“Kimə “Hummer” bağışlayırdısa, ondan da dəstək alsın!”
Azərbaycanlı jurnalist Eynulla Fətullayev “AST Telman” kimi tanınan, hazırda başı üzərini qara buludlar almış iş adamı Telman İsmayılovla görüşüb və ondan geniş müsahibə alıb. Müsahibədə Telman İsmayılov jurnalistə son illər başına gələnlərdən, müflis olmasından danışıb. O bildirib ki, azərbaycanlı jurnalistlərin dəstəyinə ümid edir:
“Bir çox ölkələr mənə siyasi sığınacaq təklif edirlər, lakin imtina edirəm”, - oliqarx əmin edir. “Çox əminəm ki, aşkar məqsəd - quldurcasına ələ keçirmə məqsədi güdən bəzi şəxslər siyasi hakimiyyəti aldadıblar. Mən bu barədə səs-küy yaradacaq mətbuat konfransında danışacağam. Ən yaxın zamanda... Azərbaycanlı jurnalistlərin dəstəyinə çox ümid edirəm”.
Bəs azərbaycanlı jurnalistlər “AST Telman”ın umduğunu verəcəklər?
“Yeni Müsavat”a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, “AST Telman”ın fəaliyyətinə bələd deyil:
“Mən “AST Telman”ı tanımıram, onun fəaliyyətinə bələd deyiləm. İnanmıram ki, azərbaycanlı jurnalistlər ona elə bir dəstək versin. Eləcə də onun mətbuata hər hansı bir dəstəyi olduğunu görməmişəm. Onun haqqında yayılan məlumatlar yalnız müğənnilərə milyonlar paylaması ilə bağlıdır. Azərbaycanda hər hansı bir xeyriyyə işləri görsəydi, kasıba əl tutsaydı, bunu mətbuat işıqlandırardı, o da yadda qalardı. Lakin Telman İsmayılov yalnız gündəmə aşırı pul xərcləməsi ilə gəlib. Xeyriyyə məqsədli işləri isə yaddaşlarda qalmayıb"”.
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı isə söyləyib ki, kimliyindən asılı olmayaraq, hər hansı bir azərbaycanlının haqqı tapdalanırsa, medianın verdiyi imkanlar çərçivəsində ona dəstək olunur:
“Bu, adi sıravi bir vətəndaş da ola bilər, “AST Telman” da. Yəni burada xüsusi bir fərq qoymuruq. Ümumilikdə isə “AST Telman” çox təəssüf ki, özünü Azərbaycan ictimaiyyətinə, ölkə mediasına, sadəcə olaraq, əyləncəyə meylli bir “playboy” kimi tanıdıb. Biz onu məşhur müğənniləri, dünya ulduzlarını öz şəxsi məclislərinə gətirtmək, oxutmaq kimi epizodlarla xatırlayırıq. Yaxşı olardı ki, “AST Telman”ın da adı Azərbaycanda məşhur olan iş adamları kimi hallansın. Onların sırasında İsgəndər Xəlilovun, Mübariz Mənsimovun, Araz Ağalarovun adını çəkə bilərəm. Bu siyahını bir qədər də uzatmaq olar. Hansı ki, adını sadaladığım şəxslər Azərbaycanda yaşamasalar da, bizneslərini başqa ölkələrdə qursalar da heç zaman ölkəmizə yad münasibət bəsləməyiblər. Hər zaman Azərbaycana dəstək olub, burada böyük işlər görüb, müəssisələr açıblar. Xeyli sayda azərbaycanlı da onların sayəsində işləyib, ailəsini dolandıra bilir.
Çox təəssüf ki, bu yöndən “AST Telman”ın timsalında belə bir fəaliyyət görməmişik. Yaxşı olardı ki, onu bu yönlərdən tanıyardıq və o, Azərbaycan insanı üçün sevimli bir şəxs olardı. Sosial şəbəkələrdə görürük ki, Mübariz Mənsimovun əleyhinə xırda bir tənqid olan kimi minlərlə insan onun müdafiəsinə qalxır. Ancaq “AST Telman”la bağlı bunu deyə bilmərik. Yaxud da İsgəndər Xəlilov Azərbaycanda xeyli sayda müəssisələr, hotellər tikdirib. Onun burada fabrikləri, zavodları var və yüzlərlə insana iş yeri açıb. Bunu çox yüksək qiymətləndirirəm və düşünürəm ki, hər bir Azərbaycanlı ölkəsinə bu cür dəstək olmalıdır. Gənclərin təhsilinə də maliyyə ayıran böyük iş adamlarımız var. Hansı ki, onlar da başqa ölkələrdə çalışıb, yaşayırlar. İstəsələr bunu etməyə bilərlər. Ancaq onlar Azərbaycana olan sevgiləri səbəbindən bu cür işləri təmənnasız olaraq görürlər. Çox arzu edərdim ki, bizim iş adamlarımız özlərini bu cür tanıtsınlar. O zaman onların xüsusi bir çağırışa ehtiyacları olmaz və istər media, istərsə də toplum hər zaman onların yanında olar".
“Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud məsələ ilə bağlı bildirib ki, “AST Telman” son hadisələrə qədər hər zaman şou-biznesin yanında olub, müğənnilərə maşın bağışlayıb:
““AST Telman” nə zaman jurnalistin yanında olub ki, indi jurnalistdən dəstək istəyir?! O, hər zaman müğənnilərə dəstək olub, indi də zəhmət çəksin, müğənnilərdən dəstək alsın. Kimlərə ki, “Hummer” bağışlayırdı, yanında gəzdirirdi, indi də onlardan dəstək istəsin! Jurnalistin hüquqlarını qorumaq, mətbuata dəstək olmaq lazımdır ki, ehtiyacın da olanda jurnalistdən dəstək istəyə biləsən. Onun açıqlamalarını xəbər kimi verəcəyimizə gəlincə isə biz məsələyə digər prizmadan yanaşmırıq. Xəbər olacaqsa, yazacam. Yəni əgər yaydığı açıqlamanın içərisində maraqlı məlumatlar verəcəksə, bunu “AST Telman”a dəstək məqsədilə yox, məhz xəbər əhəmiyyəti daşıdığı üçün işıqlandıracağıq”.
“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı bildirib ki, “AST Telman”a dəstək olacaq:
“İstənilən halda hər bir azərbaycanlıya həmyerlimiz kimi yanışırıq. Jurnalist olaraq da xaricdə yaşayan, xüsusilə də həmyerlilərimizə dəstək olan azərbaycanlılara hərtərəfli yardım etməliyik. Bu, bizim həm vətəndaş, həm milli borcumuzdur. Bəzən hadisələr o şəkildə cərəyan edir ki, bizim dəstəyimiz hər hansı formada özünü göstərə bilmir. İstənilən halda istərdim ki, azərbaycanlı jurnalistlər xaricdə yaşayan hər bir azərbaycanlıya doğru yanaşsın, düzgün məlumat versin, dəstək olsun”.
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 2025 13:27
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 2025 11:24
- Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
11 yanvar 2025 23:56
- Fərdi hazırlıqlar məktəb sistemini çökürdüb - Ekspert
11 yanvar 2025 22:49
- 1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası - 25 yaşlı Məhəmmədin işi
11 yanvar 2025 22:28
- Ukrayna məsələsində Putinə güzəşt olmayacaq - Trampdan sərt açıqlama
11 yanvar 2025 19:44
- Özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - FOTO/VİDEO
11 yanvar 2025 16:30
- Ermənistanın qərarı siyasi təbliğat və şantaj cəhdidir
11 yanvar 2025 15:46
- İsа Qəmbərdən incimişəm
11 yanvar 2025 00:11
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
10 yanvar 2025 21:31
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25