Hacıbəla Qız qalası-nı da uçurdub, yerində göydələn tikəcəkdi
Şeyx Əbdül Mahmudbəyov: "Bir az da vəzifəsində qalsaydı, "Qız qalası"nı da uçurdub, yerində göydələn tikəcəkdi"
Mədəniyyət Nazirliyi ötən həftə Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yaydı. Sənəddə diqqətçəkən məqam qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:
“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.
Bəllidir ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlamışdı: “Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.
Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.
Bəs Hacıbala Abutalıbov rəsmi ittihamlara nə deyir?
Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Hacıbala Abutalıbovun mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.
Şeyx Əbdül Mahmudbəyov
“Hacıbala oturub Qax rayonunun Sarıbaş, İlisu kəndlərindəki villalarında, orada istirahət edir. Tapmaq istəsəniz, oradadır. O, mənim xeyrimə çıxarılan 3 məhkəmə qətnaməsini icra etmədiyinə görə 3 ildən 7 ilə qədər həbs cəzası ala bilər”. Bu barədə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında deyib. Xalq artisti xatırladıb ki, zamanında Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olub: “Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə "Qış parkı" salınarkən milyonlar qazanmaq üçün başladılar orada tələsəm-tələsik parnik, dibçək ağacları basdırmağa. Həmçinin ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparılmağa. Halbuki həmin ərazi çökmələr, sürüşmələr var. Beləliklə, heç bir hazırlıq görmədən milyonlar qazanmaq üçün hər şeyi verdilər ekskavatorun ağzına. Bir dəfə isə gecənin bir aləmində evimin düz yanında 8-9 metr yer qazıb, qaraj düzəltmişdilər. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Hacıbala Abutalıbova müraciət etsəm də, heç bir nəticəsi olmadı. Dəfələrlə məhkəmə mənim xeyrimə qərar versə də, Abutalıbov 3 məhkəmə qətnaməsini yerinə yetirməkdən qaçır. Lakin bunun özü cinayət məsuliyyəti yaradır. Yəni ya Abutalıbov məsuliyyətə cəlb olunub, həbs edilməlidir, ya da mənim evimi necə dağıdıbsa, onu yerinə qoymalıdır. O ki qaldı Abutalıbovun dövründə Bakıdakı tarixi binalara, mədəni abidələrə zərər vurulmasına, Abutalıbov zamanında “Qış parkı” salmaq adı ilə dövlətdən küllü miqdarda pullar taladı. Qışa aidiyyəti olmayan guya “Qış parkı” saldı - altı qara, üstü beton. Hətta bahalı parnik ağacları gətizdirdi, indi iki ildən bir onları dəyişdirirlər, çünki işə yaramır. Əldə etdiyi milyonlarla indi Qaxın kəndlərində kef edir. “Qış parkı” salınanda ərazidə möhtəşəm, Azərbaycanda analoqu olmayan üçmərtəbəli, ağ, mərmərdən tikilmiş binanı uçurtdular. Bu bina Nobel qardaşlarına məxsus idi. Bina o qədər möhtəşəm tikilmişdi ki, bulduzerlər onu dağıtmaqda çətinlik çəkirdi. Dünyanın hər yerində bu cür binaları şərəf və ləyaqətlə qoruyub, saxlayırlar. Yoxsa ki “Bakı mənimdir, Bakı mənim şəhərimdir” deyə-deyə Abutalıbov gözəl Bakını acınacaqlı, bərbad vəziyyətə saldı. Dövlətdən “pul yemək” üçün tarixi binaların divarlarını qaşıyıblar. Dəfələrlə buna etiraz edirdim ki, bu cür binaların divarlarını qaşımaq olmaz, onun daşlarını qorumaq, xüsusi avadanlıqlara bərpa etmək lazımdır. Məndən şikayət etmişdilər ki, “Mahmudbəyov bizi qoymur işləməyə”. Ən dəhşətlisi burasındadır ki, Bakıda tarixi binaların qorunması, onlara zərər vurulmaması haqqında mətbuatda, mediada səsimi ucaldanda, buna görə tənqidlərə məruz qalanda heç kəs səsini çıxarıb, Bakı haqqında fikirləşmirdi. Abutalıbovun dövründə Bakının siması, xarakteri, obrazı itdi, dəyişdi, milli mədəni arxitekturamız eybəcər hala salındı. Bakı bu gün “köhnə daraq dişinə” bənzəyir, əndirəbadi göydələnlərlə bərbad vəziyyətə salınıb. Heç bir şəhərsalma mədəniyyətindən, estetikadan söz gedə bilməz. Harada, necə gəldi göydələnlər tikiblər. Bir binada birinin mətbəxi, o biri binadakının yatağına, qonaq otağına baxır, məcbursan ki, bütün günü pərdələri bağlı vəziyyətdə saxlayasan.
Bir sözlə, Abutalıbov Bakını xarabaya çevirib, eybəcər göydələnlərlə yükləyib. Bircə “İçərişəhər” qalıb. Abutalıbov bir az da qalsaydı, “Qız qalası”nı uçurdub, yerinə göydələn tikəcəkdi. Bu baxımdan hesab edirəm ki, Bakının bu günə salınması böyük istintaq işidir. Onu bu günə salanlar qanun qarşısında cavab verməlidir, Abutalıbov da başda olmaqla..."
Xalidə GƏRAY,
“Yeni Müsavat”
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
1 noyabr 2024 15:21
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Putinin qərarı: azərbaycanlılar QOCA RUSLARLA evlənə bilməyəcəklər
26 oktyabr 2024 20:08
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- Keçmiş zabit qəzada həlak oldu- Foto
26 oktyabr 2024 11:17
- Bakıda REKTOR prorektoru niyə ÖLDÜRTDÜ ? - Polkovnikin 12 il sonrakı etirafı
24 oktyabr 2024 10:38
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 2024 01:24
- Prezident rektor və icra başçısı təyin etdi
04 noyabr 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
04 noyabr 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
04 noyabr 13:16
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
04 noyabr 12:20
- Prezident və xanımı Bakı Olimpiya Stadionunda...
04 noyabr 10:51
- Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 noyabr 10:42
- Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir?
03 noyabr 22:02
- Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
03 noyabr 21:54
- Ərdoğan Bakıya GƏLİR - COP29-da xüsusi layihə təqdim edəcək
03 noyabr 21:39
- İcra başçısının oğlunun meyiti tapıldı
03 noyabr 21:28
- Moldovada prezident seçkiləri – İkinci tur başladı
03 noyabr 12:09
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
03 noyabr 11:05
- Süpürgəçinin adı məktəbə verildi
03 noyabr 10:38
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
02 noyabr 14:51
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
02 noyabr 14:40
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
02 noyabr 14:12
- Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
02 noyabr 13:12
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
02 noyabr 12:54
- Obamanın qızı atasının soyadını istifadə etmir
02 noyabr 12:09
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
02 noyabr 11:47
- Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
02 noyabr 10:56
- Alman dilindəki bu söz 67 hərfdən ibarətdir
02 noyabr 10:46
- Ağdaşın yeni icra başçısı kimdir?
01 noyabr 17:28
- Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
01 noyabr 17:23
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
01 noyabr 16:37
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
01 noyabr 15:16
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 noyabr 14:37
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
01 noyabr 14:26
- Deputat Elşad Musayev beynəlxalq tədbirdə iştirak etdi
01 noyabr 13:30
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24