Həbib Axundovun sifarişini yerinə yetirən polis haqqında ŞOK faktlar
Kriminal27 yanvar 2020 13:06

Buraxılmış parlamentin deputatlığa namizədliyini irəli sürməyən deputatları sırasında Elmira Axundovanın da adı var.
Xeber.de-nin məlumatına görə, 2013-cü ildən bəri deputat və oğlu Həbib Axundov böyük dələduzluq skandalının tam mərkəzindədirlər. Məsələ bu günə qədər çözülməmiş qalmaqdadır. Axundovlar özləri ilə bərabər bu skandala Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Hidayətzadəni də sürükləyə biliblər. Bu yazıda deputat oğlunun sirfarişlərini icra edən, polis adına yaraşmayan, polis adına ləkə gətirən hərəkətlərə yol vermiş Seymur Hidayətzadənin əməllərindən bəhs edəcəyik.

Deməli, Həbib Axundov özünün və anasının adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başlayandan sonra, 31 iyun 2013-cü ildə zərərçəkənləri anasına məxsus olan Şüvəlan qəsəbəsindəki bağ evinə çağırıb. Həmin vaxt Elmira Axundovanın evinin daimi sakinlərindən olan, bu gün dələduzluğa görə məhkumluq həyatı sürən Elnur İbrahimov da bağda olub.
Həbib Axundov orada elan edib ki, pullar Elnur İbrahimovdadır. Zərərçəkənləri dediklərinə inandırmaq üçün Həbib Axundov anasının bağında teatral hərəkətlər etməyə başlayıb. Zərərçəkənlərə özünün də bu işdə pul itirdiyini göstərmək üçün Elnur İbrahimova qarşı zorakı hərəkətlər edib. Həbib Axundov bağa toplananlara nümayiş etdirməyə çalışıb ki, guya Elnur İbrahimov təkbaşına zərərçəkənlərdən toplanan 8 milyon manatı ələ keçirib. Amma bu nağıla inanan olmayıb.
Bundan sonra Həbib Axundov zərərçəkənləri inanadırmaq üçün daha bir üsula baş vurub. Yasamal RPİ-nin müstəntiqi Seymur Hidayəzadə ilə əlaqə saxlayaraq onu da bu oyunda iştirak etməyə razı salıb. Polis müstəntiqi Həbib Axundovun sifarişi ilə Elnur İbrahimovu Polis İdarəsində bir neçə saat qanunsuz saxlayıb. Həbib Axundovun anasının bağında müstəntiq Seymur Hidayətzadə ilə danışıqların səs yazısı və həmin səs yazısının stenoqramı da var.
Həbib Axundovun həmin gün müstəntiq Seymur Hidayətzadəyə ilə telefonla danışmasını təsdiqləyən stenoqaramı təqdim edirik:
Həbib Axundov: - Seymur, eşidirsən? Deməli bizdə belə bir məsələ var, amma öz aramızda qalsın, burda hamı Yasamal rayonu ərazisində olandı. Deməli, bir dənə qaqaş var, burda 10 nəfər oğlan oturub, o qaqaşı tutmuşuq. Bu qaqaş mənə və "obşiy” 10-12 nəfərə 3 milyon pul "atıb”. Piramida yaradıb. 3 milyon pul atıb. Təkcə mənim 735 min pulum orda var. Seymur, öz aramızda qalsın ha, heç kim bilməsin. Bu qaqaşı tutmuşuq və gətirmişik bağa, döymürük, heç nə eləmirik. Məndə 2 dənə kağız var, bir dənə 150 minlik, bir dənə də 735 minlik. Deməli bu neyləyib. Seymur, bu öz aramızda bizim pulu 1 il fırladıb, guya bizə xeyir verib. Bizim öz pullarımızı fırladıb və asta-asta təzə adamlar tapıb. Elə bil mal alır-satır, bir-birinə xeyir verir. "Obşiy” böyük pul alır, sonra gətirir verir. Belə-belə ana məbləği 3 milyona kimi qaldırır. İndi Seymur, bayırda bəzi adamlar var ki, bunu axtarırlar, tutsalar, soxub öldürəcəklər. Biz bunu "srok”a göndərmək istəyirik. Burda oturub. Biz bunu necə göndərək "srok”a? Notarius sənədi bizdədir. Sənin yanına Yasamala gətirək bunu? Bunu necə göndərək "srok”a? Xərci-zadı nədi ödəyək. Biz "uje” 3 milyondan keçmişik. Özünüz nə ala bilsəniz alın, amma buraxmayın bunu. Bizə lazımdır bu "srok”a getsin. Biz bunu döymürük. Sən istəyirsən gəl bura, Şüvəlana oturaq söhbət edək. Hamımız atışacayıq sənə pul verəcəyik, kimə nə lazımdırsa orda verərsən. Lazım olar tapşırarıq. Əsas bu getsin içəri. 3 milyonu biz keçirik.
Bağda olan zərərçəkənlərdən biri: - Müstəntiqdir o?
Həbib Axundov: - Baş müstəntiqdir. Yasamalın. Seymurdur. Seymur, gəlirsən bu tərəfə? Puldu da, qaqaş.
- "Şto qovorit”?
Həbib Axundov: - Deyir gözləyin həll edirəm.
- Naxçıvanlı Seymurdur?
Həbib Axundov: - Həri.
Bundan sonra telefon danışığı yekunlaşıb və müstəntiq özü Həbib Axundova zəng edib:
- Seymur, nə oldu? Gətirirəm Yasamala. Bir dənə hamı sakit olsun, xahiş edirəm. Seymur, mən bunu gətirirəm, sən bunu buraxmayacaqsan ki?
- Mən bu gün "dejurnu”yam, rəislə-zadla danışım sonra.
- Qaqaş hamısını Yasamalda alıb.
- Bilirsən qaqaş, ya sən tapşırtdırarsan, ya da 5-10 manat hormətlərin edək işi başlayaq.
- Bu getməlidir içəri.
- Mən ora gəlim, durum hara deyirsən gəlim, amma "lucşe” gətirin Yasamala.
- "Vsyo” 1 saata gətiririk.
- "Vsyo” gətirin, çatana yaxın mənə zəng edin.
- Seymur kişi kimi söz ver, buraxmayacaqsan bunu?
- Yox da, gətir bura. "Prosta” çatana yaxın zəng elə, mən evdəyəm, gəlim idarəyə. Bir dənə də şey deyim, neçə yaşı var bu adamın?
- 29. Bu "çisto serdeçni priznaniya” yazır ki, pulları yemişəm, sizi fırlada-fırlada yemişəm.
Həmin gün Həbib Axundov Elnur İbrahimovu Yasamal Rayon Polis İdarəsinə aparıb və Seymur Hidayətzadəyə təhvil verib. Elnur İbrahimov bir neçə saat orada saxlanıldıqdan sonra buraxılıb. İdarənin həyətindəcə Həbib Axundovun Elnur İbrahimovun burnuna yumruq vurması da zərərçəkənlərin fikrinin dəyişməsinə gətirib çıxarmayıb. Heç kim 8 milyon pulun Elnur İbrahimovun təkbaşına ələ keçirməsinə inanmayıb.

Son nəticədə isə Həbib Axundov Elnur İbrahimovu öz evinə, 6 iyul 2013-cü il tarixində isə onu "Qəbələ Qafqaz Resort Otel”ə anası Elmira Axundovanın yanına aparıb. Bu görüşdən 2 gün sonra Elnur İbrahimov ölkə hüdudlarını tərk edərək Gürcüstana keçirilib. 3 il Moskvada gizlədildikdən sonra tutularaq Azərbyacana gətirilib və məhz Elmira Axundova və Həbib Axundovun adı hallanan işə görə həbsə atılıb. 8 milyon manatın bu gün kimin cibində olması da sirr deyil… Zərərçəkənlər bu gün də iş üzrə Elnur İbrahimovla yanaşı Elmira Axunovanın, onun oğlu Həbib Axundovun, polis müstəntiqi Seymur Hidayətzadənin də məsuliyyət məsələsinin araşdırılmasını israrla tələb etməkdədirlər.
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 2025 11:06
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi
11 aprel 2025 20:44
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
Xəbər lenti
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
Video & Fotoqalereya
Video
Fotoqalereya