Dövlət qurumları aciz qalıb - Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - VİDEO
İqtisadiyyat11 dekabr 2024 12:22
Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan Laçın qaçqın məktəbi ilə bağlı gərginlik davam edir.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı tədbir görüləcəyi bildirilsə də, təəssüf ki, məktəbin köçürülməsi istiqamətində heç bir addım atılmır.
Ancaq mövcud vəziyyət məsələ ilə bağlı təxirəsalınmaz tədbir görülməsini tələb edir. Məsələ burasındadır ki, sözügedən məktəb Badamdarda bu yaxınlarda qaya uçqununun baş verdiyi ərazidə yerləşir. Hətta məktəbin arxa divarı düz uçurumun üzərindədir. Bir neçə ay əvvəlki yağışlar təkrarlansa, məktəb uçurumun dibinə yuvarlana bilər. İkincisi, fövqəladə hallar (yanğın, zəlzələ, torpaq sürüşməsi və s.) baş verərsə, məktəblilərin həyatına ciddi təhlükə yarana bilər. Çünki məktəbin heç bir təxliyyə yolu yoxdur. Belə ki, vaxtilə məktəbin yolunun olduğu ərazi kiməsə satılıb və orada obyekt tikilib. Digər iki istiqamətdən də məktəbə yol yoxdur. Məktəbin yeganə yolu sakinlərin həyətindən keçir.
Sakinlər Bakupost.az -a bildiriblər ki, vaxtilə humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətlərindən məktəbə çığır ayırıblar:
""Özümə yer edim, gör sənə nə edərəm" prinsipi ilə hərəkət edən direktor və məktəbin müəllimləri bir müddətədən sonra həmin yoldan məktəbə avtomobillərlə gedib gələməyə başladılar. Bununla da bizə problemlər yarandı".
Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu əsas gətirən sakinlər bildiriblər ki, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən dəfələrlə onlara məxsus həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsələr də, məktəb rəhbərliyi buna əhəmiyyət verməyib.
Dəgər tərəfdən, məktəbdə çalışanlar tez-tez avtomobillərini yolda saxladıqları üçün sakinlərin öz həyətinə giriş-çıxışı əsl problemə çevrilir. Onlar saatlarla yolda saxlanılan avtomobilin sahibini axtarmalı olurlar. Bu da tez-tez gərginliyə səbəb olur.
Məktəbin köçürülməsini zəruri edən digər səbəblər də var. Qəzalı ərazidə yerləşməsindən başqa burada təhsil alanların sayı da çox deyil. Bunu məktəbin direktoru Piyalə Xudayarova özü də Bakupost.az -a açıqlamasında etiraf edib. O bildirib ki, Laçın qaçqın məktəbinin cəmi 60 şagirdi və 20 müəllimi var:
"Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var”.
Yeri gəlmişkən, bu yaxınlarda Elm və Təhsil naziri Emin Əmrullayev də qəzalı, eləcə də böyük kollektivi olmayan məktəblərin köçürülməsi ilə bağlı məsələni gündəmə gətirmişdi. Nazir bildirmişdi ki, hər il qəzalı məktəblərin sayı azalır: "Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq".
Nazir onu da vurğulamışdı ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması da doğru deyil və həmin məktəblər digərləri ilə birləşdirilir.
Maraqlıdır, bəs, qəzalı ərazidə yerləşən, yolu olmayan, sakinlərlə məktəbin kollektivi arasında tez-tez davaya səbəb olan Laçın məktəbinin niyə "bəxti açılmır"? Buna hansı qüvvələr mane olur? Onların bu məsələdə nə marağı var?
Suallar çoxdur. Amma ən maraqlısı odur ki, dövlət qurumlarından aldığımız cavablar da sözügedən məktəbin bir vaxtlar gecə ikən qondarıldığını, məktəbin fəaliyyətinin qanunsuz olduğunu təsdiqləyir. Həmin qrumların əksəriyyəti problemin yaranması və həllinə görə məsuliyyəti digər qurumların üzərinə atır. Gəlin, cavablara diqqət yetirək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Bakupost.az -ın sorğusuna cavab olaraq, həmin ərazidə məktəb binasının fəaliyyətinin qanunsuz olduğu bildirilib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a göndərilən məktubda isə Agentliyin rəis müavini Zemfira Rzayevə bildirib ki, qeyd olunan ünvanda uzun illər əvvəl inşa edilmiş və "Laçın" məktəbi adı ilə fəaliyyət göstərən məktəb binası və onun istismara qəbul edilməsi barədə Agentlikdə məlumat yoxdur:
"Bildiririk ki, qeyd olunan qanunsuz tikililərlə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, eyni zamanda, həmin tikililərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə məlumat daxil olmadığından, tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmamışdır".
Göründüyü kimi, Agentlik də məsələnin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbir görməli olduğunu bildirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov icra hakimiyyətinə müvafiq məktub ünvanlasa, həm də sakinlər dəfələrlə müraciət etsələr də, nədənsə bunun nəticəsi olmayıb. Səbail Rayon İcra Hakimiyyəti məktəbin başqa əraziyə köçürülməsi ilə əlaqədar tədbir görməyib.
Bunun səbəbi ilə maraqlandıq və Səbail rayon İcra Hakimiyyətinə məktəbin köçürülməsinin hansı səbəbdən yubanması ilə bağlı suallar ünvanladıq. Yeri gəlmişkən, sakinlərin bildirdiyinə görə, bir müddət əvvəl icra hakimiyyətinin rəsmiləri məktəbə baxış keçirib və tədbir görüləcəyini vəd etmişdilər. Bəs, yolu və heç bir təxliyyə çıxışı olmayan, həm təhlükəli ərazidə yerləşməsi, həm də saxlanılması iqtisadi baxımdan əlverişli olmayan Laçin qaçqın məktəbinin cəmi 1,5 km. məsafədəki ərazidə - Badamdarın mərkəzində, bütün standartlara cavab verən digər məktəblərə köçürülməsi məsələsi niyə yubanır?
Sorğumuza cavab verən Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynov bildirib:
"Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ərazisində yerləşən Laçın rayonu Badamdar kənd (?) ümumi orta məktəbi ilə əlaqədar müvafiq məlumatların təqdim olunması barədə Səbail Rayon İcra Hakimiyyətinə daxil olan sorğunuza tərəfimizdən baxılmışdır.
Məlumat üçün qeyd edirik ki, sözügedən məktəbin tikintisi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin arxivində hər hansı məlumat aşkar edilməmişdir.
Əlavə olaraq qeyd edirik ki, təhsil ocaqlarında tikinti, bərpa, уеnidənqurma, təmir işlərinin aparılması, о cümlədən məktəbin yerinin dəyişdirilməsi Səbail Rayon İcra Hakimiyyətinın səlahiyyətləri xaricindədir".
Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məktəbin qanunsuz tikildiyini bildirir. Səbail rayon İcra Hakimiyyəti də həmin məktəbin tikintisinə dair onların arxivində heç bir məlumat olmadığını bildirir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də həmin binanı istismara qəbul etməyib. Maraqlıdır, adi hallarda divara bir daş hörəndə bir-birinin ardınca tökülüşüb gələn qurumlar Badamdarda qanunsuz məktəb binasının tikintisindən necə xəbər tutmayıblar?
Bəs, Elm vəTəhsil Nazirliyinin bu məsələ ilə bağlı mövqeyi necədir?
Qeyd edək ki, hələ avqust ayında məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlamışdıq. Nazirlikdən sorğunu Şərqi Zəngəzur Təhsil İdarəsinə yönləndirilmiş, İdarədən isə belə bir cavab almışdıq:
"Müraciətlə əlaqədar araşdırma aparılıb. Bildiririk ki, Badamdar ümumi orta məktəbin birtipli binası yoxdur, təhsil müəssisəsi 1996-cı ildən həmin ərazidə uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Yaxınlıqda Laçın rayonundan olan bir neçə keçmiş məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin uşaqları məhz adı çəkilən məktəbdə təhsilə cəlb olunublar. Vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".
Təəssüf ki, bu vədin üstündən 4 aya yaxın vaxt keçsə də, Şərqi Zəngəzur Təhsil İdarəsi də sakinlərlə məktəb rəhbərliyi arasında narazılığın yoluna qoyulması ilə bağlı vədi yerinə yetirməyib. Məktəbin köçürülməsi məsələsi qaldırılsa da, kimlərsə buna mane olub.
Belə ki, sakinlərin Bakupost.az -a bildirdiyinə görə, dövlət qurumları dəfələrlə direktor Piyalə Xudayarovaya məktəbi digər məktəblərə köçürməyi təklif ediblər, lakin o, bu təkliflə razılaşmayıb. Maraqlıdır, direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəbləri nədir? Bu məsələdə ona kimlər yardım edir?
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Şərhlər
Oxşar xəbərlər
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 2024 18:27
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 2024 14:00
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 2024 11:43
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 2024 16:00
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 2024 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 2024 14:05
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 2024 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
Xəbər lenti
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
Video & Fotoqalereya
Video
Fotoqalereya