Qalib Salahzadə: "Eldar Mahmudov kişi adamdır"

Allahşükür Paşazadənin qudası “Eldar Mahmudov kişi adamdır” dedi; Qalib Salahzadə: “Şeyxin vaxtı var ki, bizneslə məşğul olsun?..”
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin Çexiyada mülkləri və şirkətinin üzə çıxması xəbərinə qardaşı Cavanşir Paşazadə və qudası Qalib Salahzadə münasibət bildiriblər. Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşı və özünün Karlovı Varıda biznesinin olması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib ki, haqqında yayılan belə məlumatlara mətbuat vasitəsilə bir neçə dəfə cavab verib: “7-8 ildir ki, bu söhbət gedir. Yenə də yazırlar. Bunlar hamısı yalan məlumatlardır. Bizim Çexiyanın Karlovı Varı şəhərində heç bir biznesimiz yoxdur. O sənəd saxtadır, həmin xanımı və şirkəti tanımırıq. Mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki, yoxdur. Amma olanda nə olar ki?”
Bu arada sosial şəbəkələrdə Cavanşir Paşazadənin adı keçən və Karlovı Varıda əmlaklarının olmasını təsdiqləyən Çexiyanın müvafiq qurumunun reyestr xidmətindən çıxarışların da fotosurətləri yayılıb. Həmin fotosurətlər əvvəl yayılmış məlumatların doğru olduğunu təsdiqləyir.
Bu ilin yanvarında “Açıq Rusiya” təşkilatının saytında yer alan məlumata görə, Çexiyanın məşhur kurort şəhəri olan Karlovı Varıda daşınmaz əmlakın böyük bir qismi Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsus olduğu bildirlirdi. Saytın yaydığı məlumatlar sırasında Hacı Allahşükür Paşazadənin, onun deputat qardaşı Cavanşir Paşazadənin Karlovı Varıda əmlakının olması diqqətə çatdırılırdı. Həmin vaxt QMİ rəhbərinin qardaşı, deputat Cavanşir Paşazadə azvision.az-a açıqlama verərək “Açıq Rusiya” təşkilatının məlumatını yalanlamışdı. Deputat özünün və şeyxin Karlovı Varıda əmlakının olmadığını demişdi.
Sitat: “Hazırda xaricdəyəm. Buna görə ətraflı danışa bilmirəm. Qeyd edim ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Tamamilə yalandır. Bizim orada əmlakımız yoxdur”.
Yayılan son məlumatlarda isə Çexiya reyestrlərindən çıxarışların fotosurətinin olması Paşazadələrin inkarçılıq mövqeyini sarsıdır. Bu arada Qalib Salahzadə də Şeyxin Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə yayılan məlumatlara münasibət bildirib. Q.Salahzadə Ölkə.Az-a açıqlamasında deyib ki, Şeyxin heç bir ölkədə biznesi yoxdur: “Ötən gün məni qaralayan xəbər yayılmışdı. İndi də Şeyxi qaralayan xəbərlər yayılıb. Bütün bunlar böhtandır. Məgər Şeyxin vaxtı var bizneslə məşğul olsun? Şeyx bütün günü Rusiyaya gedib-gəlir, Qarabağ probleminin həllinə çalışır. Onun bu Vətən üçün xidmətləri böyükdür. İndi Allahşükür Paşazadəni kimlərsə hədəfə alıblar, bu cür şərləməyə çalışırlar”.
Q.Salahzadə xarici ölkələyə gedib-gəlməkdə qəbahət görmədiyini də söyləyib: “Şeyx nə vaxtsa Karlovı Varıya gedib bir stəkan su içib. İndi deyirlər ki, onun Çexiyada biznesi var. Birincisi, Şeyxin Karlovı Varıda biznesi yoxdur. Lap olsa, nə olar? Məgər biznesi olmaq eyibdir? Mən bir daha söyləyirəm ki, bütün bunlar Şeyxə qarşı böhtandır. Bunun arxasında kimlər dayanırsa, Allah onların cəzasını verəcək”.
Şeyxin qudası zaman-zaman özünün də bu cür şər-böhtanlara məruz qaldığını bildirib: “2000-ci ildə məni polisə sillə vurduğum üçün həbs etmişdilər. Boynuma da ağır maddə qoymaq istəyirdilər. Deyirdilər ki, guya 8 nəfər adam öldürmüşəm. Həbsdə üç ay yatandan sonra ulu öndər Heydər Əliyev xəbər tutmuşdu. Maraqlanıb soruşmuşdu ki, Hacı Qalibi nə səbəbə həbs etmisiniz? Demişdilər ki, polisə sillə vurub. Allah rəhmət etsin, Heydər Əliyev də tapşırmışdı ki, Hacı Qalibi dərhal azad edin. O vaxtı ulu öndər məni həbsdən qurtarmışdı. Bir neçə il öncə isə bağımdan silah tapmışdılar. Deyirdilər ki, guya Hacı Qalib silah gəzdirir və sairə. Mən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng edib xahiş etdim ki, bağıma minaaxtaran əməliyyatçılar göndərsin. Sağ olsun Eldar Mahmudov, kişi adamdır. O da göndərmişdi. Gəlib bağı yoxlamışdılar, ancaq heç nə tapılmamışdı. Deməyim odur ki, vəzifədə olan bəzi məmurlar üçün adamı şərləmək çox asandır. Hörmətli Şeyximizi də şərləmək istəyirlər”.
Xatırladaq ki, Allahşükür Paşazadənin Çexiyanın Karlovı Varı bölgəsində biznesinin olması barədə sənədlər yayılıb. “Yeni Müsavat”ın sosial şəbəkələrə istinadən yazdığına görə, Paşazadənin biznesini Marketa Şpişakova adlı çex qadın idarə edir: “Bu qadın Şeyxülislamın şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər. “AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır". /musavat.com/
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Şok açıqlama: Hitlerin 1945-ci ildə özünü öldürməsi yalanlanır
12 aprel 2025 13:00
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
9 aprel 2025 17:39
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35