Fəxri Xiyabandakı məşhur cütlük - Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi...
Qarabağ Azərbaycanın mühüm tarixi-coğrafi bölgələrindən biri olmaqla yanaşı, həm də milli incəsənətin təşəkkül tapdığı regiondur. Azərbaycan mədəniyyətinin formalaşmasında Qarabağın görkəmli şəxslərinin rolu əvəzsizdir.
Belə şəxsiyyətlərdən biri dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylidir. O, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi mədəniyyət tarixində xüsusi yer tutur. Üzeyir Hacıbəylinin yaratdığı musiqi əsərləri Azərbaycan xalqının canına, qanına elə sirayət edib ki, onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.
Modern.az-ın məlumatına görə, 18 sentyabr tarixi Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gündür. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Qarabağın Ağcabədi kəndidə dünyaya gəlib. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacısı da olub. Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var.
Üzeyir bəyin atası Əbdülhüseyn Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də onun Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirmiş. Ona görə də ilin çox hissəsini orda keçirirmiş. Anası Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir müddət öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Beləcə Üzeyir Hacıbəylinin uşaqlığı “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərində keçir. Üzeyirin bəyin valideynləri onu musiqi və poeziyaya məhəbbət ruhunda tərbiyə ediblər.
Şuşanın zəngin ifaçılıq ənənələri və mühiti də Üzeyir Hacıbəylinin mənəvi tərbiyəsinə, musiqi istedadının inkişafına böyük təsir göstərib.
Üzeyir Hacıbəyli hələ kiçik yaşlarından xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı.
Gənc Üzeyir Tbilisidə təhsil alarkən dünya mədəniyyəti ilə tanış olmuş, rus və Qərbi Avropa klassiklərinin dahi əsərlərini mənimsəmişdi. Təhsilini bitirəndən sonra sonra o, əvvəlcə Qarabağda, ardınca Bakıda müəllim işləyib.
O sonralar təhsilini Moskvada, Sankt-Peterburqda davam etdirib.
Üzeyir Hacıbəylinin ilk musiqi əsəri unikal “Leyli və Məcnun” operasıdır. Bu opera ilk dəfə 1908-ci ildə Bakıdakı teatrda tamaşaya qoyulub. Nəticədə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin təməli atılıb. Bir əsrdən artıqdır ki, “Leyli və Məcnun” səhnələrdən düşmür. Onun bir sıra Şərq xalqlarının müasir professional musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu olub.
Bəstəkar “Leyli və Məcnun”dan sonra 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.
Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bəstəkarı məşhurlaşdıran operettalardır.
Onun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.
Üzeyir bəy yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yaradıb.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir Hacıbəyliyə məxsusdur.
Üzeyir Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu o yaradıb.
Üzeyir Hacıbəyli deyirdi ki, “musiqini elə yazmaq lazımdır ki, onu bütün xalq başa düşsün”.
Üzeyir bəy nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi. O, həm də jurnalist kimi fəaliyyət göstərib.
Üzeyir Hacıbəyli böyük musiqişunas alim idi. O, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdı.
Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən Xalq artisti adına layiq görülüb.
Üzeyir Hacıbəyli 1910-cu ildə Məleykə Terequlova ilə ailə həyatı qurub.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda Üzeyir bəy təqiblərə məruz qalıb. Hətta bəstəkarı güllələmək istəyiblər. Təsadüf nəticəsində bu təhlükə sovuşub.
1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənazəsi Qarabağdan olan görkəmli müğənni Bülbülün ifa etdiyi mahnının sədaları altında qaldırılıb və Bakıdakı Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Üzeyir Hacıbəyli - Məleykə Terequlova cütlüyünün ruhları da ölümdən sonra Fəxri Xiyabanda birləşib.
Üzeyir bəyin həyat oldaşı Məleykə Terequlovanın adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.
Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar.
Məleykə Həsənağa qızı Terequlova 1893-cü ildə Tiflisdә doğulub. Buradakı Birinci Qızlar gimnaziyasında oxuyub, pedaqoji fәaliyyәt göstәrib.
1910-cu ildә Üzeyir bəyə әrә gedib vә Bakıya köçüb. Üzeyir bəylə nikaha girəndən sonra Məleykə xanıç Hacıbəyova soyadını qəbul edib.
Bəzi mənbələrə görə, Üzeyir bəy Məleykə xanımla hələ Qori müəllimlər Seminariyasında oxuduğu illərdə tanış olub. Məleykə xanımın qardaşı - Əli Tererulov Seminariyada Üzeyir Hacıbəyli ilə bir sinifdə oxuyub və hər bazar günü onu evlərinə qonaq aparıb. Elə həmin illərdə Məleykə xanımla da tanış olan Üzeyir bəy sonralar onunla evlənmək qərarına gəlib.
Evləndikdən sonra Məleykə xanımın sağlamlığında yaşanan müəyyən problemlərə - qadın xəstəliyinə görə onların uşaqları olmayıb. Bu xəstəliyə görə o, hətta uzun müddət pedaqoji fəaliyyətinə ara verməli olub, müəllim işləməyi dayandırıb. Səhhətində yaranmış ciddi problem səbəbindən Məleykə Terequlova uzun müddət müalicə almağa məcbur olub. Bu barədə Məleykə xanımla bağlı arxiv materiallarında xeyli qeydlər var.
Deyilənlərə görə, Məleykə xanım həyat yoldaşı Üzeyir bəyə başqa qadınla evlənib övlad sahibi olmağı təklif etsə də, təklif bəstəkar tərəfindən qəbul edilməyib.
Bakıya köçəndən sonra pedaqoji fәaliyyәtini davam etdirən Məleykə xanım Azәrbaycanda konservatoriya tәşkil olunanda ora daxil olub, nәzәri biliklәrә yiyәlәnib. Üzeyir bәyin ölümündәn sonra bәstәkarın "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isә Moskvada nәşr olunub işıq üzü görmәsindә onun böyük әmәyi vә xidmәti olub.
Məleykə Terequlova-Hacıbəyova 1966-cı ildə Bakı şəhərində vəfat edib və onu vəsiyyətinə uyğun olaraq Üzeyir bəyin dəfn olunduğu Fəxri Xiyabanda torpağa tapşırıblar.
Üzeyir Hacıbəyli haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü – 18 sentyabr 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Hər il Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.
Ə.Qafarlı
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Deyirlər ki, bu başçı Qarabağın torpaqlarını satır...
29 oktyabr 2024 21:54
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi
29 oktyabr 2024 11:49
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Millət vəkili Cavanşir Feyziyevin ömür yolunun DÜŞÜNDÜRDÜKLƏRİ - Fəlsəfi esse
27 oktyabr 2024 20:03
- Vanqa və Nostradamusdan qorxunc proqnoz: 2025-ci ildə...
27 oktyabr 2024 14:02
- Xalq artisti Ağdama köçmək istəyir - Adam doğulduğu torpaqda niyə yaşamasın?"
27 oktyabr 2024 00:08
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14