Məhəmmədtağı müəllim və Qurgen ( hekayə ) - KÖNÜL AYDIN
MƏHƏMMƏDTAĞI MÜƏLLİM VƏ QURGEN
(Hekayə)
I HİSSƏ
Səkkizinci sinifdə oxuyurdum. Demək, 1989-cu ilin payızı idi. Məktəbdən pambıq yığmağa gedirdik. Sinif rəhbərimiz əslən Ermənistandan olan Tofiq müəllim idi. Biz pambıq sahəsinə on birinci siniflə birgə gediridk. Onların sinif rəhbəri də ermənistanlı idi – Məhəmmədtağı müəllim.
Həmin il bizim avtobus sürücülərimizdən biri Bakıdan göndərilmişdi, erməni idi – Qurgen.
Qurgen orta boylu, yekə qarın, yekə baş, donqar burun, çopur sifətli bir erməni idi. Səliqəli geyinərdi. Tünd damalı köynək və tünd göy şalvarda yadıma gəlir. Xatirimdə UAZ markalı göy rəngli avtobusa dirsəklənmiş vəziyyətdə qalıb. Adətən, beləcə durub tarlaya baxardı. Avtobusdan kənara çəkildiyi heç yadıma gəlmir. On birinci sinfin qızlarının əhatəsində danışb-gülən xatırlayıram onu.
Bizim sinfimizin qızları ona yaxınlaşmazdılar. Çünki Məhəmmədtağı müəllimə hörmət edirdik, axı onun da bu erməniyə yaxınlaşıb kəlmə kəsdiyini görmürdük. Həm də bunun səbəbini bilirdik. Məhəmmədtağı müəllimin ermənilərdən zəhləsi gedirdi, bunu gizlətmirdi. Heç Tofiq müəllimin də Qurgenlə durub söhbət etməyi yadıma gəlmir. Xatırlaya bilmirəm... Qurgen eləcə dirsəklənmiş vəziyyətdə təmtək həkk olunub yaddaşıma.
İndi də Azərbaycan dili və ədəbiyyat müəllimim olan Məhəmmədtağı müəllimin öz həyatından danışdığı bir əhvalatı, pərakəndə də olsa, xatırlayıram.
İyirminci əsrin ortalarında azərbaycanlıların Ermənistandan deportasiyası haqqındadır bu əhvalat. Məhəmmədtağı müəllim ermənilərin onların kəndində törətdiyi qətllərdən çox dərin kədərlə və dönə-dönə danışardı. O vaxt biz bu söhbətləri nağıl hesab edərdik, həyatda ola bilməyəcək nağıl. Ona görə elə nağıla bənzər hissəsi yadımda qalıb.
Məhəmmədtağı müəllim seyid idi. Buna görə də onun ailəsi kənd əhalisi arasında xüsusi hörmət görən ailə imiş. Yeri gəlmişkən, atası evi bizim qonşuluqda idi, hərdən küçəmizdən keçib oraya getdiyini görəndə çox utanardım onunla darvazamızin onündə üz-üzə gəldikdə. Hörmətimdən. O vaxt anlamırdım ki, bu adamlar canlı tarixdirlər. Məxəzdirlər və gələcəkdə onları diqətlə dinləyib öyrənmədiyim üçün təəssüflənəcəyəm. Qısacası, kəndin ağsaqqallarından olan atası məruz qaldıqları erməni təcavüzündən qorunmaq üçün yollar düşünürmüş, lakin harayları heç bir yerə çatmayan o dövrdə nə edəcəyini bilmirmiş. Bir gün Həzrət Abbasa bir məktub yazır və onu axar suya buraxır. Gecə yuxuda Həzrət Abbası görür və ayılanda onun tövsiyəsini xatırlayır: “Əhalini çək Qarabağa”. Lakin onlar canlarını qurtarmaq üçün öncə İranın Qaradağ ərazisinə qaça biliblər, oradan isə Qarabağın Aran rayonuna – Ağcabədiyə gəlib, yerləşiblər. Hekayələrindən xatırladığım əsas epizodlardan biri budur, bunu da nə qədər dəqiqliklə nəql edirəm, əminliklə təsdiq edə bilmərəm. Dəqiq xatırladığım o idi ki, didərginlik vaxtı uşaq olan Məhəmmədtağı müəllim erməniləri yalnız nifrətlə xatırlayırdı, hələ lap sovet dövrümüzün əmin-amanlıq vaxtında belə...
Məhəmmədtağı müəllimin bu hekayəsi qulağımızda sırğa idi və biz məhz buna görə Qurgenə yaxınlaşmırdıq.
II HİSSƏ
Qurgen pambıq yığımı ərəfəsində hərdən Bakıya gedərdi. Bir gün yenə Bakıdan qayıtmışdı. Yenə də onu göy rəngli UAZ avtobusunun qarşı tərəfində durmuş və on birinci sinfin gözəl qızlarının əhatəsində canlandırıram beynimdə.
Avtobusun qarşı tərəfində durub qızlara bahalı şokoladlar paylayırdı, biz isə yaxınlaşmırdıq. Uşaq idik, sadəcə, kənardan bu mənzərəni maraqla seyr edirdik.
Qurgen oğlunun şəklini də çıxarıb qızlara göstərəndə onların hayıl-mayıl olaraq gülüşdüklərini görüncə xəyalımda gözəl simalı bir oğlan şəkli canlanmışdı, yəqin ki. Çünki indi sanki o şəkli görmüşəmmiş kimi bir təsəvvür var xəyalımda. Bu xəyallar nə qədər realdır, bilmirəm, amma Qurgen əhvalatının detalları kimi belə yadımda qalıb.
Məhəmmədtağı müəllim isə kənarda qızlara qaş-göz edərək hirsindən, yəqin ki, dodağını çeynəyirdi. On birinci sinfin qızlarına təəccüblənirdim ki, niyə onlar müəllimi Peyğəmbər kimi qəbul etmir, Qurgenə inanırdılar.
Məhəmmədtağı müəllim çox fərqli bir insan idi. Onu hamı mənim kimi çox istəmirdi, bunu da bilirdim. Hətta ermənilərə münasibətini şagirdləri ilə bölüşdüyü üçün məktəbin direktoru da ondan narazı idi. Bunu da sonra bildim. Elə səkkizinci sinifdə oxuyanda – 1990-cı il 10 may tarixində.
İcra hakimiyyətindən bir tapşırıq gəlmişdi məktəb direktoruna: məktəbin şagirdi Könül Məmmədova 9 May Qələbə Günü tədbirində gəlib çıxış etsin. Məktəbin direktoru Əsgər Rzayev məni çağırıb bu tapşırığı çatdıranda donub qalmışdım: 9 May bayramı da keçiririk? Axı şəhidlərin qanı hələ qurumayıb... Həmin Qırmızı Ordu Ağcabədidə əli silahlı başımızın üstündə dolaşır. Fövqəladə rejimdir. Amma ağlıma bir fikir gəldi və mən razılaşdım.
9 May Qələbə Günü. Səhv etmirəmsə, indiki Ağcabədi Şəhidlər Xiyabanında keçirilirdi. Deyəsən, o vaxt park idi. Çölə-bayıra çox çıxan uşaq olmadığım üçün rayonumuzu da yaxşı tanımırdım. Birtəhər gəlib o parkı tapmışdım.
Tədbirdə elan edildi: “Çıxış edir Məmməd Aranlı adına 11 nömrəli məktəbin 8-ci sinif şagirdi Könül Məmmədova”. Mikrafon qarşısına çıxdım, nə çıxdım... İcra Hakimiyyətinin nümayəndələrini abırdan saldım, həqarət yağdırdım. ”Utanın, şəhidləri qanı hələ qurumayıb!” – deyə, hamısını hörmətdən saldım. Mikrafon kəsildi. Qırmızı Ordu əsgərlərinin süngərli silahları mənə sarı tuşlanndı. Mən isə səsimi kəsmədim, nitqimi sona qədər söyləyib üzlərinə də baxmadan əsəbi şəkildə tədbiri tərk etdim. Amma onu bildim ki, arxamda dayanmış, uzaq qohumum olan icra hakimi ayaq üstə “ölüb”.
Səhər tezdən ilk dərsimiz Məhəmmədtağı müəllimin dərsi idi. Qapı döyüldü və nümayəndə gəlib məni direktorun çağırdığını bildirdi. Getdim. İkinci mərtəbəyə endim. Əsgər müəllim pörtmüş halda əlləri belində dəhlizin ortasında dayanmışdı. Mənə çox söz demədi. Bir-iki söz dedi. Mövzumuza uyğun olan əsas sual bu idi: “Sənin çıxışını Məhəmmədtağı müəllim yazıb?” Təbii ki, elə deyildi. Mənə çıxış yazmağa ehtiyac var idimi?!
Əsgər müəllimi icra hakimi çağırıb təhqir etmişdi. Bunu da sonra atama demişdi: “Məni çağırıb üzümə tüpürdü”.
O hadisədən sonra bildim ki, məktəbin direktoru Məhəmmədtağı müəllimin milli heysiyyətindən çox narahatdır.
III HİSSƏ
Bir gün Məhəmmədtağı müəllim xəstələndi və pambıq sahəsinə gəlmədi. İki sinfin üstündə yalnız Tofiq müəllim idi. O da günorta bizi toplayıb, getmək istədiyini bildirdi, özümüzü yaxşı aparmağımızı tapşırdı və onun bizi günün günorta çağı sahədə tək qoyub getməyini heç kimə deməməyimizi xahiş etdi. Məhəmmədtağı müəllimdən fərqli olaraq, belə kefqom idi Tofiq müəllim. Heç bir dəfə də ermənilər haqqında mənfi bir söz də eşitmədim ondan. Yalnız öz həyatını yaşayırdı.
Bizi tarlaya iki avtobus gətirirdi. Müəllimlərimiz yanımızda olanda uşaqları onlar yerləşdirərdi avtobuslara. Hər avtobusda müəllimlərdən biri əyləşərdi və məktəbin qarşısına gəlib burada hər kəsi endirərdilər. Amma bu dəfə danışıq necə oldu, kim bunu təşkil etdi, mənim o vaxt bunları müşahidə etmək üçün təcrübəm yox idi, bir onu gördüm ki, iki sinfin qızları Qurgenin avtobusundadırlar, o biri avtobus isə oğlanları apardı.
Əyləşib yola düşdük. Avtobusda musiqi baş çatladır, qızlar gülüşür, hərə öz kefində. Məhəmmədtağı müəllimin yox günü və biz erməninin avtobusunda.
Gəlib iydə meşəsinin yanında dayandıq. Hərə bir yerə dağılışdı. Dumanlı şəkildə xatırlayıram o anları. Orada nə qədər qaldıq, xatırlamıram, sonra avtobusa necə yığışıb getdik, bunu da yadıma sala bilmirəm. Amma səhəri gün...
Pambıq tarlasının kənarında Cəlil Məmmdəquluzadənin “Ölülər” əsərinin sonuncu pərdəsi oynanılırdı: Qurgen qaçmış, Məhəmmədtağı müəllim pabıq kollarını çıxarıb hıcqıra-hıcqıra sıraya düzdüyü on birinci sinif qızlarının arxasına çırpır... Və fəryad edirdi:
- Mən sizə demədimmi, erməniyə inanmayın?!...
Qızlar da ağlaşırıdlar...
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- 19 müəllim Üzeyir Hacıbəyli Mükafatı- nı qazandı
9 yanvar 2026 12:13
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
7 yanvar 2026 14:07
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
