Nərimanov icra hakimiyyətindən prezidentə ŞOK ŞİKAYƏT…
Virtualaz.org xəbər verir ki, hazırda bu şirkətlə yarımçıq binanın söküntüsünü həyata keçirən Türkiyə şirkəti “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim”in Azərbaycan nümayəndəliyi arasında məhkəmə çəkişməsi davam edir.
Ötən buraxılışlarımızda bu məhkəmə barədə geniş reportaj oxuculara çatdırılıb. İndi isə şirkət rəhbərliyi prezident İlham Əliyevə müraciət edərək üzləşdikləri acınacaqlı vəziyyətdən çıxa bilmək üçün kömək diləyir. Belə məlum olur ki, fəaliyyəti ifli edilən, tikdiyi bina dağıdılan şirkətin faizləri ilə birlikdə 3 milyon manata qədər vergi borcu da yaranıb. Nəticədə vergi orqanları tərəfindən şirkətə qarşı istintaq başladılıb.
Şirkət rəhbərliyinin bir nüsxəsi də redaksiyamıza daxil olan müraciəti bu sözlərlə başlayır: “Hörmətli cənab prezident! Ölkəmizdə sahibkarlığın inkişafı ulu öndərimiz Heydər Əliyev iqtisadi siyasətinin daima ayrılmaz bir hissəsi olub. Siz də sahibkarlığın inkişafına göstərdiyiniz dövlət dəstəyinin bariz nümunəsi kimi “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışınızda qeyd etdiniz ki, “Sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var-bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq”.
Müraciətdə daha sonra deyilir ki,”Svit House” MMC Azərbaycan dövlətinin gücünə, qanunlarına arxalanaraq vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına öz dəstəyini vermək istəyib. Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 5 saylı ünvanda çoxmərtəbəli yaşayış binasının inşasına başlayıb və həmin binadan mənzil almaq istəyən yüzlərlə vətəndaşla müqavilə bağlayıb. Tikilməkdə olan binadan mənzil almaq istəyən vətəndaşlar şirkətə cəmi 1 milyon manatdan artıq ilkin ödənişlər ediblər.
Şirkət rəhbərliyi bildirir ki, yeni tikilməkdə olan binadan mənzil almaq istəyənlər “Svit House”nin bundan əvvəl həmin ərazidə inşa etdiyi iki çoxmərtəbəli yaşayış binasının nə dərəcədə keyfiyyətli, rahat olduğunu görərək bu ödənişləri etmişdilər. Belə məlum olur ki, həmin iki binanın tikintisinə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şifahi qaydada icazə verilirmiş, bir müddət, təxminən 4-5 ay keçdikdən sonra isə tikintiyə dair bütün sənədlər təsdiq olunmuş formada şirkətə təqdim olunurmuş.
“Bu dəfə də həmin ərazidə inşasını planlaşdırdığımız çoxmərtəbəli yaşayış binasının tikintisi üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən tərəfindən şifahi qaydada icazə verildi. Tikintiyə dair bütün sənədlərin təsdiq olunaraq daha sonra şirkətə təqdim ediləcəyi deyildi”-müraciətdə göstərilir.
Beləliklə, şirkət tikintiyə başlayıb və qıza müddət ərzində binanın altında avtomobillər üçün parkinq yeri tikilib, binanın özü isə 4-cü mərtəbəyə qədər qaldırılıb. Şirkət rəhbərliyinin müraciətində göstərilir ki, binanın özül işləri zamanı qrunt sularının yığılması aşkarlanıb və binanın bünövrəsinə suyun axmasını dayandırmaq üçün layihə-smeta sənədlərindən əlavə böyük məbləğdə xərc də çəkilib.
Lakin 2016-cı il avqustun 10-da, binanın tikintisinin sürətlə davam etdiyi bir vaxtda Nərimanov rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, digər məmurlar tikinti sahəsinə gələrək işləri “müvəqqəti dayandırmağı” tələb ediblər. Bu tələbi onunla əsaslandırıblar ki, ərazidə yaşıllıq salınacaq və eyni zamanda binanın gələcəkdə Heydər Əliyev Mərkəzinin yerləşdiyi ərazinin ümumi konsepsiyasına uyğunlaşdırılmasına ehtiyac var.
Beləliklə, tikinti dayandırılır və ərazi özəl mühafizə xidməti tərəfindən nəzarətə götürülür. Səlahiyyətli məmurlarla aparılan sonrakı danışıqlar nəticə vermir. Nəhayət yarımçıq qalmış binanın tamamilə sökülməsinə qərar verilir və 2016-cı il avqustun 20-də müraciətdə deyildiyi kimi Türkiyə şirkətinin texnikası binanı iki-üç gün ərzində darmadağın edir. Söküntü elə qəfil aparılır ki, binanın zirzəmi qatında və mərtəbələrində saxlanılan, ümumi dəyəri 400 min manata yaxın olan tikinti materialları da zay edilir, dağıntıların altında qalır.
Prezidentə ünvanlanan müraciətdə daha sonra deyilir: “Bununla bağlı, müqavilələr üzrə yüzdən artıq vətəndaşlar tərəfindən ödənilmiş və şirkət tərəfindən həmin binanın tikintisi üçün xərclənmiş pul vəsaitlərinin qaytarılması barədə Bakı şəhəri İH-nin və Nərimanov RİH-nin müvafiq səlahiyyətli şəxslərinə, digər instansiyalara dəfələrlə etdiyimiz müraciətlərə rəsmi qaydada yox, şifahi qaydada bildirildi ki, narahat olmaq üçün heç bir əsas yoxdur, kompensasiyanın verilməsi ilə bağlı məsələlər müvafiq dövlət qurumlarında baxılır, hesabatlar aparılır, yaxın vaxtlarda həm vətəndaşlar tərəfindən, həm də, şirkət tərəfindən sərf edilmiş pul vəsaitləri tam olaraq geri qaytarılacaqdır”.
“Svit House” MMC-nin rəhbərliyi onu da bildirir ki, dəfələrlə Nərimanov rayon İcra Hakimiyyəti ilə danışıqlar aparıblar. İcra Hakimiyyətinin rəhbərliyi qeyri-rəsmi qaydada bildirib ki, tikinti işləri tamamilə qanuni idi, lakin söküntü qərarı “dövlət layihəsi çərçivəsində” verilib. Deyiblər ki, tezliklə şirkətin tikinti üçün çəkdiyi xərclər və vətəndaşlara qaytarmalı olduğu pullar ödəniləcək.
Lakin bu vaxta qədər şirkətə nə bir qəpik pul ödəyən olub, nə də yaranmış vəziyyətdən çıxmaq üçün hansısa kompromis təklif edən. Üstəlik “Svit House” MMC-nin başına gələnlərin ucbatından şirkətin Vergilər Nazirliyinə 3 milyon manata yaxın ödənilməmiş vergi borcu yaranıb. Nəticədə Vergilər Nazirliyinin İstintaq İdarəsi şirkətə məxsus mühasibatlıq sənədlərini də araşdırma aparılması üçün götürüb.
“Şirkətimiz daxilində yaranmış ciddi maliyyə problemlərinin həlli ilə bağlı apardığımız danışıqlar, şirkətin imkanları daxilində həyata keçirdiyimiz bütün tədbirlər, Vergilər Nazirliyinə hesablanmış əlavə dəyər vergisi hissə-hissə ödənilməsi üçün cəhdlər edilsə də, cəmi 400.000 manat pul vəsaiti ödənilsə də, bu yetərli olmur. Vətəndaşlar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini və yaxud da ödədikləri pul vəsaitlərinin geri qaytarılmasını haqlı olaraq şirkətdən tələb edir, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmələrə müraciət edir, Vergilər Nazirliyi də qanunvericiliyin tələbinə uyğun olaraq hesablanmış əlavə dəyər vergisini tam şəkildə ödənilməsini tələb edir”-müraciətdə deyilir.
Müraciətdə xatırladılır ki, hazırda “Svit House” MMC ilə binanı sökən Türkiyə şirkətinin nümayəndliyi arasında məhkəmə gedir. “Svit House” binanın sökülməsinə və üzləşdiyi ziyana görə cəmi 5.4 milyon manat kompensasiya istəyir. Bildirilir ki, tikintinin dayandırılması və binanın sökülməsi nəticəsində işçilər məcburi ixtisar olunub, şirkət böhran vəziyyətinə düşüb.
Prezidentə müraciət bu sözlərlə bitir: “Binanın qanunsuz şəkildə, əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qəfil sökülməsi nəticəsində şirkətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməməsi, kompensasiyanın verilməsi ilə bağlı məsələlərə ümumiyyətlə baxılmaması, şirkət rəhbərliyi olaraq bizi çox məyus edir. Müvafiq dövlət qurumları da bununla bağlı susmaq mövqeyi tutur, yaranmış problemin həlli üçün heç bir kompromis variant təklif edilmir. Şirkət rəhbərliyinin imkanları daxilində də məsələnin müsbət həllinə gücümüz yetərli olmadığından, müvafiq dövlət qurumlarına bütün qeyd olunan haqsızlıqlarla bağlı etdiyimiz müraciətlərə münasibət bildirmədikləri üçün tərəddüd etmədən Sizə müraciət etmək məcburiyyətində qaldıq. İnanırıq ki, Sizin həmin məsələyə müdaxiləniz və şəxsi nəzarətinizə götürməyiniz nəticəsində düzgünlük və ədalət prinsiplərinə riayət olunacaq və tezliklə problem öz müsbət həllini tapacaq».
NUH.az
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 2024 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41