Dollar kreditləri ilə bağlı daha bir problem - Palata yalan məlumat verib
Maqazin22 iyul 2019 12:18
Məlum olduğu kimi, Prezidentin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşın banka devalvasiyayadək 10000 dollaradək borcu olubsa, dövlət oradakı məzənnə fərqini öz üzərinə götürür. Yəni həmin fərqi banka dövlət ödəyir. Vətəndaş artıq həmin fərqi banka ödəyibsə, dövlət ödənilən məbləği banka qaytarır. Fərmanın 1-ci bəndinə əsasən bunun icrasına 3 ay vaxt verilmişdi. Yəni mayın 28-də proses bitməli idi. Bir həftədən sonra artıq 5 ay olacaq, lakin Fərman hələ də icra olunmayıb.
Qaynarinfo xəbər verir ki, bunu bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirirb ki, əslində, fəaliyyətdə olan banklar üzrə Fərman demək olar ki, icra olunub. Problem bağlanmış, yəni ləğv prosesində olan banklardadır.
"Məlum olduğu kimi, onların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Deməli, problemi yaradan ƏSF-dir. Xeyli borcalan vətəndaş var ki, indiyədək ƏSF onların xarici valyutada olan kreditləri üzrə dövlətdən kompensasiya vəsaitini amayıb və ya vətəndaşa qaytarmayıb (vətəndaş məzənnə fərqini özü banka ödədiyi halda).
Bəs ƏSF niyə belə edir? Axı sağlam məntiqə görə, əksinə, fəaliyyətdə olan banklarda olduğu kimi, ƏSF də dövlətdən həmin vəsaiti tez almaqda maraqlı olmalıdır. Tutaq ki, lap vətəndaşa müəyyən məbləğin qaytarılmasında ƏSF-dən canfəşanlıq gözləmək əbəsdir, bəs özünə çatacaq pulu niyə almır? Onu da başa düşürəm ki, ƏSF bağlanmış bankların kreditorlarını da düşünmür. Amma axı bəzi banklarda (məsələn, "Bank Standard”, "Texnikabank”) ƏSF heç kompensasiya etdiyi sığortalanmış əmanətlərin də məbləğini geri götürə bilməyib axı. Buna görə də problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmalı idi”.
Bunun səbəbləri haqda danışan Ə. Həsənov deyir ki, belə bir versiya var ki, səbəb odur ki, ƏSF Maliyyə Bazarlarına Nəzarət Palatasının buraxdığı səhvi ört-basdır etmək üçün belə edir: "Məlumdur ki, sözügedən Fərmanın hazırlanmasında Palata iştirak etməyib. Hamı kimi Palata və onun yarıtmaz rəhbəri İbrahim Alışov Fərman haqda mətbuatdan xəbər tutub.
Bununla belə, təbii, Fərmanın müəllifləri onun əhatə edəcəyi borcalan sayı və ən əsası dövlət tərəfindən ödənilməli olan məbləğ haqda məlumatlı olmalı idilər. Bu məlumatı isə yalnız Palatadan əldə etmək olardı. Buna görə də müəlliflər Palataya müraciət edərək borcalanlar və borc məbləği haqda məlumatı alıblar. Lakin savadsızlıq və naşılıq artıq atributu olan Palata yalnız balans məlumatlarını ötürüb. Balansarxası məlumatları isə verməyib.
İstisna deyil ki, Fərmanın müəllifləri də Palataya sorğunu dolğun verməyiblər və məhz buna görə də Palatanın məlumatı tam olmayıb. Amma hər bir halda Palata bank sahəsinə nəzarət edən peşəkar qurum kimi sorğunu dəqiqləşdirməli və məlumatı tam verməli idi”.
Ə. Həsənov qeyd edir ki, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən banklar ümidsiz kreditləri balansdan silməlidir. Bu, o demək deyil ki, kredit borcalana bağışlanır. Sadəcə ümidsiz kreditləri balansda saxlamaqla banklar maliyyə vəziyyətlərini olduğundan yaxşı göstərməkdə maraqlıdır.
Buna görə də qanunvericilik tələb edir ki, banklar balanslarını şişirdərək ictimaiyyətdə və müştərilərində barələrində yanlış təsəvvür yaratmasınlar. Amma hər bir halda qaytarılmayan kreditin balansarxası uçotu davam edir. Problemli dollar kreditlərinin əksəriyyətində vəziyyət məhz belədir. Fevralın sonunadək onların çoxu ümidsiz idi, amma dövlət məzənnə fərqini üzərinə götürərək faktiki olaraq banklar üçün diriltdi!
"Palata Fərman müəlliflərinə xarici valyutada olan problemli kreditlər haqda tam məlumat verməyib. Ən azı balansarxası kreditlər haqda. Nəticədə Fərman müəllifləri dövlətin ödəməli olduğu məbləğ haqda yanlış hesablamalar aparıblar. Yəni əslində dövlət ayrılan təxmini 700 mln. manat deyil, daha çox məbləğ ödəməlidir. Buna görə də Fərmanın əsas icraçısı olan Palata qarşısında ilk gündən ciddi problem yaranıb: çatışmayan məbləği hardan tapsın?
Fərman müəlliflərinə irad tuta bilməzdi ki, siz mənə məramınızı bildirsəydiz, mən tam məlumat verərdim! Səhvini etiraf da etmədi! Bəs nə etdi?
Təbii, Palata dərhal başa düşdü ki, bu işdə fəaliyyətdə olan banklar ona kömək etməyəcək. Çünki onlar qısa zamanda pullarını götürməkdə maraqlıdır. Maraqlı olmayan isə yiyəsiz banklardır. Yəni ləğv prosesində olanlar. Hansıları ki, min cür oyundan çıxan ƏSF-ə tapşırıblar. ƏSF isə faktiki olaraq Palatanın tabeliyindədir. ƏSF-nin rəhbəri Vüqar Abdullayev Palatanın rəhbəri İbrahim Alışovun dostudur. Hər ikisi də vəzifələrinə daimi əsaslarla təsdiq olunmayıb. Sadəcə müvəqqəti icra edirlər. Buna görə də bu müvəqqəti icraçılığı maksimum uzatmaqda maraqlıdırlar.
Beləliklə, bağlanmış bankların xarici valyutada olan problemli kreditləri üzrə dövlətdən kompensasiyanı almaqda maraqlı olmayan ƏSF bununla Palataya kömək edir. Təbii, bütün kreditlər üzrə belə etmir. Sadəcə elə çərçivədə edir ki, dövlətin ayırdığı təxmini 700 mln. manat məbləği aşılmasın və ölkə rəhbərliyi işdən hali olub soruşmasın ki, əlavə məbləğlər niyə lazımdır, niyə vaxtında fərqli rəqəm haqda məlumat verilmişdi”.
Oxşar xəbərlər
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 2024 23:37
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 2024 23:22
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 2024 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 2024 16:28
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya