
Nəsiminin qardaşının məzarı abadlaşdırılır
Maraqlı27 avqust 2019 14:58

Şamaxı rayonunda "Şahxəndan” məzar-türbəsinin ətrafının abadlaşdırılması işlərinə başlanılıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, alimlər XV əsrdə inşa edilən bu türbənin Azərbaycanın görkəmli şairi, mütəfəkkir (1369-1417) İmadəddin Nəsiminin böyük qardaşı Şahxəndana (Şah-i Xəndan) məxsus olduğunu bildirir. Türbənin içində iki yanaşı qəbir var. Məlumata görə, məzarın biri Nəsiminin qardaşı Şahxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şahxəndanın nişanlısı olub.
Nəsiminin Şahxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı. Şahxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığı "Şahxəndan" adlandırmışdılar.
Şahxəndanın dəfn olunduğu yer müqəddəs sayıldığı üçün dövrünün üləmaları, hörmətli şəxsiyyətləri də "Şahxəndan qəbiristanlığı”nda dəfn olunurdular. Azərbaycan ədəbiyyatının məşhur simalarından biri olan şair Seyid Əzim Şirvani və bir çox tanınmış şəxsiyyətlər bu qəbiristanlıqda dəfn olunublar.
Qeyd edək ki, türbədə sovet dövrü və sonrakı illərdə aparılan təmir-bərpa işləri böyük fəsadlar yaradıb. Sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi daşların zərər görməsinə, duzların yaranmasına və bakteriayaların fəallaşmasına, daxildən deqradasiyanın güclənməsinə səbəb olub.
Hazırda "Nəsimi ili" ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə abidənin ətrafının abadlaşdırılması və deqradasiyanın qarşısını almağa yönəlik tədbirlərə başlanılıb.
Abidənin köklü restavrasiyası da gündəmdədir və aidiyyatı qurumların razılığından sonra yaxın vaxtlarda bərpa işlərini də başlamaq nəzərdə tutulur.

Oxşar xəbərlər
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 2025 13:30
- Nasistlər Puşkinin məzarını elə minalayıblar ki... - Şairə görə 10-dan çox hərbçi ölüb
24 mart 2025 14:01
- Artur Rasizadə adının tarixçəsini danışdı - ÖZƏL
10 mart 2025 11:29
- Nəriman Nərimanovun yeganə övladının аnаsınа MƏKTUBU
3 mart 2025 19:11
- Atam və qardaşlarımın başını erməni məzarının üzərində kəsiblər- əsir götürülən Xocalı sakini!
26 fevral 2025 16:38
- Ölkəni sarsıdan terrorun 28-ci ili – Ziya Bünyadova qarşı cinayətin tarixçəsi
25 fevral 2025 16:42
- Kəmaləddin Heydərov zəng edib dedi ki... – Qədir Rüstəmovun xanımı...
24 fevral 2025 22:27
- Yeni doğulmuş körpənin qarnında əkizlər tapıldı
21 fevral 2025 17:19
- Çar Nikolayı yıxan Kerenskinin SSRİ-ni qəzəbləndirən MÜSAHİBƏSİ
16 fevral 2025 19:57
Xəbər lenti
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
Video & Fotoqalereya
Video
Fotoqalereya