Möhtərəm Prezident!
Qeyd edək ki, Cəlil Baxşıyev həm də Milli Məclisin deputatı İqbal Məmmədovun yaxın qohumu və rayondakı bəzi biznes obyektlərinin qeyri-rəsmi şərikidir. Həm deputatın, həm də başçının birinci müavinini Zuvand zonasından olması rayonun az qala adının dəyişib Zuvand rayonu qoyulması ilə nəticələnməsinə gətirib çıxaracaq.
Dövlət tərəfindən Lerik rayonunun quruculuğuna, abadlaşdırılmasına və infrastrukturunun yenilənməsinə ayrılan vəsaitlər demək olar ki, bütövlükdə Zuvanda yönəldilir. Bu zonada 24 saat elektrik enerjisi, çox rahat asphalt yol, qaz, istirahət mərkəzləri, su xəttləri, meyvə bağları, biz sözlə yaşamaq üçün hər şey var. Ancaq bizim kəndlərimizin yolu hələ də orta əsrlərdəki kimi adi torpaqdandır. Bir az yağış yağan kimi rayonla bütün əlaqələrimiz kəsilir. Durumun nə qədər ağır olduğunu göstərmək üçün sizə video-faktlar da təqdim edəcəyik.
Möhtərəm cənab Prezident!
Möhtərəm cənab Prezident!
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, yolun budəfəki hissəsini "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə o və atası İbrahim Kazımov rəhbərlik ediblər. İbrahim Kazımov isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, ayırdığını pulları kimlər və necə xərcləyirlər? Əgər tapşırıq versəniz, ortada böyük bir korrupsiya şəbəkəsinin olduğu ortaya çıxacaq...
Möhtərəm cənab Prezident!
Xahiş edirik ki, Lerik rayonunun ancaq Zuvanddan ibarət olduğunu hər əməlində təsdiqləyən Lerik rayon İcra Hakimiyyətinin zülmündən bizi qurtarın. Nə qədər ki, Lerik rayon rəhbərliyində şəxsi mənafelərini dövlətin apardığı siyasətdən üstün tutan məmurlar var, bizə xoş gün yoxdur.
Ona görə də xahiş edirik, bizim ərazimizin qonşu Yardımlı rayonuna birləşdirilməsi üçün sərəncam verəsiniz.
Lerikin iki kəndi Yardımlıya birləşmək istəyir - Prezidentə sensasion müraciət
Siyasət15 noyabr 2017 18:30

Lerik rayonu iki kəndi - Şivlə və Biləvər kəndləri yenidən ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Milli Məclisə müraciət ediblər.
Onlar rayon rəhbərliyindən şikayət ediblər və məmurların biganəliyinə etiraz olaraq, Lerik rayonundan ayırılıb Yardımlı rayonuna birləşməyi xahiş ediblər.
NUH.az sakinlərin Anaxeber.az-a göndərdiyi məktubu təqdim edir:
"Möhtərəm Prezident!
Lerik rayon rəhbərliyinin bizə qarşı olan davamlı biganəliyi yenidən bu şikayət məktubunu Sizə ünvanlamağa məcbur etdi. Biz Sizə rəsmi olaraq bir neçə məktub da ünvanlamışıq. Yəni bu Sizə ünvanladığımız ilk məktub deyil. Ümid edirik ki, tələblərimizə müsbət cavab veriləcək.
Möhtərəm Prezident!
Lerik rayonu 4 zonaya – Piran, Zuvand, Orand və Deriq zonalarına bölünür. Rayonumuzun əhalisinin təxminən 60 faizi bizim də yaşadığımız Deriq adlanan əraziyə düşür. Lakin bu zonaya rayon rəhbərliyinin ögey münasibəti rayonun 60 faizini ölkə rəhbərliyindən narazı salmaqdadır. Bizim narazılığımıza səbəb isə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun birinci müavini Cəlil Baxşıyevin Zuvand zonasından olmasıdır.
Qeyd edək ki, Cəlil Baxşıyev həm də Milli Məclisin deputatı İqbal Məmmədovun yaxın qohumu və rayondakı bəzi biznes obyektlərinin qeyri-rəsmi şərikidir. Həm deputatın, həm də başçının birinci müavinini Zuvand zonasından olması rayonun az qala adının dəyişib Zuvand rayonu qoyulması ilə nəticələnməsinə gətirib çıxaracaq.
Dövlət tərəfindən Lerik rayonunun quruculuğuna, abadlaşdırılmasına və infrastrukturunun yenilənməsinə ayrılan vəsaitlər demək olar ki, bütövlükdə Zuvanda yönəldilir. Bu zonada 24 saat elektrik enerjisi, çox rahat asphalt yol, qaz, istirahət mərkəzləri, su xəttləri, meyvə bağları, biz sözlə yaşamaq üçün hər şey var. Ancaq bizim kəndlərimizin yolu hələ də orta əsrlərdəki kimi adi torpaqdandır. Bir az yağış yağan kimi rayonla bütün əlaqələrimiz kəsilir. Durumun nə qədər ağır olduğunu göstərmək üçün sizə video-faktlar da təqdim edəcəyik.
Möhtərəm cənab Prezident!
Onu da deyək ki, rayonun xidmət təşkilatlarının işçilərini də hər gün maşınların dövlət nömrə nişanlarını adi vətəndaşlar tanımasınlar deyə çıxararaq Zuvanda göndərirlər. Fəhlələr orada rayon başçısı və müavini üçün əkilmiş kartof sahələrində, meyvə bağlarında və buğda sahələrində işləyirlər. Ancaq bizim zonada heç nə yoxdu. Yalnız zəhərli tütün əkirlər. Onları da məktəb uşaqlarına yığdırırlar. Dövlətin Deriqə ayırdığı vəsaitlərin böyük əksəriyyətini isə Cəlil Baxşıyev və qardaşı mənimsəyir. Biz yolumuzun bərbad olması barədə dəfələrlə şikayət etsək də, bizə əhəmiyyət verən olmayıb. Onların dövlətin yolumuz üçün ayırdığı külli miqdarda pulu mənimsədikləri üçün çəkilən yol istismara verilməmiş dağıldı. Söhbət Noda-Şingədulan-Xanagah yolundan gedir. Yolun bir hissəsi dağılmışdı. Sentyabr ayında çəkilən hissəsi də iki ay olmasına baxmayaraq, dağlır. Çünki yeni körpülər salınmayıb, məsələn yol Ağçay kəndində sovet dövründə qoyulan köhnə körpünün üstündən keçib. Yolun təmiri üçünsə 17 milyon manat pul ayırmısınız. Araşdırın, görün necə sovrulub bu 17 milyon manat vəsait?
Möhtərəm cənab Prezident!
Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, yolun budəfəki hissəsini "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Masallı rayon Yol İdarəsinə tapşırıb. Yolun tikintisini isə "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirib. Şirkətin rəhbəri Fuad Muxtarzadədir, ancaq tikintiyə o və atası İbrahim Kazımov rəhbərlik ediblər. İbrahim Kazımov isə Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımovun qardaşıdır. Sözügedən şirkətin baş mühəndisi isə Lerik rayon İcra Hakimiyyətinin müavini Cəlil Baxşıyevin qardaşdır. Həmin şəxslərin isə eyni kənddən, yəni Lerikin Qışlaq kəndindən olması sirr deyil. İndi gördünüz, ayırdığını pulları kimlər və necə xərcləyirlər? Əgər tapşırıq versəniz, ortada böyük bir korrupsiya şəbəkəsinin olduğu ortaya çıxacaq...
Möhtərəm cənab Prezident!
Xahiş edirik ki, Lerik rayonunun ancaq Zuvanddan ibarət olduğunu hər əməlində təsdiqləyən Lerik rayon İcra Hakimiyyətinin zülmündən bizi qurtarın. Nə qədər ki, Lerik rayon rəhbərliyində şəxsi mənafelərini dövlətin apardığı siyasətdən üstün tutan məmurlar var, bizə xoş gün yoxdur.
Ona görə də xahiş edirik, bizim ərazimizin qonşu Yardımlı rayonuna birləşdirilməsi üçün sərəncam verəsiniz.
Hörmət və ehtiramla Lerik rayonun Şivlə və Biləvər kənd sakinləri"
NUH.az
Oxşar xəbərlər
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Ceyhun Yusifov Adəm Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyir
4 aprel 2025 21:44
- Axı niyə bir azərbaycanlı professor erməni çıxmalıdır - Elbəyi Həsənli Altay Göyüşovu suçladı
4 aprel 2025 21:25
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya