Tağıyevin kötükcəsi: "Bu qədər qohumumun olduğunu heç gözləmirdim"
Reportaj2 noyabr 2019 13:12
Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod ilk dəfə Bakıya gəlib. O, Tağıyevin birinci nikahdan olan ikinci oğlu Ağasadıqın kötükcəsidir.
Qaynarinfo xəbər verir ki, dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Alban Klodla görüş keçirilib və görüşə nəinki Tağıyevin qohumları, eləcə də Azərbaycan tarixçiləri və alimləri qatılıblar. Alban Klod görüş zamanı Bakı ilə bağlı təəssüratlarını və ailəsi haqda xatirələrini bölüşüb. Görüşdən sonra o, "Sputnik Azərbaycan"ın suallarını cavablandırıb.
- Alban, Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun. İlk dəfədir Bakıya gəlirəm və təəssüratlarım böyükdür. Şəhəriniz çox xoşuma gəldi. Bakı çox müasirdir. Müasir binalarla yanaşı, burada orta əsrlərə aid tikililərə də rast gəlmək olur. Şəhərin mərkəzindəki tarixi binalar mənə böyüdüyüm Parisi xatırladır.
- Siz Tağıyevin kötükcəsi olduğunuzu necə öyrənmisiniz?
- Rəhmətlik babam mənə heç vaxt ailəmizin tarixi və Azərbaycan barədə bəhs etməyib. 2016-cı ildə mən tam təsadüfən onun otağında bir qutu tapdım. O qutuda müxtəlif köhnə şəkillər, suvenir sənədlər - nikah haqqında şəhadətnamə, mənə məlum olmayan adamların xarici pasportları vardı. Bütün bunlarla yanaşı, orada Azərbaycan tarixinə və Tağıyevin həyatına aid müxtəlif yazılı kağızlar yer alırdı. Bilmirəm, babam niyə bütün bu faktları məndən, qardaş və bacımdan gizlədib. Bu yolla mən Tağıyevin dördüncü nəslindən, həmçinin Qacarlar sülaləsindən (neçənci nəsil olduğunu bilmirəm) olduğumu bildim.
Bunları biləndən sonra mən internetdə Tağıyevlə bağlı müxtəlif məqalələri oxudum. Onun haqqında hətta "Wikipedia"da ingilis dilində səhifənin olması belə mənim üçün sürpriz oldu. Burada onun bioqrafiyası ilə bağlı ingilis dilində hər şey var idi. Bu materiallardan onun öz ölkəsi üçün nə qədər yaxşı işlər gördüyünü öyrəndim. O, məktəb və xəstəxanalar, müxtəlif binalar, teatrlar tikdirib, insanları xaricə təhsil dalınca göndərib, çox xeyriyyəçi və nüfuzlu adam olub, onun xatirəsi indiyədək Azərbaycanda hörmətlə yad edilir. Təəssüf ki, onunla bağlı əksər məlumatlar Azərbaycan və rus dillərindədir.
- Həmin qutudan tapdığınız bütün əşyaları Azərbaycana gətirdiniz?
- Yox. Mən ilk öncə sadəcə özüm gəlməyi düşündüm. Amma gələn dəfə mütləq onları gətirəcəyəm. Mənim bütün bu əşyaları Tağıyevin nəsli ilə bağlı məlumatların qorunduğu Azərbaycan Tarixi Muzeyinin arxivinə hədiyyə etmək fikrim var.
- Siz azərbaycanlı mesenatın nəslindən olduğunuzu biləndən sonra Azərbaycandakı qohumlarınızı axtarmağa başladınız?
- Bu, mənim üçün işin ən çətin tərəfi idi. Sadəcə bilmirdim ki, kiminlə əlaqə saxlayım. Bütün bunlarla yanaşı, heç də hamı mənim sözlərimə inanmaya bilərdi. Mən təsadüfən Parisdə azərbaycanlı Hüseyn Cavadzadə ilə tanış oldum. O, mənə Bakıya gəlməyə və qohumlarımla görüşməyə yardım etdi. Etiraf edim ki, Azərbaycanda bu qədər qohumumun olduğunu heç gözləmirdim. Bakıya dörd gün əvvəl gəlmişəm. Bu günlər ərzində mənə o qədər adam zəng edərək görüşmək istədiyini bildirib ki... Düzü məni bu qədər isti və ürəklə qarşılayacaqlarını gözləmirdim, çünki burada heç kəsi tanımırdım. Hər gün kimsə məni evinə qonaq çağırır, müxtəlif hədiyyələr - Tağıyevlər ailəsinin köhnə şəkillərini, nəslimin tarixindən bəhs edən kitablar, disklər verir. Təəssüf ki, onların hamısı Azərbaycan dilindədir. Mən qarşıma məqsəd qoymuşam ki, Azərbaycan dilini öyrənim.
- Siz Tağıyevin bir zamanlar Bakıda tikdiyi binaları ziyarət edə, yaxud onlara baxa bilmisiniz?
- Bəli, bu binaların çoxunu gördüm, ancaq kənardan. Muzeylərin çoxu hazırda təmir olunur, ona görə də içəri girə bilmədim. İkinci dəfə İncəsənət Muzeyinin yaxınlığında gəzəndə və onun büstünün yanına çiçəklərin qoyulduğunu görəndə məmnun oldum. Bu, mənim üçün çox xoş oldu. Bu, o deməkdir ki, insanlar hələ də Tağıyevi xatırlayır, sevir və ehtiram bəsləyirlər.
- Bizə məlumdur ki, sizin Bakıya gəlməkdə məqsədlərinizdən biri də kitabınız üçün daha çox məlumat toplamaqdır...
- Bəli, siz haqlısız. Hazırda mən nəsil ağacım, Tağıyev və ümumilikdə Azərbaycanın tarixindən bəhs edən kitab üzərində işləyirəm. Kitab yazmaq çox çətin prosesdir, özü də əgər tarixi mövzuda yazırsansa. Həmişə öyrənmək və yeni informasiya axtarmaq lazımdır. Bütün bunlarla yanaşı mən Qacarlar sülaləsinin tarixinin öyrənilməsi ilə məşğulam.
- Bakıya yenidən gəlmək və ailənizi də bura gətirmək istəyirsiz?
- Təhsillə əlaqədar olaraq mən tez-tez harasa getməli oluram. Valideynlərim pensiyaçıdırlar, bacım həkimdir, qardaşım isə neft şirkətində işləyir. Çoxları deyir ki, mən Tağıyevə çox oxşayıram, amma bu, belə deyil. Düşünürəm ki, qardaşım daha çox azərbaycanlılara oxşayır, nəinki mən. Onların hər biri Bakıya gəlmək istəyir, amma bunun üçün boş vaxt olmalıdır. Mən mütləq Bakıya yenidən gələcəyəm və ola bilsin, özümlə valideynlərimi də gətirdim. Bundan sonra Azərbaycanla bağlarımı qırmaq istəmirəm.
Oxşar xəbərlər
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 2024 21:42
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 2024 13:16
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya