Cavanşir Feyziyev Şimali Kipri təbrik etdi - Fotolar
Bu gün Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə Bakıda tədbir təşkil edilib.
NUH.az “Ulusal.az”a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.
Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib:
“Qardaş Kuzey Kıbrıs Türk Cumhuriyətinin Müstəqillik Günündə sizləri burada salamlamaqdan şərəf duyuram. Kuzey Kıbrıs Türk Cumhuriyətinin quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər. Bu gün Kuzey Kıbrısda Cumhuriyət quruculuğunun 41-ci ildönümünü qeyd edərkən, biz öz sarsılmaz qətiyyətləri və böyük fədakarlıqları ilə Müstəqilliyə yol açmış qurucu liderlərin və azadlıq mücadiləsi qəhrəmanlarının əziz xatirəsini ehtiramla yad edir və Kuzey Kıbrıs Türk Cumhuriyərinin vətəndaşlarına dərin ehtiramımızı bildiririk. Üzvü olduğum Milli Məclis və onun təmsil etdiyi Azərbaycan xalqı adından Kipr Türk xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bir vaxtlar soyqırım və köçkünlük təhlükəsi ilə üzləşmiş Kıbrıs türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk Dünyasının ayrılmaz parçası olmuşlar. Ona görə də Kuzey Kıbrısdakı soydaşlarımızın hazırkı qeyri-müəyyən statusu bütün türk xalqlarında ciddi narahatlıq doğurur.
Müstəqilliyin elan edilməsindən ötən 41 il ərzində Kuzey Kıbrıs Türk Cümhuriyyəti siyasi və iqtisadi təcrid qarşısında qətiyyətlə dayanır, bütün maneələrə baxmayaraq inkişaf etmək və regional sabitliyə töhfə vermək qabiliyyətini yüksək şəkildə nümayiş etdirir. Zəngin tarixi irsi və mədəni müxtəlifliyi ilə seçilən Kuzey Kıbrıs bu gün nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malikdir. Bu nailiyyətlər onun beynəlxalq aləmdə artan tanınmasının və suveren Türk Cümhuriyyəti kimi layiqli yer tutmasının sübutudur.
2004-cü il referendumundan sonra Kıbrıs türkləri Qərb dövlətlərinin insan hüquqları və azadlıqları prinsipləri ilə kəskin şəkildə ziddiyyət təşkil edən ayrı-seçkilik siyasəti ilə üzləşməkdə davam edirlər. Bu qərəzli yanaşma fonunda bütün türk xalqlarının Kiprdə yaşayan türk qardaşlarımıza haqlı olaraq mənəvi və siyasi dəstək verməsi, onların qlobal siyasi və iqtisadi sistemlərə inteqrasiyasını müdafiə etməsi təbiidir və çox vacibdir. Bu baxımdan Azərbaycan Kuzey Kıbrıs və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır.
Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə vermiş və bu prinsiplər bu gün də ölkəmizin apardığı xarici siyasətdə prioritet olaraq qalır.
1997-ci ildə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda Nümayəndəliyi açıldıqdan sonra ölkələrimiz arasında elm, təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat və turizm sahələrində birbaşa əlaqələr qurulmuşdur. Bu gün Kuzey Kıbrısla Azərbaycan Respublikası arasında artmaqda olan əməkdaşlıq ümumtürk həmrəyliyinin parlaq nümunəsidir. Dost və qardaş türk dövlətləri arasında günü-gündən genişlənən münasibətlər türk dünyası çərçivəsində birbaşa əlaqələrin yaranmasına, səmərəli əməkdaşlığa və qarşılıqlı inkişafa geniş imkanlar açır. Məhz bu həqiqətləri nəzərə alaraq bu ilin 5 Aprel tarixində Milli Məclisi Azərbaycan – Kuzey Kıbrıs Parlamentlər arası İşçi qrupunun yaradılması barədə tarixi qərar qəbul etmişdir. Bu qərarla Azərbaycan parlamenti ilə KKTC-nin parlamenti arasında birbaşa əlaqələrimizə start verilmiş və ötən bir neçə ay ərzində hər iki ölkənin parlament nümayəndə heyətləri qarşılıqlı səfərlər etmişlər. Qardaş ölkəyə sonuncu səfərimiz 14-16 Noyabr tarixlərində baş tutmuş və Milli Məclisin nümayəndə heyəti qardaş ölkənin Müstəillik gününə həsr olunmuş çoxsaylı rəsmi tədbirlərdə iştirak edib.
İşçi qrupumuz hər iki ölkənin müvafiq dövlət qurumları arasında, eləcə də özəl biznes dairələri və vətəndaş cəmiyyətləri arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirmək əzmindədir. Son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Kuzey Kıbrısın müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda bir çox azərbaycanlı təhsil işçiləri ölkənin akademik müəssisələrində uğurla çalışırlar. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.
Ölkələrimiz arasında diplomatik münasibətlərin möhkəmləndirilməsi bütün sahələrdə, xüsusilə təhsil, mədəniyyət və turizm kimi əsas sektorlarda şaxələnən əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Bu fürsətdən stifadə edərək mən bu tədbirdə iştirak edən biznes nümayəndələrini, eləcə də təhsil, mədəniyyət və incəsənət sahələrindən olan peşəkarları Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əməkdaşlığı genişləndirməyə dəvət edirəm.
Azərbaycan-Kuzey Kıbrıs Parlamentlərarası İşçi Qrupumuz qarşıdakı illərdə də xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması üçün səmimi qəlbdən çalışacaq və xalqlarımız arasında etibarlı körpü olmaq missiyasına sadiq qalacaq. Əminəm ki, böyük qürur hissi ilə rəhbərlik etdiyim Azərbaycan – Kuzey Kıbrıs Parlamentlərarası İşçi Qrupumuz Kıbrıs türkləri üçün taleyüklü bir zamanda üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək.
Sonda Kipr türk xalqını Müstəqilliyinin 41-ci ildönümü münasibətilə bir daha ürəkdən təbrik edir və bu qədim türk yurdunda yaşayan qardaşlarımıza əbədi sülh və firavanlıq arzulayıram!”.
- Ferdi Tayfur vəfat etdi
2 yanvar 2025 21:55
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
2 yanvar 2025 17:29
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
1 yanvar 2025 13:17
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
1 yanvar 2025 11:21
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
1 yanvar 2025 10:55
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 2024 21:23
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 2024 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 2024 15:03
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13