Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Region16 yanvar 2020 18:33
Qaynarinfo BBC News Azərbaycancanın vəhşicəsinə qətlə yetirildiyi 10 yaşlı Nərminin kəndindən hazırladığı reportajı təqdim edir:
Tovuzun Dondar Quşçu kəndindəyik - Nərminin cəmi 10 il sürmüş ömrünün keçdiyi və bitdiyi kənddə. Günortadır. Kimisi artıq rayon mərkəzində bazarlığını edib içi dolu zənbillərlə evinə qayıdır, digərləri isə örüşdəki mal-heyvanını qabağına qatıb günorta dincəlmək üçün evə aparır.
Bəziləri də, xüsusən yaşlı adamlar qapıların ağzındakı oturacaqlarda oturaraq yaddaşlarını qurdalayıb keçmişdə olub-bitəndən danışırlar.
Kənddə bir neçə yerdə yas mərasimi var; yas çadırlarından biri də 7 gündür ki, əmisiqızının toyundan sonra itkin düşmüş 10 yaşlı Nərmin üçün qurulub. Kənd camaatı deyir ki, yas çadırı düz 7 gün qurulu qalmalıdır. Qayda belədir...
Yanvarın 6-da iki ay əvvəl itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın cəsədi yaşadığı Dondar Quşçu kəndinin küçələrindən birində yanarkən tapılıb. Yanan cəsədi görüb polisə xəbər vermiş İlkin Süleymanov adlı 47 yaşlı kənd sakini qızın ölümündə günahlandırılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirib ki, İlkin Süleymanov törətdiyi əməli tam etiraf edib. Nərmin Quliyevanın atası Şərif Quliyev polisin fəaliyyətindən razılığını ifadə edib.
Yerli media yazır ki, Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə dövlət başçısının bu məsələni şəxsən nəzarətə götürdüyünü bildirib.
"Gerçəkdən o öldürübsə..." - bu, BBC News Azərbaycancanın söhbətləşdiyi uşağın ölümü haqda danışarkən kənd sakinlərinin bir nəfər kimi sözə başladığı ifadədir. Onlardan bəziləri azyaşlının itkin düşməsindən sonra aparılmış axtarışlardan razı qalmadıqlarını bildiriblər. Onlar hesab edirlər ki, azyaşlının itkin düşməsindən sonra evlərin hamısı yaxşı axtarılmayıb.
İlkin Süleymanovun ailəsi nə deyir?
İlkin Süleymanovun bacısı İlhamə Süleymanova iddia edir ki, polis əvvəlcə onların evini yaxşı axtarmayıb. Daha sonra isə gecəyarısı, onlar yuxuda olarkən evlərinə girilib. İlhamə Süleymanova sual edir ki, həmin vaxt kənddə polis ola-ola kimsə oğurluq etmək fikrinə düşərdimi? Və oğurluğa gəlmiş şəxs niyə evdən heç nə aparmayıb?
Ailə bu məsələ ilə bağlı polisə və ya 102 xidmətinə nə üçün şikayət etmədiklərini izah edərkən ağlımıza gəlmədi deyir.
"Anam tezdən durdu ki, ay bala, durun qapı-baca açıqdır, evə giriblər. Baxdıq ki, hər yer açıqdır. Darvazanı gecə mən bağlayıb yatmışdım. Evə arxa tərəfdən giriblər. Ondan sonra da gəldilər ki, bəs, evdə izlər var".
İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edir ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.
"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsən? Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram," cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.
"Nərminin sırğası hanı?"
İtkin düşərkən Nərminin qulağında sırğa olub. Üstəlik, o, əmisinin evindən çıxarkən əlində atasının gödəkçisi olub.
Lakin bütün axtarışlar zamanı nə sırğalar, nə də gödəkçə tapılıb.
İndi ailəni də, kənd camaatını da, elə İlkin Süleymanovun ailəsini də bu suallar maraqlandırır: "Sırğa və gödəkçə hanı? Niyə tapılmır?"
"Bu, bizim hamımızın müsibətidir"
Dondar Quşçu kəndinin əhalisi bir-birinə qohumdur. Kəndə sonradan köçənlər kəndin ayağında yeni salınmış məhəllələrdə yaşayırlar. Nərminin ailəsinin qonşuluğunda isə ancaq bir-birinə yaxın-uzaq qohumluğu olan şəxslər məskunlaşıb.
Hadisə ilə bağlı söhbət etməyə çalışdığımız kənd camaatı sanki danışmağa çəkinir. Bizə danışanlar isə "şokda olduqlarını" və "kimin müsibətinə ağlayacaqlarını bilmədiklərini" deyirlər.
Əksəriyyət "iki ailə də qohumumuzdur. Biri sakit, başıaşağı, öz tükünün üstündə dolanan kasıb bir ailə, digəri isə ziyalı ailəsidir. Bu bizim hamımızın müsibətidir" deyirlər.
"İlham Əliyev nəzarətə götürdü, qatil tapıldı"
"45 gün idi ortada heç nə yox idi. Niyə gətirib bir kamera quraşdırmadılar? Niyə yaxşı nəzarət etmədilər? İlham Əliyev nəzarətə götürdü və o nəzarətə götürən kimi də qatil tapıldı", İlkin Süleymanovun bacısı deyir ki, bu cür saysız suallar içində "aciz qalıb".
Yerli medianın verdiyi xəbərə görə, yanvarın 9-da Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə "dövlət başçısının məsələni şəxsən nəzarətə götürdüyünü" deyib.
Qətlə yetirilmiş azyaşlının ailəsi də deyir ki, 45 gün polis şöbəsinin qarşısında "yatıb-durublar".
Quliyevlər ailəsinin sözlərinə görə, əslində bir televiziya verilişində günahın əminin üstünə atılmasından sonra başlayıb "ailənin müsibəti".
Nərminin itkin düşməsində öncə onun yaxın qohumları - Nərminin atasının gödəkçəsini götürmək üçün evinə getdiyi əmisi günahlandırılıb. Uşağın meyiti tapılandan sonra isə diqqət İlkin Süleymanova yönəlib.
Nərminin yas mərasiminə toplaşan qohum qadınlar deyirlər ki, bütün kənd "Nərminin əmilərinin yoxlanıldığı kimi yoxlanılıb, araşdırılmalı idi".
"Uşaqlar qorxur"
Kənd əhlinin bəzisi deyir ki, evi yoxlanıb, digərləri isə əksini iddia edir. Anası rəhmətə getdiyi üçün bir müddətdir kəndə qayıtmış bir sakin bildirir ki, onların da evi yoxlanmayıb:
"İtkin xəbərindən sonra polis gəldi, icazə aldı, keçdi bağı yoxladı, sonra çıxıb getdi. Halbuki axtarış kağızı ilə gəlib, evlərimizi, bütün dəlmə-deşiyi yaxşıca axtarmalı idilər". Digər bir sakin də deyir ki, polis onların evini də bağını də yoxlayıb, amma zirzəmiyə baxan olmayıb.
Ailənin bəzi qohumları isə "polisin uşaq itən gündən "iş başında" olduğunu bildirir. "Az qalsın 50 gündür polis də, polisin rəisi də buralardadırlar, işləyirlər," - kənd sakini Yunis Abdiyev söyləyir. O hesab edir ki, "polis işini görüb".
Yunis Abdıyev deyir ki, indi bu hadisədən sonra bircə qalıb kənd uşaqları ilə psixoloji iş görmək. "Uşaqlar təşviş içindədirlər. Onlar qorxurlar. İndi polis də, İcra Hakimiyyəti də, məktəb də bu işdə birgə fəaliyyət göstərməlidir. Onlarla iş aparılmalıdır".
İlkin Süleymanovun ata-anası ilə birgə yaşadığı evin nə üçün yoxlanmamasına gəlincə, Şərif Quliyev deyir ki, "hörmətli qonşudur, ziyalı ailədir, ayıbdır deyə yoxlanılmadı o ev".
Baş Prokurorluq İlkin Süleymanova qarşı işgəncə iddialarına cavab verib: "Heç bir işgəncədən söhbət gedə bilməz".
Lakin qurum hadisə ilə bağlı səsləndirilmiş digər bütün iddialara şərh verməyib.
"Lazımi söhbətlər aparmışıq"
Kənddə azyaşlı övladları olan valideynlər bu hadisədən sonra narahatdırlar. Onlar bildirirlər ki, uşaqlar bu hadisədən çox qorxublar. "Axşam bayıra çıxmağa qorxurlar. Tək harasa göndərmək istəyəndə getmək istəmirlər. Məktəbə özümüz aparıb-gətiririk", - valideynlər bildirir.
Kənd orta məktəbinin direktoru Mətanət Vəliyeva isə deyir ki, "təhlükəsizliklə bağlı profilaktik söhbət uşaqlarla tək indi yox, həmişə aparılıb".
"Tək uşaqlarla yox, ildə iki dəfə valideynlərin özləri ilə iclas keçiririk. Valideynlərlə ildə iki dəfə mən özüm söhbət aparıram. Ayda bir dəfə də sinif rəhbərləri onları yığıb danışır ki, uşağa nəyi necə başa salmaq lazımdır. Biz uşaqlara izah edirik ki, tanımadığınız adama yaxınlaşmayın. Küçədə açıq naqil görəndə ona toxunmayın. Mümkün təhlükələrdən onları xəbərdar etmişik, bundan sonra da edəcəyik. Nərminin özü isə ağıllı, dilli-dilavər qız idi. Ancaq belə də olur".
Hazırda qətllə bağlı istintaq gedir. İstintaqın nəticəsini isə çoxları gözləyir.
Amma artıq istənilən nəticə qıpqırmızı güllərə bələnmiş balaca məzarında həmişə yaşı 10 qalacaq Nərminin taleyini dəyişməyəcək, o, artıq yoxdur.
Oxşar xəbərlər
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- 13 ildir ki, yoxsunuz, rədd olun - BMT nümayəndələrini belə qovdu - Video
18 dekabr 2024 23:25
- Mirşahin Ağayev onu vətən xaini kimi təqdim etdi - Video
17 dekabr 2024 11:24
- Aşıq Zülfiyyə: Buna görə evdə qırğın düşürdü - VİDEO
16 dekabr 2024 20:15
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya