Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
Bu gün tanınmış şair Akif Səmədin anım günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq,
Qardaş, ölüm nəmənədi?
Ölüm nədi? — Adi divar,
Həllac Mənsur var, Hadi var.
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?
-
Sevənlər aşıq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?
Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?
***
A bəxtəvər, elə bilmə
Yadam mən Akif Səmədə.
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə.
Anam məni daş doğmadı,
Gözlərində yaş doğmadı.
Ağac yaxın, daş doğmadı
Adamdan Akif Səmədə.
Çox da yollar buz-qarıymış,
Fələklər bizə yarıymış.
Bircə qarış yol varıymış,
Adəmdən Akif Səmədə.
***
Yarəb, adamam adıma —
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qarannıqdı, qar işıq,
Gecə-gündüzə yaraşıq,
Qanım qannara qarışır,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin.
***
Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?
Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?
Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?
***
Uzanıb sübhə qədər,
Çəkirəm ah gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.
***
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah!
Baxma, ölüb gedib pələng,
Bir də nərildər, inşallah!
Azadlıq — dam dolu toyum,
Uyu, könlüm, rahat uyu.
Uzanar bir arpa boyum,
Ötən hər ildə, inşallah!
İzsiz-tozsuz öləcəyəm,
Elə demə, çiyələyim.
Uçub gedər kəpənəyim,
Qalar zər əldə, inşallah!
***
Namərdinsən, mərdinsən,
Mənim döyülsən, ömrüm.
Ya quşunsan, qurdunsan,
Mənim döyülsən, ömrüm.
Sultansan, qulun hanı?
Yolçusan, yolun hanı?
Bülbülsən, gülün hanı?
Mənim döyülsən, ömrüm.
Sərkərsən, qoşun hanı?
Atansan, daşın hanı?
Ağlarsan, yaşın hanı?
Mənim döyülsən, ömrüm.
Çölləri gəzəmmədim,
Gülləri üzəmmədim,
Əyildin, dözəmmmədin
Mənim döyülsən, ömrüm.
Akif Səməd qocadı,
Haqqı görən xocadı,
Haqqın yeri ucadı,
Mənim döyülsən, ömrüm.
***
Məni görüb yaxın ağlar, yad ağlar,
Ağıl ağlar, yaddaş ağlar, yad ağlar,
Ya bərələr, ya dərələr, ya dağlar.
Mən Bakıya oxumağa gəlmişdim.
Köç-ulaqlı aran yolu, dağ yolu,
Oğru yolu, doğru yolu, haqq yolu,
Kəhkəşanda unutduğum ağ yolum,
Mən Bakıya oxumağa gəlmişdim.
Ay qatarçı, ay maşınçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim.
Genişiydim səma boyda, çöl boyda,
Ürək verdim, diplom aldım əl boyda,
Ürəyimdə yara açdı gül boyda –
Mən Bakıya oxumağa gəlmişdim.
Mən Bakıya oxumağa gəlmişdim.
- Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj
15 iyul 2024 08:23
- Nərimanovda dəhşətli cinayət: Satıcını İKİ MANATA GÖRƏ ÖLDÜRDÜ - VİDEO
14 iyul 2024 19:53
- Məni qeyri-adi insana çevirməyin - Pezeşkian
14 iyul 2024 13:15
- Trampa atəş açanı SNAYPER belə ÖLDÜRDÜ - VİDEO
14 iyul 2024 12:03
- Gündə 10-14 saat işləyib ayda 350-400 manat maaş alan vətəndaşlar ...
14 iyul 2024 09:57
- Türkiyədə dəhşət: Canlı yayımda başına atəş açaraq özünü öldürdü
13 iyul 2024 10:24
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
7 iyul 2024 17:57
- Bakıda qardaş bacısını əxlaqsızlığa sövq edən anasının qatili oldu - Hadisənin DETALLARI - VİDEO
6 iyul 2024 01:28
- Rəsul Quliyev builki parlament seçkilərindən danışdı - Özümü Don Kixot vəziyyətinə salmaq istəmirəm
5 iyul 2024 20:06
- Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin gəlini ilə bağlı QƏRAR verdi
5 iyul 2024 14:26
- 150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
15 iyul 23:32
- Daşkəsənin yeni icra başçısı kimdir?
15 iyul 22:03
- Səyyad Aran və Siyavuş Heydərov vəzifədən azad edildi
15 iyul 21:51
- Prezidentdən yeni icra başçısı - Təyinatı
15 iyul 21:44
- Azərbaycan xaricdən 1-i 41 MIN $-a SAFQANLI EŞŞƏK, 1-i 12 MİN $-a QATIR alıb...6 stəkana 21 MİN..
15 iyul 13:41
- Nəcməddin Sadıkov üçün 6 dəst STƏKANA 21 MİN, 80 ədəd ÇAXIRAA 8 MİN MANAT vermişəm
15 iyul 13:07
- İqbal Ağazadə namizəd olmayacaq? (AÇIQLAMA)
15 iyul 11:54
- Tehrandakı Səfirliyimiz yenidən açıldı - Fotolar
15 iyul 11:27
- Kamikadze restoranda özünü partlatdı
15 iyul 09:33
- Türkiyəni bu 3 ölkə əvəz edəcək: Rusiya hansı addımı atmağa hazırlaşır
15 iyul 09:13
- Macarların türklərə sevgisinin səbəbi nədir? - Budapeştdən reportaj
15 iyul 08:23
- Azərbaycanda minlərlə eşşək yoxa çıxıb - Heyvanların aqibəti necə olub?
15 iyul 07:40
- Ürək sağlamlığı üçün ideal içki müəyyən olunub
15 iyul 07:33
- Keçəlliyin çarəsi kal pomidor imiş...
15 iyul 00:56
- TƏKƏBBÜR ZƏİFLİK ƏLAMƏTİ, ATATÜRK QƏLƏBƏSİNİN TƏVAZÖSÜ
15 iyul 00:10
- Kafe sahibindən 200 min manat tələb edən şəxslər barədə qərar verildi
14 iyul 23:46
- Barəsində CM-nin 5-6 maddəsilə cinayət işi açılmış Gülnarə Bayramova müalicə adı ilə Türkiyəyə QAÇIB..
14 iyul 23:37
- Sui-qəsdə məruz qalmış ABŞ prezidentləri (SİYAHI)
14 iyul 21:20
- Deputat Ülvi Quliyev Nəsimi rayonuna İCRA BAŞÇISI təyin olunur
14 iyul 21:06
- Nərimanovda dəhşətli cinayət: Satıcını İKİ MANATA GÖRƏ ÖLDÜRDÜ - VİDEO
14 iyul 19:53
- Evə gələn zaman ayaqqabının içinə sabun qoyun – SƏBƏB
14 iyul 18:26
- Abdin Fərzəliyev Elmira Axundovaya Novxanıda torpaq hədiyyə etdi?- Bir milyon manatlıq obyekt tikilir-Fotofakt
14 iyul 16:26
- Erməni sərhədçilər azərbaycanəsilli sürücünü vəhşicəsinə döyüblər
14 iyul 16:03
- Sabiq deputatın oğlu niyə SU PULUNU VERMİR ?
14 iyul 14:58
- Yenə Azərbaycanı hədəfə aldı - Açıqlaması separatçıları sevindirdi
14 iyul 14:49
- Demokratiyamızda siyasi zorakılığa qətiyyən yer yoxdur - Obama
14 iyul 14:39
- DİN və DSX-dən birgə əməliyyat
14 iyul 13:55
- AZADLIQ AŞIĞI Nemət Pənahlı da parlament seçkisində iştirak edəcək.
14 iyul 13:27
- Məni qeyri-adi insana çevirməyin - Pezeşkian
14 iyul 13:15
- Sui-qəsdin şahidi - Onu gördük, polisə dedik, məhəl qoymadılar
14 iyul 12:43