Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin ən ali arzusu olan Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etməklə, həm də bizim tarixi-mədəni sərvətlərimizi, elm və təhsil ənənlərimizi özümüzə qaytardı.
Bunun ən yaxşı nümunəsi kimi Qarabağ Universitetinin yaradılmasını ali dəyərlərimizə, elmi irsimizə olan dərin ehtiramın nümunəsi kimi qiymətləndirmək olar.
Azərbaycan tarixən zəngin elmi-mədəni-tarixi salnamələr ölkəsidir, canlı ensiklopedik coğrafiyadır. Bizim milli nişanələrimizin zəngin mərkəzlərindən biri də Qərbi Azərbaycan torpaqlarıdır. Vaxtilə Azərbaycana məxsus olmuş torpaqlarda qurulmuş millətçi, təcavüzkar Ermənistan Respublikası bizim tarixi vətənimiz olan Qərbi Azərbaycan ərazisində son bir əsrdə misligörünməmiş qəddarlıq və vandalizm aktları törədib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi amansızlıqla yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilərək müxtəlif yerlərdə yaşamağa məcbur olunub. Tarixin ən böyük ədalətsizliyi olan bu etnik təmizləmə nəticəsində azərbaycanlılara məxsus əmlak qarət edilərək mənimsənilib, tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Bu genosid min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasına, mədəni irsini məhv edilməsinə səbəb olub. Xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılıb, tamamilə yox edilib. Bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izlər demək olar ki, qalmayıb. Göyçədə, Zəngəzurda, İrəvanda, doğulduğumuz torpaqlarda coğrafi adlarımız, toponimlərimiz, milli nişanələrimiz yer üzündən silinib, bütünlüklə erməni adları ilə əvəzlənib.
Qərbi Azərbaycan ağrısını hər zaman dilə gətirən ümummilli lider Heydər Əliyev çıxışlarında, nitq və bəyanatlarında, xarici tədbirlərdə qeyd edirdi ki, indiki Ermənistan adlandırılan ərazilər tarixən Azərbaycana mənsubdur, oradakı bütün maddi-mənəvi, tarixi sərvətlərin hər birində bizim xalqımızın nişanəsi, kimliyi var. 1998-ci il “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq konfransda çıxış edən Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna toxunaraq Qafqazın müxtəlif ölkələrindən olan nümayəndələrin qarşısında açıq şəkildə mövqeyini belə ifadə etmişdi:
“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu, Ermənistanın millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.
İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənilməsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması ulu öndərin başlıca hədəflərindən biri olub.
Vətən müharibəsində qazanılmış qələbə xalqımızın soy-kökünə bağlılıq və milli özünüdərk, milli intibah tarixşünaslığımızda kök salmış böyük bir boşluğu da aradan qaldırdı. Qələbə, eyni zamanda Qərbi Azərbaycan kimi tarixi ərazilərimizdəki zəngin irsimizin də tədqiq və təbliğ edilməsi istiqamətində yeni reallıqlar meydana çıxıb.
Yeni reallıqlar Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni sərvətlərinin, irsinin, milli nişanəsinin qorunub saxlanılması, unudulmaması və gənc nəslə çatdırılmasını bizə diqtə edir. Bu, bizim gələcək nəsil qarşısında mənəvi borcumuzdur.
Ermənistan əhalisinin sayından çox olan Qərbi azərbaycanlı soydaşlarımızın böyük milli irsinə, tarixi-mədəni xəzinəsinə, mədəniyyət və incəsənət salnaməsinə sahib çıxmaq öhdəliyimizdir.
Ona görə də, bu zəngin irsin unudulmaması, gənc nəslə çatdırılması, tarixi vətənimizin keçmişi və bu günü barədə əsl həqiqətlərin təbliğ edilməsi üçün ensiklopedik elmi-tədqiqi araşdırmaların aparılmasına imkan verən elmi-tədqiqat mərkəzinin - Qərbi Azərbaycan Universitetinin yaradılması məqsədəuyğun olardı.
Universitet zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması, neçə minillik tariximizin öyrənilməsi və tam məhv olunmasının qarşısının alınması, beynəlxalq müstəvidə təbliği, akademik səviyyədə dərin tədqiqatların aparılması üçün mərkəzi elmi mərkəz ola bilər.
Bu, həm də Qərbi Azərbaycanın elmi-mədəni institut kimi beynəlxalq səviyyədə tədiqaqat və elmi diskusiyalara qoşulması ilə tarixi vətənimiz haqqında əsl həqiqətlərin dünya müstəvisinə çıxarılmasında da mühüm rol oynayardı.
Universitetin təsis edilməsi sayəsində erməni, fransız, ingilis, ərəb, rus dillərində tarixi araşdırmalar aparmaq üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunması da mühüm fayda vermiş olardı.
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 2024 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 2024 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 2024 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 2024 12:59
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 2024 18:38
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 2024 16:01
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 2024 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 2024 12:12
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41