Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu
Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva dövlət qurumlarına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın icraatına verilib.
Kamilə Əliyevanın barəsində iddia qaldırdığı dövlət qurumları arasında - Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayon İcra şöbəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, "Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərzai İdarəsi yer alır.
Məlumat üçün bildirək ki, Kamilə Əliyevanın dövlət qurumlarından məhkəməyə şikayət etməsinin səbəbi "Bakı Oksford Məktəbi”nin müsadirə olunan və hərraca çıxarılan binası ilə bağlıdır.
Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən və ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan bu binanın 2 sahibi olub. Onlardan biri hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova, digəri isə Ramiz Mehdiyevin qızı, eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşı olan Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir.
Hərraca çıxarılan bina Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Kamilə Əliyevə isə məhkəməyə müraciət edərək ona məxsus olan payın geri verilməsini tələb edir.
Onu da qeyd edək ki, "Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası artıq 2 dəfə hərraca çıxarılıb. Bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb və ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb.
Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.
Oxşar xəbərlər
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya