“Dağ uçsa bu 30 ailədən heç kim salamat çıxmayacaq...” Teleqüllənin yaxınlığında qorxunc mənzərə
Günün sitatı19 yanvar 2018 01:03
Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb.
Sürüşmə nəticəsində ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə qəsəbənin Cənub dərə küçəsindədir. Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, dağın yamacında yerləşən evlərdə bir il əvvəldən yaranan kiçik çatlar iri yarğanlara çevrilib. Xüsusən son 2-3 ayda sürüşmə intensivləşdiyindən hər an evlərinin dağılma təhlükəsi ilə üz-üzə qalıblar.
Çatları torpaqla doldururlar...
Cənub dərə küçəsi dağın zirvəsinə doğru sonuncu küçədir. Bakını ovuc içi kimi göstərən gözəl mənzərəsi olmasa, təmiz havası və yaşıllığı ilə dağ kəndini xatırladır. Elə yolları da ucqar dağ kəndlərinin yolları kimi keçilməzdir. Yolun sonundan o tərəfə isə həmin iri yarğanlar və sürüşmə zonası başlayır. Bir neçə sakinin bələdçiliyi ilə dağın zirvəsinə çətinliklə qalxa bildik. Torpaq ayağımızın altından ovulur, hər tərəfdə iri çatlar vahiməli mənzərə yaradırdı.
Qəsəbə sakinləri isə son aylar ərzində bura gündə azı 2-3 dəfə qalxdıqlarını deyirlər. Onların sözlərinə görə, hər gün ərazidəki çatlar BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən torpaqla doldurulur. Buna özümüz də şahid olduq. Fəhlələr dağın yamacını qazaraq torpağı çatlara tökürdülər. Bir xeyli belə çat örtülsə də, əvəzində yeni çatlar əmələ gəlir, sürüşmə genişləndikcə, köhnə çatlar da böyüyür. Onlardan niyə çatları yumşaq torpaqla doldurduqlarını soruşduqda isə, "bizə belə göstəriş veriblər” cavabından başqa heç nə öyrənə bilmədik.
Sürüşmə sürətlə gedir
Sakinlər deyirlər ki, Bayılın torpağı yumşaq olduğundan sürüşmə də sürətlə gedir. Onların sözlərinə görə, burada sürüşməni intensivləşdirən həm də Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə axıdılan sulardır. Qəsəbə sakini Zahid Aslanov deyir ki, dağda təxminən bir il əvvəl zeytun və digər ağaclar əkilib. Hər gün onları suvarmaq üçün axıdılan su torpağı yuyub və sürüşməyə səbəb olub: "Dünənə qədər burada rezin su boruları var idi. Onları dünən təcili yığışdırdılar. Amma bəzi yerlərdə hələ də hissələri qalır. Düzdür Bayıl sürüşmə zonasıdır, buranın torpağı yumşaqdır, amma bu vəziyyətə suvarma da təsir edib”, - deyə qəsəbə sakini Zahid Aslanov bildirir.
"Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa...”
Təhlükəli zonada yaşayanların çoxu Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlərdir. Sakinlər deyirlər ki, evləri qəzalı vəziyyətdə olduğundan onlara mənzillərini tərk etmək məsləhət görülüb. Lakin onların köçməyə başqa yerləri olmadığından qəzalı evlərində təhlükəli şəraitdə yaşamağa məcburdurlar.
"25-30 il əvvəl erməni girovluğundan qaçıb məcburi köçkün kimi bura sığınmışıq. Özümüzə daxma tikib başımızı salmışıq ki, küçədə qalmayaq. Kiminsə evinə girməmişik, məktəbi, xəstəxananı zəbt eləməmişik. Zülmlə, əziyyətlə ev tikmişik, indi də dağ uçur. Qorxudan gecəni yata bilmirik ki, birdən dağ uçar, qalarıq altında. 30 il əvvəl doğma el-obamızdan güllənin altında, qorxu, səksəkə içində necə çıxmışdıqsa, bu saat o vəziyyətdəyik. Oğluma vəsiyyət eləmişəm ki, dağ uçsa, meyitimi torpağın altından çıxarmayın...”, - deyə Qaragöz Xudiyeva bildirir.
Dağ uçsa burdan heç kim salamat çıxmayacaq
Əminə Bayramova adlı sakin isə deyir ki, əgər dağ uçsa, buradan heç kim salamat qurtula bilməyəcək: "4-5 aydır vəziyyətimiz çox çətindir. Pişik də çöldə taqqıltı eləyəndə diksinirik. Gecə səhərə kimi yata bilmirik ki, indi uçacaq, bu saat uçacaq Bura gələn yol dağın yamacından keçən yeganə yoldur. Dağ uçsa, bu yol yerlə yeksan olacaq. Lap biz sağ qalsaq belə bu yol tutulduğundan buradan qurtula bilməyəcəyik. Çünki uçqun yolu mütləq bağlayaca. Burada elə evlər var ki, pilləkənlər iki yerə parçalanıb. Divarlara əl vuranda qopub tökülür. Biz heç olmasa, yaşamışıq, uşaqlarımıza, nəvələrimizə yazığımız gəlir. Onlara bir şey olmasın”, - deyə qəsəbə sakini ağlamsınır.
Sakinlərin sözlərinə görə, hazırda təxminən 30-a yaxın ev təhlükə altındadır. Lakin sürüşmə irəliləsə, bütün qəsəbə məhv ola bilər. Sürüşmə zonasında olan evlərin əksəriyyətində kanalizasiya sistemi olsa da, yolun yuxarı hissəsində yerləşən evlərin çoxunda kanalizasiyanın elə torpağı altına axıdıldığını öyrəndik.
"Deyirlər kimdən icazə alıb ev tikmisən?”
Sürüşmədən ən çox zərər çəkən ev İlham Aslanova məxsusdur. Azyaşlı uşaqları və valideynləri ilə bir yerdə yaşayan qəsəbə sakini deyir ki, nə getməyə yeri, nə də başqa ev almağa imkanı var.
"Ən birinci dağılan ev mənim evimdir. Evin qəzalı vəziyyətə düşməsi haqda FHN, bütün aidiyyati qurumlar rəy veriblər. 9 müvafiq orqana yazmışam, hamının xəbəri var, amma heç kim kömək etmir. Deyirlər bu evdən çıxmalısınız. Mən bu evdən hara gedim? Valideynlərimlə bir yerdə yaşayıram, ən yaxşı halda onları bacımgilə göndərə bilərəm. Külfətimi kimin qapısına aparım?”, - deyə zərərçəkmiş bildirir.
Zahid Aslanovun da evi qəzalı vəziyyətdədir. Qəsəbə sakinin sözlərinə görə hər gün otaqlarda yeni çatlar yaranır. Darvazanın qarşısındakı pilləkən isə hər gün bir az yerindən oynayır. Elə sürüşmənin ölçüsünü də bu pilləkənə baxaraq təxmin edirlər.
"Bir il əvvəl dağ boyu su axırdı. Mən Yaşıllaşdırma Təsərrüfatı Birliyinə gedib şikayət elədim. Lakin onlar dedilər ki, bu su sizin ev üçün təhlükə törədə bilməz. Kömək əvəzinə mənə dedilər ki, sənə kim icazə verib burada ev tikmisən? Mən gedib daşı 1 qəpikdən almaq üçün karyerdə yatırdım. Zülmlə, əziyyətlə daxma tikmişəm. İndi küçələrdə qalmalıyam? Evimi bir dəfə təxminən bir il əvvəl torpaq sürüşüb dağıdıb. Bu ikinci dəfədir, birtəhər yamayıb düzəltmişdim. Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə, Zəngilan Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə - bütün idarələrə müraciət etmişəm. Deyirlər tədbir görəcəyik, amma nə vaxt? Mən evdən çıxmıram, çünki getməyə yerim yoxdur. Qoy ev uçsun, nə olur-olsun. Hər şeydən bezmişəm”, - deyə İlham Aslanov bildirir.
Sürüşməyə səbəb "Qanlı göl”dür?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov çökmənin, sürüşmənin əsas səbəbini "Qanlı göl”lə əlaqələndirir. Onun sözlərinə görə, torpağın su ilə qidalanmasının "Qanlı göl"dən qaynaqlandığını sübut etmək üçün ərazidə quyu qazılıb və həmin quyuda 60 metrdən sonra su çıxmağa başlayıb. "Qanlı göl”ə su gəlir, amma çıxış yoxdur. Su gəldikcə torpaq doyur və ondan sonra çökmə baş verir. Geoloq hesab edir ki, əslində belə ərazilərdə də tikinti aparılmasına icazə yoxdur.
Xatırladaq ki, bu ərazidə daha əvvəl də çoxsaylı çökmə və sürüşmələr baş verib. 2000-ci ildə Bayıl qəsəbəsində 37 metr çökmə baş verib və Neftçilər prospektində təxminən 200 metr məsafədə asfalt qalxıb. Dərinlikdəki horra şəklində olan məhlul ora yığılıb, amma həmin məhlul dənizə axa bilmədiyi üçün asfalt hündür qalıb.
Oxşar xəbərlər
- 1500 il əvvəl Roma İmperiyasının süqutu: Strateji səhvlər, iqtisadi tənəzzül...
11 dekabr 2024 15:10
- Əsəd qaçarkən təyyarəsi QƏZAYA uğradı və ÖLDÜ ...
8 dekabr 2024 12:23
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- Ukrayna hadisələri və ...SİYASİ LİDERİN ROLU
3 dekabr 2024 15:12
- Gürcüstanda etirazlar davam edir
2 dekabr 2024 12:33
- MDB-də ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı –VİDEO
2 dekabr 2024 01:12
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 2024 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya