Yol polisi icra başçısına çest verir
Müsahibə16 iyun 2018 17:02
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Dövlət Yol Polisinin rəhbərliyi ilə Milli Məclisin deputatları arasında görüş keçiriləcək. Hələ ki bu görüş planlaşdırılmayıb. Məlumatım da yoxdur. Olsaydı, xəbərim olardı. Çünki dəfələrlə Milli Məclisin plenar və komitə iclaslarında yol polisi-deputat münasibətlərinə toxunulub. Təəssüf edirəm ki, bəzəm bu məsələ sosial şəbəkələrdə elə qələmə verilir ki, guya deputatlar özlərinə imtiyaz tələb edirlər. Burada əsas məqsəd imtiyaz tələb etmək deyil. Sadəcə olaraq, burada söhbət Konstitusiyadan və "Deputat statusu haqqında” Qanundan irəli gələn məsələlərdən gedir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib. O bildirib ki, heç zaman deputatın hansısa imtiyaz sahibi olmağına tərəfdar deyil:
"Mən ümumiyyətlə toxunulmazlığın da tərəfdarı deyiləm. Ancaq bu, qanunda göstərilibsə, yerinə yetirilməlidir. Yol polisi "Deputatın statusu haqqında” qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir. Adətən yol polisi əməkdaşları Konstitusiya və "Deputat statusu haqqında” qanunla maraqlanmırlar. Onlar əsasən, İnzibati Xətalar Məcəlləsinə istinad edirlər. Yol polisi əməkdaşları bilməlidir ki, deputatın avtomobili dayanacağa aparıla bilməz, deputatın özü və ailəsi, ona məxsus əşyalar, maşını axtarışa məruz qala bilməz. Ola bilər ki, deputat pisdir. Amma söhbət ondan gedir ki, deputat müəyyən seçiciləri təmsil edir. Onun aşağılanması statusuna və nüfuzuna zərər vurur”.
T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona "çest” verirlər.
"Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə? Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”.
Deputat deyib ki, adətən işə piyada gedib-gəlir.
"Amma Milli Məclisə və ya dövlət tədbirlərinə gedən zaman avtomobildən istifadə edirəm. Düşüb aşağıda gözləyirəm ki, maşına oturmağa 1 saniyə gecikməyim ki, yoxsa yol polisi maşının şəklini çəkəcək və ya etiraz edəcək. Amma yanımda filankəsə məxsus maşın dayanır, ona bir söz deyən də yoxdur . Deputat bu qədər zəifdir? Mən 1990-cı illərdə deputat olarkən istənilən vəzifəli şəxs deputatın hörmətini saxlayırdı. Bilirdilər ki, deputat onun məsələsini Milli Məclisdə qaldıra bilər.
Bəs indi niyə belədir? Bu nə deməkdir? Qətiyyən aşağılanmaya yol vermək olmaz”.
T.Kərimli bildirib ki, əgər deputat qaydanı pozursa, bununla bağlı özünə və Milli Məclisə təqdimat göndərilməlidir.
"Milli Məclisin İntizam Komissiyası buna baxa bilər . Deputat haqqında sərt tədbirlər görülə bilər. Bunu ancaq Milli Məclis edə bilər. Hansısa, yol polisi əməkdaşı deyil”.
Oxşar xəbərlər
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 2025 23:39
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 2025 20:34
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 2025 13:40
- Sumqаyıt bələdiyyəsi üzrə NАMİZƏDLƏR - 53 nəfər - SİYАHI
12 yanvar 2025 20:05
- İqtisadi və sosial inkişaf yanbayan getməlidir - Millət vəkili Əli Məsimli
10 yanvar 2025 18:19
- Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ
10 yanvar 2025 15:11
- İcra başçısı Lütvəli Babayevin oğlunun MƏHKƏMƏSİ
10 yanvar 2025 14:36
- Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər
10 yanvar 2025 13:41
- Nazir postundan çıxarılan, Baş nazirə müavin təyin olunan Samir Şərifovun DOSYESİ
10 yanvar 2025 13:11
- Yollardakı tıxac probleminin həlli məsələləri
9 yanvar 2025 23:06
Xəbər lenti
- Cənubi Koreyada sensasiya- Prezidenti həbs etdilər
15 yanvar 09:58
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
Video & Fotoqalereya
Video
Fotoqalereya