Hərbi əməliyyat, yoxsa müasir müharibə..?

( 4 gün davam edən Aprel savaşından bir neçə gün sonra yazdığım fikirləri yenidən paylaşıram.)
Azərbaycan ordusunun 4 gün davam edən uğurlu hərbi əməliyyatları başa çatdı. Bunun hərbi-siyasi əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Amma tələsik də olsa bu irimiqyaslı hərbi əməliyyat barədə ilkin fikirlər söyləmək olar.
İlk öncə onu qeyd edim ki, 1-ci Qarabağ savaşından fərqli olaraq bu dəfə Azərbaycan cəmiyyətində cüzi də olsa panika-təşviş yox idi. Əksinə, cəmiyyətimizdə çox yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, döyüş əzmi var idi. Öz övladını müharibədən yayındırmaq kimi əvvəllki savaşda rastlaşdığımız hallar hətta heç kimin ağlının ucundan belə keçmədi. Yəni cəmiyyət obrazlı desək 7-dən 77-yə kimi döyüşə hazır ovqatda idi. Erməni cəmiyyətində olan dəhşətli PANİKA-dan fərqli olaraq Azərbaycan cəmiyyətində daxili inam və rahatlıq var idi. İlk dəfədir ki, Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi.
Digər vacib cəhət odur ki, Azərbaycan ordusunun bu günədək ancaq hərbi təlimlərdə gördüyümüz müasir silahları ilk dəfə olaraq döyüşdə sınaqdan uğurla çıxdı. Və Azərbaycan cəmiyyəti öz müstəqillik tarixində ilk dəfə olaraq müasir müharibənin nə olduğunu öz gözləri ilə gördü və yaşadı. Yəni bugünədək Azərbaycan insanı müasir müharibəni ancaq xarici kinolarda görmüşdü.
4 günlük hərbi əməliyyatlarda nöqtəvi zərbələrin, müxtəlif qoşun növləri arasında dəqiq koordinasiyanın şahidi olduq. Bu artıq adi hərbi əməliyyat deyil, müasir müharibə idi. Bunu hərbi təlimlərdə həyata keçirmək olmur. Çünki hər şeyin əvvəlcədən planlaşdırıldığı hərbi təlimdən fərqli olaraq bu dəfə qarşıda real düşmən var idi.
Məlumat üçün onu da qeyd edim ki, bir neçə il əvvəl nəhəng Rusiya ilə kiçik Gürcüstan arasında baş verən müharibədən sonra rus generalları açıq etiraf etdilər ki, rus ordusu müasir müharibəyə hazır deyildi. Bəli, müasir müharibə bambaşqadır. Müasir müharibə əsgər sayından çox texnoloji resurslara üstünlük verir. 4 günlük əməliyyatda Azərbaycan ordusu müasir müharibə aparmaq qabiliyyətini ortaya qoydu. Yəni bu müharibə 1991-93-cü illərin müharibəsi deyildi.
Yeri gəlmişkən, 4 günlük müharibə həm də yeri gəldi-gəlmədi “Neft pulları hara gedib?” soruşanlara da tutarlı cavab oldu.
Məlumdur ki, 30 ilə yaxındır davam edən bu savaşda dünyanın az qala əksər dövlətləri bizi başkəsən, quldur kimi, ermənilər isə cəfakeş, məzlum kimi qələmə verirdlər.
Bu dəfəki əməliyyatlarda isə dünyanın xeyli dövləti bizim haqq işimizə dəstək verdilər, ən azı neytral qaldılar. Qardaş Türkiyənin, Pakistanın, qonşu Gürcüstanın dəstəyini gördük. Həmişə bizim əleyhimizə olan Qərb ölkələri ən azı neytral qaldılar. Yeri gəlmişkən, bir neçə il əvvəl cənab İlham Əliyev Belorusiyaya kredit köməyi edəndə bəziləri buna yumşaq desək ağız büzdü. Bəllidir ki, həmin kredit zamanında geri qayıtdı. Ancaq ölkə başçısının həmin düzgün addımı, uzaqgörən qərarı bu gün öz bəhrəsini verdi. Belorusiya dövləti və başçısı hətta Ukraynaya vermədikləri dəstəyi bizə verdilər. Bütün bunlar ölkə başçısını siyasətə qoyduğu investisiyalardır. Prezidentin 10 illik düzgün siyasətinin nəticəsi olaraq Qərb, qatı ermənipərəst Fransa neytrallıq nümayiş etdirdilər. Bax, bu bizim diplomatiyanın qələbəsidir.
Həmişə, bizə ironiya ilə yanaşan və “Elə etməyin ki, Bakıya qədər gələk” deyən yekəbaş ermənilər başda prezident Sarkisyan olmaqla panikaya düşdülər.
Bir məsələni də qeyd etməyi vacib hesan edirəm.
Bu 4 günlük hərbi əməliyyatlar nəticəsində Ermənistan və onun havadarları Azərbaycan və Ermənistan orduları və cəmiyyətləri arasındakı FƏRQİ gördülər. Yəqin ki, müxtəlif vasitələrlə bu FƏRQİ aradan qaldırmağa cəhd edəcəklər. Ona görə də arxayın olmaq olmaz. Və 3 istiqamətdə ( informasiya savaşı, kəşfiyyat və diplomatiya ) təcili hücuma keçməliyik.
Kəşfiyyat kanallarından istifadə edərək Minsk Qrupunun bəzi üzvlərinin mənəvi cəhətdən həmsədr olmaq hüququnu itirməkləri ilə bağlı faktları ortaya qoymalıyıq.
Beləliklə, hərbçilərimiz öz işlərini uğurlar yerinə yetirdi. İndi isə diplomatiya və informasiya müstəvisində mübarizə aparmağın zamanıdır.
Onu da qeyd edim ki, bəzi insanlarımızın hərbi əməliyyatların dayandırılmasına münasibəti birmənalı deyil.
Bilmək lazımdır ki, bu müharibədən tam qələbə gözləmək sadəlövhlük olardı. Əslində 4 günlük maharibə gələcək Qarabağ müharibəsinə hazırlıq idi. Bu həm də erməniləri sülhə məcbur etmək üçün vacib idi.
Sonda bir məsələni də qeyd etməyi vacib hesab edirəm.
Bu 4 günlük müharibə eyni zamanda bizim bəzi minuslarımızı da ortaya çıxardı. Bəlli oldu ki, 20 il fəaliyyət göstərn telekanalarımızın hərbi müxbirləri yoxdu, hərbi əməliyyatlarla bağlı canlı reportajlar görmədik.
Biz Ermənistan və Rusiya mənbələrinin dünyaya yaydığı xəbərləri 2 gün sonra deyil, anındaca təkzib etməli idik, gecikməli deyildik. Bunları vaxtında etməklə qarşı tərəfin informasiya mənbəyi olaraq etibarsızlığına nail olardıq.
Bir sözlə, informasiya savaşında geri qalırdıq.
Yəni o boyda müasir müharibənin informasiya tərəfini Vahid Naxış kimilərin ümidinə buraxmaq olmaz.
Sonda bir məsləni xüsusi olaraq vurğulamaq, məncə yerinə düşər.
Dünyanın nüfuzlu təşkilatları öz sorğularında Azərbaycan ordusunun reytinqini ön sıralarda qeyd edəndə bizim özümüzün inanmağımız gəlmirdi. Ancaq 4 günlük müharibə bunu sübut etdi. Yəqin ki, bundan sonra ordumuz öz reytinqinə görə dünya orduları sırasında daha bir neçə pillə irəliləyəcək.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 2025 14:24
- Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
11 aprel 2025 15:41
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
9 aprel 2025 19:57
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
9 aprel 2025 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24