“İqtidar Əli İnsanovun azad edilməsindən ehtiyat etmir” - Fəzail Ağamalı
14 ilə yaxındır həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun da Novruz bayramı ərəfəsində imzalanacaq əfv fərmanı ilə azadlığa çıxma ehtimalı var. Ölkə iqtidarının yüksək ranqlı keçmiş məmurunun hökumətə təhlükə olub-olmadığına dair də fikirlər səslənir.
Məsələylə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Musavat.com-a açıqlama verib: “Bu gün azadlıqdan məhrum edilmiş hər bir soydaşımızın, o cümlədən də Əli İnsanovun da Allah qapısını açsın, azadlığa qovuşsun, ailəsi ilə bərabər olsun. Mətbuatdan Novella xanımın açıqlamalarını oxudum. Belə fikir söyləyir ki, Əli İnsanov mart ayında azadlığa çıxa, yəni ölkə prezidenti onu əfv edə bilər. Əlbəttə, bu, ölkə prezidentinin səlahiyyətindədir. O, zaman-zaman ən müxtəlif cinayətlərə yol vermiş soydaşlarımızı əfv edib, onları azadlığa qovuşdurub. Hətta ömürlük azadlıqdan məhrum edilmiş insanları da cənab prezident əfv edib. Bilirsiniz ki, belə məhbuslardan Surət Hüseynov, Nəriman İmranov, Rəhim Qazıyev kimiləri ölkə başçısı tərəfindən azad edilib. Əli İnsanov onlar kimi bu dövlətə ziyan vurmasa da, 2005-ci ildəki əməllərində cinayət tərkibi olduğuna görə həbs edildi və bu günə qədər də həbsdədir. Onu azad etmək səlahiyyəti cənab prezidentdədir. Ölkə başçısı humanist addımlarını hər zaman atıb. Eyni zamanda, bu addımlar Əli İnsanova da şamil oluna bilər. Onun həbsdən azad edilməsində iqtidarı ehtiyatlandıracaq heç nə yoxdur. Ola da bilməz.
Çünki ölkə prezidenti cəmiyyətdə kifayət qədər böyük dayaqlara malikdir. Xalqımızın mütləq əksəriyyəti, 80%-dən yuxarı 10 ay öncə cənab prezidentə səs verib, yenidən ona etimad göstəriblər. Həmin etimadı İlham Əliyev yüksək səviyyədə doğrultmaqdadır. Əli İnsanovun azadlığa çıxdıqdan sonra nə edəcəyi öz seçimidir; necə istəsə, o cür də həyatına davam edəcək. İstəsə elmlə, istərsə də siyasətlə məşğul olar. Azərbaycan demokratik ölkədir. Heç kəsə fəaliyyətində məhdudiyyət qoyulmadığı kimi, Əli İnsanova da qoyula bilməz. Düşünürəm ki, o siyasətə qoşulsa belə, siyasətdə sizin düşündüyünüz kimi geniş spektrli sosial bazanı yığa bilməyəcək. Çünki vətəndaşlarımızın mütləq əksəriyyəti bu gün cənab prezidentlə bərabərdir, onun sosial dayağı kimi onu birmənalı şəkildə müdafiə edir. Ölkəmizin bütün regionlarında olan soydaşlarımız kimi əslən qərbi azərbaycanlıların da mütləq əksəriyyəti cənab prezidentlə bərabərdir, onunla bir yerdədir, onun siyasətini yüksək səviyyədə dəyərləndirir, ən çətin anlarda onunla bərabər olublar. Bundan sonra da belə olacaq. Buna qətiyyən şübhə yoxdur. Hər halda Əli İnsanovun Allah qapısını açsın. Bundan sonra nə seçim edəcəksə, bu onun şəxsi işidir”.
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 2025 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 2025 15:11
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 2025 14:00
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 2025 13:11
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
9 yanvar 2025 20:50
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
9 yanvar 2025 12:20
- Dünyanın məşhur jurnalı FORBES Veysəloğlu Şirkətlər Qrupundan yazdı
8 yanvar 2025 16:07
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
6 yanvar 2025 13:23
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
3 yanvar 2025 22:22
- İsа Qəmbərdən incimişəm
11 yanvar 00:11
- DİM-dən Eldаr Mahmudova bağlı olduğu deyilən şirkətə 17 minlik sifariş
11 yanvar 00:01
- Tez-tez kartof yeyənlərə BƏD XƏBƏR
10 yanvar 23:42
- Professor İlham Rəhimov Putinlə necə tanış oldu? - AÇIQLADI
10 yanvar 22:55
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 22:26
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 21:31
- Azərbaycanlı şagird dünya birincisi oldu
10 yanvar 21:15
- Sahil Babayev Samir Şərifovu əvəzləyəcək
10 yanvar 20:16
- Azərbaycanda general-mayor işdən çıxarıldı - FOTO
10 yanvar 19:41
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 18:19
- Samir Şərifovdan ilk açıqlama
10 yanvar 17:52
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 14:36
- Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
10 yanvar 14:00
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 13:23
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
09 yanvar 23:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
09 yanvar 22:13
- Putin bizi də, Əsədi də aldatdı...
09 yanvar 21:25
- Çində yayılan virusun çarəsi TAPILDI – Bu vitamini qəbul edənlər yoluxmur
09 yanvar 21:18
- Məhkəmə prezidentin qızı Gülnarə Kərimova ilə bağlı qərar verdi
09 yanvar 20:50
- Bаkıdа narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
09 yanvar 20:27
- Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus klinikadа nələr .....
09 yanvar 17:46
- Naxçıvanda gömrükdə 273 MİLYON manat mənimsənilib
09 yanvar 17:08
- Paşinyanın Azərbaycanla sülhə dair - Təklifləri
09 yanvar 16:27
- İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
09 yanvar 15:53
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
09 yanvar 15:04
- Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA
09 yanvar 14:48
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi YAYDI
09 yanvar 13:15
- Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu
09 yanvar 12:19