Azərbaycanın olimpiada çempionu xaricə yarışa getməy yol pulu tapmadı
Müsahibə12 avqust 2018 21:49
Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibi olan məktəbli Yasin Quliyev yol pulu səbəbindən Meksikada keçirilən beynəlxalq yarışa qatıla bilməyib.
Bu barədə Yeniavaz.com saytına onun atası Yalçın Quliyev məlumat verib.
Qeyd edək ki, "Məktəblilərarası II robot Olimpiadası" Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir və ölkə əhəmiyyətli yarışdır. İSTƏK liseyinin 10-cu sinif şagirdi olan Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb və sertifikata layiq görülüb. Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. Yasinin bu layihəsi 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədiyindən Yasin bu yarışa qatıla bilməyib.
Qəribəsi isə odur ki, Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilib.
"Oğlum İSTƏK liseyinin 10-cu sinif şagirdidir. Robotu başda Yasin olmaqla 4 şagird hazırlayıb. Yol pulu və digər xərclərə dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yazılı müraciət edilmişdi. Həmin yarışa dünyanın 160-dan çox ölkəsindən nümayəndələr qatılır. Azərbaycandan başqa heç bir ölkədən uşaqlar yarışmaya öz ciblərinin pulu ilə getmirlər. Nazirliyə müraciətdən sonra uşaqlara cavab gəldi ki, "robotunuzu hazırlayın, gələk baxaq, ondan sonra cavab verək". Gəldilər, baxdılar, bəyəndilər və dedilər ki, "işinizi bəyənirik, bütün xərclərinizi də ödəyəcəyik". Uşaqlar da həvəslənib gecə-gündüz işlədilər, hazırladılar, amma yarışa az qalmış Nazirlikdən yazılı cavab gəldi ki, yol polunuzu verə bilməyəcəyik".
Bundan sonra Yasinin atası oğlunun yol pulunu öz cibindən ödəməyə çalışıb, amma əlavə xərclər də lazım olduğundan bu mümkün olmayıb: "Əvvəl dedilər 1500 dollar, amma sonra dedilər 2500 dollar. Dedim eybi yox, bir yerdən borc-xərc edib uşağı göndərərəm. Sonra dedilər ki, 1000 dollar da əlavə lazım olacaq - Yasinin orada qalması, otel pulu və s. Ona görə razı olmadım. Mən bu uşağın yol pulunu verirəmsə, xərcini çəkirəmsə, heç olmasa otel pulunu dövlət versin də. Nazirlik heç olmasa 1000 dollar yardım etsəydi, qalanını tapıb özüm ödəyərdim, amma etmədilər. Mənə pis təsir edən budur, axı bu uşaq vətənimizi, Azərbaycanımızı təmsil etmək üçün gedirdi. Lazım oldu-olmadı müxtəlif işlərə milyonlar xərclənir, bəs belə istedadlı gənclərə niyə dəstək vermirlər?".
Qeyd edək ki, Yasin gedə bilməsə də, onun şagird yoldaşları öz vəsaitləri hesabına yarışa qatılıblar.
Oxşar xəbərlər
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 2025 20:52
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 2025 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 2025 23:30
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 2025 13:27
- Ötən il Sanduya ən bahalı hədiyyə Azərbaycandan olub
12 yanvar 2025 18:59
- Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
11 yanvar 2025 23:56
- 1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası - 25 yaşlı Məhəmmədin işi
11 yanvar 2025 22:28
- Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək
11 yanvar 2025 13:11
- 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
11 yanvar 2025 12:14
- Azərbaycan etibarlı tərəfdaşdır - Millət vəkili Azər Allahverənov
10 yanvar 2025 22:26
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya