Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
Günün sitatı1 noyabr 2024 10:00
Son günlər güclü yağışlar səbəbindən Bakının Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçqun təhlükəsi yaratdı. Nəticədə Bakı Kənar Dairəvi yolu bağlandı. Yol yalnız uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüldükdən sonra açıldı.
Amma ərazidə təhlükəli vəziyyət aradan qalxmayıb. Məsələ burasındadır ki, uçqun təhlükəsinin yarandığı ərazidə məktəb binası da var. Aylardır Bakupost.az təhlükəli ərazidə yerləşən, heç bir təxliyyə çıxışı olmayan məktəblə bağlı yazılar dərc etsə də, şagirdlərin həyatının təhlükə altında olduğunu bildirsə də, təəssüf ki, hələ də məsələ ilə bağlı tədbir görülməyib.
Söhbət Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbindən gedir.
Sözügedən yolsuz məktəb vaxtilə gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Uçqunun baş verdiyi ərazi məktəbin arxa tərəfindədir. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaşanır. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakupost.az -ın sorğusuna cavab olaraq, həmin ərazidə məktəb binasının fəaliyyətinin qanunsuz olduğunu bildirib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib. Ancaq İdarə rəisinin müraciətindən aylar keçsə də, məsələnin həllindən xəbər-ətər yoxdur.
Yalnız dünən, oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a məsələ ilə bağlı məktub göndərilib. Agentliyin rəis müavini Zemfira Rzayevə sorğumuza cavab olaraq, bildirib ki, qeyd olunan ünvanda uzun illər əvvəl inşa edilmiş və "Laçın" məktəbi adı ilə fəaliyyət göstərən məktəb binası və onun istismara qəbul edilməsi barədə Agentlikdə məlumat yoxdur:
"Bildiririk ki, qeyd olunan qanunsuz tikililər ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, eyni zamanda, həmin tikililərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə məlumat daxil olmadığından, tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmamışdır".
Göründüyü kimi, Agentlik də məsələnin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbir görməli olduğunu bildirir. Lakin həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov icra hakimiyyətinə müvafiq məktub ünvanlasa, həm də sakinlər dəfələrlə müraciət etsələr də, nədənsə bunun nəticəsi olmayıb. Məsələnin həllinə cavabdeh olan Səbail Rayon İcra Hakimiyyəti məktəbin başqa əraziyə köçürülməsi ilə əlaqədar tədbir görməyə tələsmir.
Ancaq Badamdarda baş verən son üçqun hadisəsi bir daha göstərdi ki, növbəti yağışlar zamanı məktəb binası da Dairəvi Yola doğru sürüşə, şagirdlərin və məktəbdə çalışanların başına bədbəxt hadisələr gələ bilər. İş burasındadır ki, məktəbin təxliyyə çıxışı da yoxdur. Bu səbəbdən sürüşmə, yanğın və s. kimi bədbəxt hadisələr baş verdikdə, şagirdlərin təxliyyəsi də çox çətin olacaq.
Beləliklə, qarşıdan qış gəlir və "Laçın" qaçqın məktəbi ilə bağlı məsələ təcili həllini tələb edir. Biz bir daha bu barədə yazıb, aidiyyatı qurumları məsələdən xəbərdar etdik. Tədbir görmək vəzifəsi isə onların üzərinə düşür.
Sonda onu da qeyd edək ki, ərazidə çəkilən son görüntülər də "Laçın" qaçqın məktəbi ilə bağlı təhlükənin nə dərəcədə real olduğunu əks etdirir.
Həmin fotoları təqdim edirik:
Zaur
BakuPost
Oxşar xəbərlər
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 2024 13:31
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 2024 11:04
- Narin cinayəti: Anası, qardaşı və əmisi ömürlük həbs cəzasına məhkum edildi
29 dekabr 2024 09:43
- NAR- ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi
28 dekabr 2024 18:48
- Veysəloğlu - dan saxta məlumatla bağlı rəsmi açıqlama
28 dekabr 2024 14:56
- İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu (FOTO)
28 dekabr 2024 11:29
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 2024 16:00
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 2024 14:27
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
Xəbər lenti
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
- Rus hərbçilər Ermənistan-İran sərhədinini TƏRK ETDİLƏR
30 dekabr 18:51
- Qroznıdakı dispetçer azərbaycanlı imiş - Əli İdrisov istintaqa CƏLB OLUNDU
30 dekabr 18:31
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 18:12
- Parasetamol .... – Həyat üçün təhlükəlidir
30 dekabr 17:27
- Təyyarəmizi bu ŞƏXS VURDURUB - qəza ilə bağlı SENSASİON ETİRAF - keçmiş futbolçu…
30 dekabr 16:49
- Miqrasiya Əməkdaşlıq Platformasının növbəti iclası keçirilib
30 dekabr 14:40
- Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
30 dekabr 13:31
- Sabah Bakıda atəşfəşanlıq olacaq
30 dekabr 12:43
- TALİBAN qadınlara bunu da qadağan etdi - PƏNCƏRƏDƏN....
30 dekabr 12:09
- Anam yanıma bayrama gəlirdi, onu aeroportda çox gözlədim... - Video
30 dekabr 11:50
- Cimmi Karter öldü: 39-cu əfsanənin sonu
30 dekabr 11:04
- Qazaxıstan qara qutuları Braziliyaya göndərir: Kasım Jomart Kremlə boyun əymədi!
30 dekabr 00:20
- Türkiyə ilə Almaniya arasında -DÖNƏR KABAB- DAVASI
29 dekabr 20:42
- Putin yenidən İlham Əliyevə zəng etdi
29 dekabr 19:06
- Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi
29 dekabr 18:08
- Krediti olanlara ŞAD XƏBƏR - QARA SİYAHI YOXDUR VİDEO
29 dekabr 17:30
- Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
29 dekabr 17:05
- Prezident və xanımı vida mərasimində iştirak etdi - Fotolar
29 dekabr 16:37
- Direktor gecə məktəbdə ölüb- Direktor gecə məktəbdə nə edir ?
29 dekabr 16:22
- Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər
29 dekabr 15:56
- Bayram tətili başlayır: 7 GÜN İŞ OLMAYACAQ
29 dekabr 10:15
- Türkiyəli deputatlar Abdullah Öcalanla görüşdülər
29 dekabr 10:08
- Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 dekabr 09:56
- Narin cinayəti: Anası, qardaşı və əmisi ömürlük həbs cəzasına məhkum edildi
29 dekabr 09:43
- BAP ilin yekun tədbirini keçirdi
28 dekabr 21:44
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 21:11
- Trampın andiçmə mərasiminə Zurabişvili dəvət olundu
28 dekabr 19:44
- Vergi Xidməti bu şirkətdən 1,4 milyon manata ofis icarəyə götürüb
28 dekabr 19:23
Video & Fotoqalereya
Video
Fotoqalereya