Ziya Məmmədov pullarını ölkədən çıxarır

Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti yaradılıb.
“Yeni Müsavat” xəbər verir ki, İstanbulda “Cine 5" və ”Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda “vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?
Qəzet yazır ki, bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Bilinən odur ki, Elnur Abdullayevlə Ziya Məmmədovu qohumluq əlaqələri bağlayır. Məlumatlara görə, Elnur Abdullayev sabiq nazirin baldızı oğludur. Onu vəzifə pillələrinə qaldıran da Ziya Məmmədov olub. Nəqliyyat Nazirliyinin tabeliyindəki müxtəlif qurumlarda çalışmış Elnur Abdullayev yaxın qohumunun himayəçiliyi ilə qısa zamanda irəli çəkilib. Nəqliyyat Nazirliyi Rabitə Naziliyinə birləşdiriləndən sonra Ziya Məmmədov postunu itirsə də, Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində qalırdı. DANX tabeliyində isə “Bakı Sərnişin Nəqliyyatı” MMC, “Avtomobil yük daşımalarının təşkili” MMC, “1 saylı Gəncə Regional Nəqliyyat” MMC, “2 saylı Quba Regional Nəqliyyat” MMC, “3 saylı Şirvan Regional Nəqliyyat” MMC, “4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, “5 saylı Yevlax Regional Nəqliyyat” MMC, “6 saylı Şəki Regional Nəqliyyat” MMC, “7 saylı Göyçay Regional Nəqliyyat” MMC, “8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, “9 saylı Ucar Regional Nəqliyyat” MMC, “10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, “11 saylı Tovuz Regional Nəqliyyat” MMC, “12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, “13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, “14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, “15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, “Nəqliyyatservis” MMC, Tədris-Kurs Kombinatı və Respublika Texniki İdman Klubu vardı. Bundan başqa, paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin Elnur Abdullayevə məxsus olduğu haqda məlumatlar vardı. Həmin şirkətdəki taksilər əslində Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu və şirkətin idarə edilməsi, maliyyə hesabatlarına nəzarəti Elnur Abdullayevin həyata keçirdiyi bildirilirdi.
Anar Məmmədovun xalası oğlu Elnur Abdullayevlə münasibətlərinin çox yaxşı olduğu bildirilirdi. Həmçinin qeyd olunan taksi şirkətində Elnur Abdullayevin pay sahibi olduğu deyilirdi. Ziya Məmmədov onu 3 avqust 2015-ci il tarixli əmri ilə DANX rəisi vəzifəsinə təyin edənə qədər Elnur Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ziya Məmmədov işsiz qalandan sonra onun kadrları da nəqliyyat sistemindən “təmizləndi”lər. Həmin günlərdə Elnur Abdullayev də vəzifəsini itirdi. Bundan sonra onun hara getdiyi, nə işlə məşğul olduğu bilinmirdi. Bir qədər əvvəl isə onun səsi Türkiyədən gəlməyə başlayıb. Türkiyədə hazırda telekanal açmaq elə də asan məsələ hesab olunmur. Həm də böyük bir layihə üçün böyük paraların olması da vacib şərtdir. DANX rəisi işləmiş birinin öz maliyyə hesabına belə bir layihənin altına girməsi inandırıcı görünmür. İndiki halda Ziya Məmmədova Türkiyədə telekanallar açmaq imkanı tanınması da inandırıcı görünmür. O da mümkündür ki, sabiq nazirin kadrları indi başqa bir məmur-oliqarxın bayrağı altına keçiblər. Türkiyədə gerçəkləşdirilən böyük layihəni də həmin məmur maliyyələşdirir. “Məqsədi, məramı nədir” sualı isə açıqdır. Hər halda yeni media holdinqin ortaya çıxaracağı məhsullar “musiqini sifariş edənin” kimliyini ortaya qoyacaq.
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
9 aprel 2025 20:27
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
4 aprel 2025 19:04
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35