
Nar Festivalında 300 minlik qalmaqal: "Sizin nə haqqınız var ki, araşdırma aparırsız?"
İqtisadiyyat6 noyabr 2018 12:31

Xəbər verdiyimiz kimi hər il olduğu kimi, bu il də 3-4 oktyabr tarixlərində Göyçayda XIII Nar festivalı keçirilib.
Builki Nar festivalında iştirak edənlər arasında da dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var. Nar bayramına xaricdən gələn turistlər də böyük maraq göstəririr.
Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır ( http://mct.gov.az/az/umumi-xeberler/goycayda-xiii-nar-festivali-kecirilir) ( http://goychay-ih.gov.az/news/371.html).
Lakin Rusiyada yaşayan azərbaycanlı milyarder və Göyçayda fəaliyyət göstərən "AzNar” QSC-nin sahibi Fərhad Əhmədov müxtəlif media səhifələrində Göyçayda keçirilən Nar festivalını onun sponsorluğu ilə keçirildiyini bildirir.

Əgər Festivalın sponsoru FərhadƏhmədovun rəhbəri olduğu "AzNar"" QSC-dirsə, onda Mədəniyyət Nazirliyi və Göyçay İH-nin bu festivalda rolu nədən ibarət olub?
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu suallara aydınlıq gətirmək üçün Xalq.Az-ın əməkdaşı adıkeçən tərəflərlə əlaqə saxlayıb.
"Aznar” QSC-nin rəsmisi açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalının sponsoru "Aznar” QSC olub: "Bizdən başqa heç bir sponsor olmayıb. Bütün xərcləri "Aznar” QSC-nin sahibi Fərhad Əhmədov ödəyib və bu günki hesabata görə 300 min manat pul xərclənib".
Amma Göyçay İcra Hakimiyyətinin sektor müdiri-baş muhasib Kamran Kərimov açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalı İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub: ""AzNar" sədəcə bir stend qoymuşdu, öz məhsulların satırdı, heç bir sponsorlıq etməyib. Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib. Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib. Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlahiyyətinizdə deyil, ictimayyətin gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?№
Göyçay İH-nin rəsmisi sonda bir daha vurğulayıb ki, Nar festivalını İcra Hakimiyyəti keçirib və heç kim maddi dəstək göstərməyib. Mədəniyyət Nazirliyindən isə suallara cavab verən olmayıb.


Oxşar xəbərlər
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 2025 12:40
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 2025 21:55
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 2025 12:56
- Tarixin ən hazırcavab saray təlxəyi – Krala şillə vurdu, edamdan xilas oldu
11 mart 2025 16:08
- Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
10 mart 2025 02:53
- İmişlidə DƏHŞƏT - Bir ailənin 3 üzvü DƏM qazından ÖLDÜ, daha ikisi xəstəxanaya yerləşdiridi
9 mart 2025 02:05
- DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü
9 mart 2025 01:49
- Gərək fevralın 14-də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...- Mütəllibov
8 mart 2025 17:04
- Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... - Nadir dəfn fotoları
6 mart 2025 18:47
Xəbər lenti
- Qərargah rəisi intihar etdi - Foto
15 mart 12:40
- Novruz səyahətində NАR rouminqi ilə sevdiklərinə yaxın ol !
14 mart 23:42
- Azğın marşalın aqibəti – Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər..
14 mart 23:22
- Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
14 mart 22:52
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 22:11
- Bəzi restoranlarda OXLU KİRPİ əti verilirmiş
14 mart 21:55
- Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Yenilənib
14 mart 21:37
- Keçən il nə qədər adam evlənib ?
14 mart 12:51
- Tramp türkəsilli xanıma vəzifə verəcək
14 mart 12:31
- Bu gün Anarın doğum günüdür
14 mart 11:50
- Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
13 mart 18:26
- Teyyub Hüseynov: Diаsporа rəhbəri, yoxsа, “dаnа monopilsti”...?
13 mart 15:43
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşdü
13 mart 14:56
- Ramiz Mehdiyev, güllələnmiş Afiyəddin Cəlilov, Artur Rəsizadə və Hadı Rəcəbli – 39 il əvvəl çəklimiş FOTO-da daha kimlər var?
13 mart 14:35
- Veysəloğlu və Zəfər İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi
13 mart 13:37
- İlham Əliyev Roma Papasını təbrik etdi
13 mart 12:56
- Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 mart 12:36
- Heydər Əliyevin qarşısında səhvlərini belə etiraf etmişdilər... - Tarixi görüntülər
13 mart 12:26
- Bakcell -Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri- nə qoşulub
13 mart 12:08
- Obamadan şikayətləndi
13 mart 11:50
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
13 mart 11:25
- Albaniya Prezidenti Azərbaycana gəldi
12 mart 22:10
- Prezident İƏT-in Baş katibini qəbul etdi
12 mart 20:58
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 20:00
- Nə qələt istəyirsən, et ! - Pezeşkiandan Trampa sərt cavab
12 mart 12:19
- Prezident qəbullar keçirdi (YENİLƏNİB)
12 mart 11:40
- Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Xəbərdarlıq
12 mart 00:24
- Şahid: Vardanyan elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
11 mart 23:46
- Anarın məhkəməyə verəcəyi şair: Daha ciddi, iyrənc faktlar bilirəm
11 mart 23:21
- Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO
11 mart 22:18
Video & Fotoqalereya
Video
Fotoqalereya