Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb, general-mayor Quliyev Vilayət Bərxuda oğlu isə 2-ci ordu korpusuna komandir təyin olunub.
Bir neçə gündür ki, Mayis Bərxudarovun vəzifədən getməsi barədə ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu hadisəni “Tərtər işi” ilə bağlı onun adının hallandırılması, bəziləri də mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayda adının hallandırılması ilə əlaqələndirirlər.
Yeri gəlmişkən, bu gün Mayis Bərxudarov mediaya açıqlamasında (gununsesi.info) vəzifədən azad olunması barədə suallara cavab verib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".
"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına isə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mayis Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Bundan əvvəl isə 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa savaşa qatılıb, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çox sayda qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.
Müdafiə Nazirliyi sistemində baş verən bu dəyişikliklər yeni ordu modelinin formalaşması ilə bağlıdırmı? Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a mövzu ilə bağlı deyib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir:
“Çünki mətbuatda, xüsusilə sosial şəbəkələrdə bəzi lazımsız müzakirələr gedir. Bu gün generallardan biri Mayis Bərxudarov özü də açıqlama verib ki, sərəncamdadır, “yeni təyinatın başını buraxın”. Əslində, tək Mayis Bərxudarovla bağlı deyil, 4-5 generalla bağlı qərar verilib, mənim şəxsən məlumatım var. Bir neçəsi sərəncama götürülüb, bir neçəsi yeni vəzifəyə təyin olunub. Bu, məndə olan çox ciddi məlumatdır. Gözləyirəm ki, Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini bildirsin, sonra fikir bildirək. Misal üçün, quru qoşunlarında müəyyən təyinatlar həyata keçirilib. Amma Mayis Bərxudarov yaşına, rütbəsinə görə ordudan tərxis olunmaq üçün uyğun deyil. Yaşı o yaş deyil, rütbəsi də general-leytenant kimi hələ bir neçə il xidmət edə bilər. Sərəncama götürüblər, ola bilsin ya quru qoşunlarında, ya da Müdafiə Nazirliyində vəzifəyə təyin olunacaq. Amma bu günə qədər mətbuatda adı çəkilən generallarla bağlı qərarlar verilib, yəqin ki, Müdafiə Nazirliyi açıqlayacaq. Hər halda gələn ilə qədər orduda xeyli yeni ştatlar, strukturlar yaradılır. O istiqamətdə Müdafiə Nazirliyi sistemində yeni adlar, yeni simalar görəcəyik. Bəli, Mayis Bərxudarov və digər generallar bir neçə gündür ki, yerdəyişmə və sərəncama götürülmə ilə bağlı qərarlara məruz qalıblar. Bərxudarovu uzun illərdir izləyirəm, o, Tovuz istiqamətində briqada komandiri olub, sonra isə döyüşlərin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində iştirak edib. Məlum “Tərtər işi” ilə əlaqədar həm Bakı Apelyasiya Məhkəməsində, həm də Sumqayıt Məhkəməsində zərərçəkənlər, təqsirləndirilən şəxslər bir neçə dəfə onun adını hallandırıblar. Onun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə Baş Prokurorluq, yaxud da İstintaq Komissiyası qiymət verib-verməyib, bilmirəm. Təkcə Bərxudarovun adı hallanmayıb, başqa generallar da var. Onu da deyim ki, “Tərtər işi”ndə adı hallanan generallardan bir neçəsi artıq yerdəyişməyə məruz qalıb. Onlar arasında generallar, polkovniklər var. Düşünürəm ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayacaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində çox ciddi işlər görüləcək, yaxın aylarda biz bunu görəcəyik. Çünki hər şey ona doğru gedir”.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov da mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:
“Son günlər ictimaiyyətdə bu xəbərlər rezonansla qəbul olunur. Amma bunu normal qəbul etmək lazımdır. Quru qoşunlara yeni komandan təyin olundu, Hikmət Mirzəyev. Orduda müəyyən islahatlar aparılır. NATO standartına uyğun türk modelinə keçid prosesi başlayıb. Bərxudarovun yeri dəyişdirildi o, leytenant olan vaxtdan general rütbəsinə qədər, ömrünün bütün hissəsini döyüş bölgəsində keçirib. Türkiyədə təhsil almış zabitdir.
Aprel döyüşləri, 44 günlük müharibədə və antiterror əməliyyatında döyüşüb. Uzun illərdir mərkəzdən uzaqda xidmət aparır. Prezident tərəfindən ona general-leytenant hərbi rütbəsi verildi. “Qarabağ” ordeninə və sair adlara layiq görülüb. Onu hələlik sərəncama götürüblər, gələcəkdə hansı vəzifəyə təyin olunacaq, bunu Ali Baş Komandan bilər. Rotasiya ilə vəzifədən uzaqlaşan, general rütbəsi olan bir vəzifəli şəxslə bağlı qərarı Prezident verir. Mən Bərxudarov haqqında yalnız müsbət fikirlər bildirirəm. Çünki o, öz gücü ilə səngərlərdə yata-yata, əzab-əziyyət çəkə-çəkə general-leytenant rütbəsinə qalxıb. Bu, ali bir rütbədir. Hər zabitə də bu qismət olmur.
Üç korpus komandirini də rotasiya ediblər. Rotasiya prosesi olmalıdır. Bu ,ajiotajla qəbul olunmamalıdır. Çünki biz türk modelinə keçirik. Türkiyədə təhsil almış komandirlərimiz var. Yeni komandanın islahatları gedir. Bunu islahat kimi qəbul etmək lazımdır. Kiminsə vəzifədən çıxarılması kimi qəbul etmək lazım deyil. Güman edirəm ki, bu dəyişikliklər ordu islahatları ilə bağlı həyata keçirilir”.
- Prezident MÜHÜM sərəncam imzaladı
30 yanvar 2025 21:33
- Heydər Əliyevin məşhur tərüməçisi hardadır? — FOTOLAR
30 yanvar 2025 21:20
- Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR
30 yanvar 2025 21:07
- İlham ƏIiyev Donald Trampa başsağlığı verdi
30 yanvar 2025 14:16
- İsrailin keçmiş baş ravvini: Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb
30 yanvar 2025 11:38
- Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı (YENİLƏNİB)
30 yanvar 2025 00:35
- Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi dərman insanları ölümə aparır – ŞOK
29 yanvar 2025 19:16
- 709 azərbaycanlı ABŞ-dən deportasiya olunacaq
29 yanvar 2025 18:00
- MSK seçici fəallığını açıqladı - Yenilənib
29 yanvar 2025 17:50
- NATO-ya ərizə verən SSRİ, İstanbulu yox edəcəklərini deyən nazir
29 yanvar 2025 13:41
- Prezident MÜHÜM sərəncam imzaladı
30 yanvar 21:33
- Heydər Əliyevin məşhur tərüməçisi hardadır? — FOTOLAR
30 yanvar 21:20
- Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR
30 yanvar 21:07
- İlham ƏIiyev Donald Trampa başsağlığı verdi
30 yanvar 14:16
- Niyazi Mehdi əməliyyat olundu
30 yanvar 14:11
- Əhalinin tibbi xidmətlərə əlçatanlığı FАNTАSTİK dərəcədə artırılıb - YАLАNÇININ ))
30 yanvar 12:18
- İsrailin keçmiş baş ravvini: Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb
30 yanvar 11:38
- Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI
30 yanvar 11:30
- Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
30 yanvar 00:39
- Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşdı (YENİLƏNİB)
30 yanvar 00:35
- Əhməd əl-Şaraa müvəqqəti prezident elan edildi
30 yanvar 00:28
- Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi dərman insanları ölümə aparır – ŞOK
29 yanvar 19:16
- Əli İnsanov HƏP-in Xankəndi şəhər təşkilatını yaratdı və SƏDR QOYDU
29 yanvar 19:02
- 709 azərbaycanlı ABŞ-dən deportasiya olunacaq
29 yanvar 18:00
- MSK seçici fəallığını açıqladı - Yenilənib
29 yanvar 17:50
- Coca-Cola Azərbaycanda qadağan edilir? – Tərkibində görün nə tapıldı
29 yanvar 15:54
- Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı DÖYDÜ
29 yanvar 15:12
- NATO-ya ərizə verən SSRİ, İstanbulu yox edəcəklərini deyən nazir
29 yanvar 13:41
- Qüdrət Həsənquliyevin 60 yaşı tamam olur
29 yanvar 13:29
- Baş həkimi 10 MİN maaş alan xəstəxanada QALMAQAL
29 yanvar 12:21
- Akif Əlizadə: Məsləhət oldu ki istefa verim, Ramiz Mehdiyev gəlsin - Müsahibə
29 yanvar 11:13
- 14 yaşlı şahmatçı Əhmədov dünya çempionu Karlseni məğlub edib
29 yanvar 10:19
- Həsənağa Turabovun xanımı VƏFAT ETDİ
29 yanvar 09:43
- Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
29 yanvar 09:33
- Ayaz Mütəllibova dedim ki… - İsa Qəmbərin açıqladığı faktlar
28 yanvar 22:42
- Mənim xəbərim yoxdur, yalan məlumatlardır
28 yanvar 22:22
- -Orta statistik azərbaycanlı- özünə ev almaq üçün 35 İL gözləməlidir – Hesablama
28 yanvar 21:44
- Yunanıstandakı Azərbaycan diplomatının fəaliyyətinə XITAM verildi – Rəsmi
28 yanvar 18:54
- İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər? – Siyahı
28 yanvar 18:39
- Gömrükdə 3 aydır maaş verilmir, DGK sədri isə deyir : АJİOTАJ YАRАTMАYIN )))
28 yanvar 17:32