“İlqar Məmmədov xəyanətkar bir sənədə qol çəkib”

“İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a açıqlamasında deyib. İctimai fəal Bəxtiyar Hacıyevin REAL Partiyasının sədri İlqar Məmmədovu hakimiyyətə əsas müxalif rəqib kimi göstərməsinə münasibət bildirən S. Cəlaloğlu bunun doğru olmadığını qeyd edib. Partiya sədri bildirir ki, bir qüvvənin lider, olması üçün öncəliklə həmin qüvvənin liderinin şəxsi keyfiyyətləri, qabiliyyəti olmalıdır: “Ardınca da həmin qüvvənin gücü, potensialı gəlir. Onu hamımız yaxşı tanıyırıq. Bir müddət Etibar Məmmədovun yanında oldu. Orada da Əli Əliyev və digər şəxslərlə müqayisədə söz sahibi olmayan, arxa planda olan şəxs olub. AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi.
Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Bir-birimizin üzünə baxdıq. Açığı şübhələndim ki, İsa Qəmbər, yaxud Əli Kərimli sənəd imzalayıb.
Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi, yəni belə bir sənədə qol çəkdiyini. İqtidara alternativ deyilən İlqar Məmmədov bu qədər irəli gedib. Onun təşkilatının 200-300 nəfər üzvü olar, ya olmaz. Əgər həbsxanada yatmaq iqtidara əsas alternativ olmaq deməkdirsə, İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Pənah Hüseyn, Arif Hacılı və mən də həbsxana həyatı yaşamışam, hətta elələri var ki, 2-3 dəfə həbsxanaya düşüblər. Onun qətiyyən iqtidara alternativliyi yoxdur. Şəxsi keyfiyyətləri ona ölkənin birinci şəxsi olmağa imkan vermir. Bu gün ölkənin bütün müxalifəti bir yerdə olsa belə, ölkəni idarə etmək üçün hakimiyyətə alternativlik ortaya qoya bilməz. Bu, çılpaq bir gerçəklikdir. Bəxtiyar kimi şəxslərin belə fikirlər səsləndirmələri boş şeylərdir. Onu azad etdirmək üçün belə fikirlər də önə sürə bilərlər. Yəni Avropada bu fikri formalaşdırmaq istəyərlər ki, İlqar hakimiyyətə əsas alternativ görünsün, azadlığını tələb edənlər artsınlar”.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Yenilənib
11 aprel 2025 12:39
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
8 aprel 2025 21:51
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
7 aprel 2025 23:35
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
7 aprel 2025 21:58
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24