qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımların alternativi yoxdur. Çünki, ölkə başçısının Milli Məclisdə etdiyi sərt xəbərdarlıqlar ilk növbədə ondan ibarət idi ki, burada hakim partiyanın təmsilçilərinin sayca çoxluğu onun fəaliyyətinin çatışmazlıqlarının iqtidara yönəlməsinə səbəb olur. Bu baxımdan, hesab etmək olar ki, Milli Məclisdə köklü islahatlar hələ qabaqdadır.
Mənbə: konkret.az
Oxşar xəbərlər
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 2024 21:42
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 2024 11:20
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya