Mali (Afrika) üsyançıları bir qrup “Vaqner”çini öldürüblər.
Musavat.com UNİAN-a istinadla bildirir ki, onların içində məşhur "GreyZone" təbliğat kanalının admini də var.
Məlumatda bildirilir ki, Malinin siyasi və hərbi hərəkatlarının üsyançı koalisiyası sərhəddəki Tinzauatenm şəhərində hərbi əməliyyat həyata keçiriblər. Onlar zirehli texnikaları, yük maşınlarını və tankerləri ələ keçirib, bir vertolyotu zədələyiblər.
Tuareglərin özləri məlumat yayıblar ki, iki gün ərzində onlarla "Vaqner" muzdlusunu öldürüb və yaralayıblar. Rusiyaya bağlı qaynaqlar öldürülənlər arasında “Beş yüzüncü” kod adlı "GreyZone" admininin olduğunu təsdiqləyir.
Bu barədə Mali ordusu da rəsmi məlumat yayıb. Bu məlumata görə, döyüş zamanı nizami ordunun iki əsgəri ölüb, 10 əsgər isə yaralanıb. Həmin rəsmi məlumatda bildirilir ki, toqquşma zamanı 20-yə yaxın qiyamçı öldürülüb.
Ümumilikdə isə son iki gündə Priqojinin qurduğu "Vaqner"in 30-a yaxın döyüşçüsü qiyamçılar tərəfindən məhv edilib.
Musavat.com xəbərə dair foto və videoları təqdim edir: