Asılılığın kökündə travma durur - onu necə tanıyaq?
Kanadalı həkim doktor Gabor Mate, asılılığın müalicəsini yenidən nəzərdən keçirməyi lazım bilir.
Asılılıq mütəxəssisi və bestseller müəllif, Şimali Amerikanın ən çox narkotik istifadə edildiyi ərazisi sayılan Vancouver-in mərkəzi hissəsində narkotik asılılığı olan xəstələrlə psixoloji sağlamlıq sahəsində gördüyü işlərlə məşhurdur.
2018-ci ildə gördüyü işə görə ölkəsində ən yüksək mükafat sayılan Kanada ordeniylə təltif olunub.
Onun qənaətincə, istənilən asılılığın kökündə travma durur, amma "travmanı tanımağı barcamaq lazımdır".
Doktor Mate hesab edir ki, problemin başa düşülməməsinin beş səbəbi var.
"Əsl səbəbi müalicə etmirik"
Ünsiyyətin az olması, təcridolunma, stress və emosional ağrı doktor Mate-in sözlərinə görə, alkoqolizmə səbəb ola bilər
Asılılığa nəyin səbəb olduğunu bilmək üçün asılılığın faydalarına baxılmalıdır: bu sizə nə verir?
İnsanlar adətən deyirlər: "Bu, məndə ağrını azaldır, stressdən qurtarır, mehribançılıq, nəzarətetmə, məna və həyat, yaşamaq hisslərini oyadır".
Başqa sözlə, asılılıq, insanın başqa yolla əldə edə bilmədiyi bəzi vacib ehtiyaclarını qarşılayır.
Bu cür halların hamısı - münasibətlərin qıtlığı və ya təcrid olunma və ya həyatınızda çox stress keçirməyiniz - emosional ağrı növləridir.
Odur ki sual "Asılılığı yaradan nədir?" şəklində yox, "Ağrını yaradan nədir?" şəklində qoyulmalıdır.
Asılılığı olanları nəzərdən keçirəndə aşkar edilir ki, uşaqlıqda keçirilən sıxıntılar nə qədər çox olursa, asılılığın yaranma riski də o qədər böyük olur.
Beləliklə, asılılıq həmişə travma və uşaqlıqda baş verən sıxıntılarla bağlı olur - bu, hər bir travma almış şəxsin asılılığının olacağı demək deyil, amma hər bir asılılığı olanın travma aldığını bildirir.
Narkotik asılılığının müalicəsi sərtlik, cəza tədbirləri və təcrid edilməkdən daha çox böyük şəfqət, yardım və mərhəmət tələb edir.
Əksər müalicə metodlarının tam uğursuzluğu fonunda gözləyirsən ki, sanki yuxudan ayılıb özümüzə sual verəcəyik: "Doğrudanmı bu cür halın səbəbini başa düşürük?"
Ancaq tibb dünyasında bu, çox vaxt baş vermir.
Biz bunun əsl təbiətinə insanın çəkdiyi əzaba reaksiya olması kimi baxmırıq.
Biz insanlara travmalarının öhdəsindən gəlməyə kömək etmirik. Tibbi təhsil alan tələbəyə [ABŞ-da] emosional travma mövzusunda heç bir mühazirə oxunmur.
"Niyə bu gündəsən?" sualını verməkdənsə "Sənə nə olub?" sualı verilməlidir.
Narkotik asılılığı seçim deyil
Doktor Mate deyir: "Heç kim ağrı içində olmağı seçmir"
Bütün hüquq sistemi insanın bilərəkdən narkomanlığı seçdiyi fikrinə əsaslanır, buna görə də başqalarının belə seçim etməsinə yol verməmək üçün onlar cəzalandırılır.
Heç kim səhər yuxudan oyanıb demir: "Arzum narkoman olmaqdır".
Narkomanlıq seçim deyil, emosional ağrıya cavabdır.
Heç kim ağrı içində olmağı seçmir.
Narkotik asılılığı genetik deyil
Narkotik asılılığının ən böyük miflərindən biri də onun nəsillikcə keçməsidir.
Bəli, ailələrdə bu, baş verir. Amma aillərdə bunun baş verməsinin səbəbi nədir?
Əgər mən alkoqol düşkünüyəmsə və uşaqlarımın üstünə qışqırıb bağırıramsa, onlar isə böyüyüb özlərinə təsəllini alkoqolda tapırlarsa, bu vərdişin onlara genetik yolla keçdiyini demək olarmı?
Yoxsa bunun səbəbi böyüdüyüm eyni şəraiti yenidən yaratmağımdadır?
Odur ki, ailələrdə özünü göstərən bu halın genetik səbəblərlə heç bir əlaqəsi yoxdur.
Misal üçün meyil ola bilər, ancaq meyil əvvəlcədən nəyinsə mütləq olacağı demək deyil - bu, insanın mütləq narkoman olacağı demək deyil.
Narkomanlıq geniş yayılıb
Nakomanlıq mədəniyyətimiz vasitəsiylə geniş və əhatəli şəkildə yayılır, doktor Mate hesab edir
Digər bir mif, narkomanlığın cəmiyyətdə yalnız bir və ya bir neçə istifadəçiylə məhdudlaşması barədə təsəvvürdür.
Mədəniyyətimiz vasitəsiylə bu asılılıq geniş və əhatəli şəkildə yayılır.
Cəmiyyətə demək olar ki, bütün səviyyələrdə baxdığımda narkomanlığın yayıldığını və bu asılılığı qidalandıran bütöv bir iqtisadiyyat görürəm.
Sizin (praktik olaraq hər şeydən) hətta klassik musiqidən də asılılığınız ola bilər
"Günlərin bir günü kompakt disklərə 8000 dollar xərclədim", - doktor Mate etiraf edir
Məncə, asılılıq insana müvəqqəti ləzzəti və rahatlıq verən və bu səbəbdən bunu təkrar etmək istədiyi hər bir hərəkətdə özünü göstərir, lakin mənfi nəticələrə baxmayaraq və mənfi nəticələr səbəbindən bundan imtina edə bilmir.
Bu, narkotik, tütün, spirtli içki asılılığı ola bilər.
Asılılıq seks, qumar, al-ver, iş, siyasi hakimiyyət, internet oyunları ilə də bağlı ola bilər.
Demək olar ki, hər hansı bir fəaliyyət, münasibətinizdən asılı olaraq asılılıq yarada bilər.
Bu cür həvəs uzunmüddətli mənfi nəticə verdiyi və ondan imtina etmək çətin olduğu halda asılılığa çevrilir.
İki əsas asılılığım var. Onlardan biri işdir ki, bu da iş vasitəsilə uğur və özündən razılıq hissi əldə etmək üçün özümün və ailəmin ehtiyaclarını nəzərə almamaq deməkdir.
İşə bağlılıq, kifayət qədər yaxşı olmadığımı, özümü sübut etməli olduğumu, həmçinin sevilmədiyim və istənilmədiyim barədə şüuraltı bir inancın dərin bir kök buraxmasını göstərir.
Fədakar bir əməksevər olduğunuz üçün həyat sizi sonradan mükafatlandırır.
Şoppinqə, klassik musiqi CD-lərin alınmasına da bir asılılıq hissi duyuram. Günlərin bir günü kompakt disklərə 8000 dollar xərcləmişdim.
Bunu sevdiyim musiqiyə görə yox, şoppinq asılılığım olduğu üçün etmişdim.
Müəyyən bir bəstəkarın simfoniyalarının neçə dəst disklərinin məndə olduğunun fərqi yox idi, mən birini, sonra daha birini almalı idim.
Şoppinq ehtirası məni elə alıb getmişdi ki, bir dəfə hətta doğuş ərəfəsində olan qadın xəstələrimdən birini palatada qoyub bir kompakt disk almaq üçün şəhərin mərkəzinə yollandım və doğuş anını buraxdım. Həmin asılılıq mənə bu cür təsir etmişdi.
İndi deyəcəyim isə sizi güldürə bilər - öz asılılığınızı xəstələrinizin heroin asılılığı ilə necə müqayisə edə bilərsiniz?
Lakin özümün bu asılılığı barədə xəstələrimə danışanda onlar gülmədilər.
Onlar başlarını yelləyib dedilər: "Bəli doktor, sizi başa düşürük, sən də bizim kimisən".
Məsələ burasındadır ki, hamımız başqalarımız kimiyik.
İş orasındadır ki, biz hamımız bir-birimizə bənziyirik.
Mənbə: BBC
Oxşar xəbərlər
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
2 dekabr 2024 11:48
- Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini AÇIQLADI
1 dekabr 2024 17:03
- Sərçələri kütləvi məhv etməyə söz verdilər: 30 milyon insan aclıqdan öldü
1 dekabr 2024 13:19
- Qaşıq-qaşıq zəhər yeyirmişik - İnsanı DƏLİ, orqanizmi MƏHV EDİR - ŞOK
1 dekabr 2024 12:20
- Azərbaycanda uşaqlar niyə süd içmir...
1 dekabr 2024 11:40
- ABŞ-in bir neçə ştatı KANADAYA BİRLƏŞİN
1 dekabr 2024 01:15
- Onlar barəsində yalan ifadə verməsən, səni DTN-də öldürəcəklər, ailəni isə...
30 noyabr 2024 23:06
- Hansı əməl RÜŞVƏT CİNAYƏTİ sayılır? - Vəkil izah edir
30 noyabr 2024 16:31
- Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
30 noyabr 2024 10:39
- 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLDİ
29 noyabr 2024 19:39
Xəbər lenti
- Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
03 dekabr 00:34
- Uşaq Bağçası sahibinin dələduzluq əməlindən 133 ZƏRƏRÇƏKMİŞ VAR
03 dekabr 00:06
- 8 mindən çox bələdiyyə üzvü seçiləcək
02 dekabr 23:51
- Bakıda hərbçi qəfil vəfat etdi - Foto
02 dekabr 23:07
- Xalq artisti məhkəmədə uduzdu
02 dekabr 22:33
- CASUSU xəyanətinə görə DIRI-DIRI YANDIRDILAR
02 dekabr 14:17
- Hər gün LİMON...DİŞLƏRİ ZƏDƏLƏYİR
02 dekabr 12:58
- Gürcüstanda etirazlar davam edir
02 dekabr 12:33
- Türkiyə və İran ordusu Suriyaya GİRDİ, üsyançılar Əsədin evinə BASQIN etdi– Əsəd Ərdoğana YALVARIR
02 dekabr 11:48
- Gürcüstanın iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib
02 dekabr 11:14
- Prezident qəbul keçirdi
02 dekabr 11:04
- DƏM qazından ölən 23 yaşlı AŞBAZ Mehribanın - Fotoları
02 dekabr 10:51
- Kərə yağı KƏSKİN bahalaşdı - Yeni qiymətlər
02 dekabr 10:29
- Nəcməddin Sadıkovun yaxın adamı NƏ istəyir ?
02 dekabr 10:16
- Ebru 5-ci ərindən də boşanır FOTO
02 dekabr 10:05
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
02 dekabr 09:54
- Heydər Əliyev atama dedi ki, əlbəttə, sizə ev verərdim... - RƏSULZADƏ
02 dekabr 09:39
- Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
02 dekabr 09:27
- Üsyançılar Hələbdə Prezidentin -başı- ilə FUTBOL OYNAYIR
02 dekabr 02:34
- Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək... - Kobaxidze prezidentə vaxt qoydu
02 dekabr 02:25
- Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı
02 dekabr 02:11
- İmpotent kişilər yerişindən bilinir – Alimlər
02 dekabr 01:52
- Hələb qalasına Türkiyə bayrağı asıldı
02 dekabr 01:38
- Yeni ildə 7 gün ardıcıl İŞ OLMAYACAQ - Tarixlər
02 dekabr 01:29
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
02 dekabr 01:12
- Tbilisidə etiraz aksiyası yenidən başladı - Yenilənib
02 dekabr 00:40
- Kənd yumurtası adı altında broyler yumurtaları satılır? - VİDEO
02 dekabr 00:22
- Sabirabadda Nuru paşanın qaldığı tarixi evin sirləri
01 dekabr 23:57
- Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı
01 dekabr 23:13
- Vüqar Qurbanov xanım həkimi direktor TƏYİN ETDİ
01 dekabr 22:51
Video & Fotoqalereya
Video
Fotoqalereya