Ziya Bünyadovun qatilinin qohumu deputat olmaq istəyir — Tariximizə güllə atanlar

Parlament seçkiləri öncəsi müşahidə olunan qızğın və maraqlı rəqabət fonunda 73 saylı Lənkəran şəhər seçki dairəsi diqqət çəkir. Ona görə yox ki, bu dairədə hər-hansı qalmaqal, yaxud seçki pozuntusu var.
Şübhəsiz ki, digər seçki dairələrində olduğu kimi burada da prosesin seçki qanunvericiliyinə və demokratik prinsiplərə uyğun davam etdiyi, namizədlərə təbliğat-təşviqat kampaniyası aparmaq üçün bərabər şəraitin yaradıldığı müşahidə olunur. Bu dairəni ilginc edən səbəb isə Cəfərov Murad Taleh oğlu adlı şəxsin deputatlığa namizəd olmasıdır.
Burada iki məqam var, hansı ki, ictimai məsuliyyət hissi məsələni araşdırmaq zərurətini yaradır.
Birincisi, Murad Cəfərovun ümumiyyətlə namizəd olmasıdır.
İkincisi isə, bu şəxsin namizədliyini məhz 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürməsidir.
Murad Cəfərovun hər bir vətəndaş kimi seçilmək hüququndan istifadə etməsinə heç kim mane ola bilməz. Onun namizədliyinin qeydiyyata alınması, təbliğat-təşviqat kampaniyası aparması üçün seçki administrasiyası tərəfindən lazımi şəraitin yaradılması da göstərir ki, Azərbaycanda demokratik seçki mühiti var. Məsələ Murad Cəfərovun kim olması və sahib olduğu tərcümeyi-halın timsalında Milli Məclisdə xalqın təmsilçisi iddiasına düşməsidir.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Murad Cəfərovun adı partiyadan icazəsiz namizədliyini irəli sürən və buna görə partiyadan xaric edilənlər arasındadır. Öz partiyasını və əqidəsini karyeraya dəyişən bu şəxsin tərcümeyi-halı isə sözün həqiqi mənasında şok effekti yaradır. Belə ki, deputatlığa namizəd olan Murad Cəfərov Azərbaycanın tarixinə, eləcə də suverenliyinə “güllə atan” ailədən gəlir.
Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, Murad Cəfərovun dayısı Həsənov Rövşən Malik oğlu görkəməli şərqşünas alim, akademik Ziya Bünyadovu qətlə yetirən silahlı qruplaşmanın tərkibində olub. O, bu əməllərinə görə 2000-ci ildə 14 il həbsə məhkum edilib və 9 il 8 ay həbsxana həyatı keçirib.
Ümumilli lider Heydər Əliyevin yaxın silahdaşı olan Ziya Bünyadov Sovet İttifaqı qəhrəmanı kimi bütün MDB məkanında Azərbaycanın ziyalı simalarından biri hesab olunurdu. Müstəqilliyimiz bərpa edəndən sonra azadlıq hərəkatının öndə gedənlərindən olub, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə onunla eyni amal – müstəqil Azərbaycanın güclənməsi istiqamətində çalışıb.
Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etməsi ən böyük milli addımlarından biridir. Çünki müqəddəs kitabın tərcüməsi qonşu ölkələrin dini-klerikal dairələrinin Azərbaycana ixrac etməyə çalışdığı xurafatı aradan qaldırmağa kömək etdi. O cümlədən, ölkəyə din üzərindən kənar müdaxilələrin qarşısında böyük səddə çevrildi. Ziya Bünyadov Azərbaycan dövlətçiliyinə göstərdiyi bu xidmətlərə, dolayısı ilə suverenliyimizə qənim kəsilən kənar qüvvələrin uzanan əllərinin kəsilməsində oynadığı rola görə qətlə yetirildi. Onun qatillərinin illər sonra etdiyi etiraflar da sifarişin hansı ölkədən, hansı dairələrdən gəldiyini təsdiqləyir.
Ziya Bünyadova güllə atmaq sözün həqiqi mənasında Azərbaycanın suverenliyinə güllə atmaq idi. Bu qətlin sifarişçilərinin məqsədi də bu müqayisəni haqlı çıxarır. İndi Azərbaycanın suverenliyinə güllə atanlardan birinin qohumu suveren Azərbaycanın milli parlamentində xalqın təmsilçisi olmağa iddia edir. Qanun bunun qarşısını almır, amma ictimai məsuliyyət, milli yaddaş, tarixi gerçəkliklər bunun önündə keçilməz səddə çevrilir. Axı Murad Cəfərov hansı haqla bu xalqın təmsilçisi olmağa iddia edir? Bu şəxsin özünün ictimai məsuliyyəti olsaydı, ümumiyyətlə belə bir addım atmazdı. Görünür, tərcümeyi-halını özü üçün maneə hesab etmir, amma belə bədnam, rüsvayçı keçmişi olan bir şəxs millətin vəkili kimi xalqı parlamentdə təmsil edə bilərmi?! Murad Cəfərovun bu sualın qarşısında verməyə cavabı varmı?
Onun namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verməsi isə məsələnin bir başqa tərəfidir. Çünki bütün cənub bölgəsinin sakinləri əslən Astara rayonundan olan Ziya Bünyadovu respublikada özlərinin fəxri sayırlar. Necə ki, görkməli alim bütün dünyada Azərbaycanın fəxridir, respublikada da cənub bölgəsinin sakinləri üçün elədir. Cənub bölgəsinin yetişdirdiyi ən böyük şəxsiyyəti qətlə yetirən Həsənov Rövşən Malik oğlunun bacısı oğlu Murad Cəfərov indi bölgədəki vətəndaşlardan səs istəyir, onları parlamentdə təmsil edəcəyini bildirir. Bəlkə də seçki prosesində müşahidə etdiyimiz ən böyük paradoks məhz budur. Məşhur atalar sözü burada yada düşür: “Məscidin qapısı açıqdırsa…”. Gerisini Murad Cəfərovun özü anladı…
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
7 aprel 2025 13:19
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
7 aprel 2025 12:06
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16