AĞILLILAR VƏ AĞILSIZLAR - Nadir Qocabəyli
Müsahibə21 fevral 2025 14:23

Bizim bu qərbpərəst müxaliflərin və medianın, eyni zamanda onların təsirində olanların (onlar arasında dindarlar da var) ən böyük problemlərindən biri öz xalqını tanımamasıdır.
Bu adamlar nəinki öz xalqını, heç özlərini də düz-əməlli tanımırlar.
Özünü müxalifət adlandıranların hakimiyyətə 30 ildir uduzmağının əsas səbəbi də budur.
Biz hər şeyi ideallaşdırırıq. Filan şey belə, bəhmən şey elə olmalıdır. Ən əsası da ona görə ki, Amerikada, İngiltərədə, Almaniyada, Yaponiyada, İsveçrədə belədir.
Ancaq bunu deməyimiz də həvəskarlıqdan o yana keçmir. Hətta çoxumuz heç səmimi də deyilik. İstəyirik almanlar kimi, yaponlar kimi yaşayaq, ancaq onların buna necə nail olduqları haqda bir material paylaşır, fikir söyləyirsən, hamı ağzına su alır.
Bu yaxında Yaponiya məktəblərində xadimələr olmadığı, məktəbi şagirdlərin özlərinin təmizləməsi haqda bir material paylaşmışdım. Cüzi reaksiya oldu: 3-4 nəfər. Ancaq kabab yediyim bir şəkil paylaşsaydım, reaksiya 50, 100 dəfə çox olacaqdı. Hələ bu kababı Kəramət, ya da Baboş yesə, laykın sayı kəlləçarxa vurar.
Xalqımızın özünü savadlı, bilikli, müasir, avropalı göstərmək istəyən qismi deyir ki, demokratiya olsun, ayda 5 min avro maaş alaq, insan hüquqları qorunsun, ideal seçkilər keçirilsin, heç kəs yaltaqlanmasın, sosial ədalət olsun və s.
Ancaq bunu hansı siyasi potensialla, hansı iqtisadi resurlarla, intellektual, mədəni-mental baqajla edəcəyimiz haqda heç bir təsəvvürləri yoxdur.
Onlar Amerikanı, Almaniyanı, Yaponiyanı da öyrənməyiblər və öyrənmək də istəmirlər. Öyrənənləri də onlardan daha çox yalan danışmaq, fırıldaq, soyunub-lütlənmək, saç-saqqal buraxmaq, sırğa taxmaq, tatu-zad etdirmək öyrəniblər. Ən ağıllıları isə yalnız öz xalqı ilə manipulyasiya etməyin, onu aldadıb-fırlatmağın yollarını mənibsəyiblər.
Bizdə təməl ideya budur: təbii sərvətləri Qərbə satıb, kef eləməliyik. Vəssalam. Bütün ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni mübarizə bunun üzərində qurulub.
Uşaqpulu verilməlidir, pensiyalar yüksək olmalıdır, müəllimlər çox maaş almalıdır, şəhid ailələri, qazilər, müharibə veteranları yaxşı yaşamalıdır. Ancaq bunların heç birinə də nail ola bilmirik.
Bilirsiz bunun əsas səbəbi nədir? Bu mübarizə üsulunun rasional olmaması. Bu yolla biz deyilənlərə heç vaxt nail ola bilməyəcəyik.
Həm də bilirsinizmi nəyə görə? Bu sövdənin, alverin baş tutmasında heç bir rolumuz yoxdur. Bu işin xeyrini, təbii ki, onu düzüb-qoşanlar görürlər və bizim bu məsələdə heç bir rolumuz yoxdur. Kimin rolu varsa, payını da götürür. Acı da olsa, həqiqətdir.
Ancaq çoxluq deyir ki, bu torpaq mənimdirsə, deməli sərvətlərində də payım var. Əlbəttə, gözəl səslənir. Ancaq reallıqda qətiyyən belə deyil. Daha doğrusu, bu yanaşma da reallığı əks etdirmir və heç haqlı da deyil.
Altı neftlə, qazla dolu torpaq sahəsinə malik olmaq çox azdır. Gərək bu sərvəti çıxarıb satmağı da bacarasan. Bunusa hər kəs bacarmır.
Azərbaycanlıların əksəriyyəti həyətinin meyvəsindən - tutundan, üzümündən, əncirindən, zeytunundan, xurmasından, narından, heyvasından səmərəli istifadə etmir. Onu aparıb bazarda satmağa ərinir, utanır, bunu özünə yaraşdırmır. Gedir müxtəlif əyri-üyrü yollarda özünə pensiya, uşağına sosial yardım düzəldir, alınmayanda rüşvət verir, bu da alınmayanda dava salır, özümü yandıracam deyir.
Biz müəllimin maaşının çox olmasını istəyirik, ancaq müəllimlərimizin səviyyəsindən danışmırıq. Şəxsən mən bizdə müəllimlərin çox aşağı səviyyədə olduğu qənaətindəyəm. Onların çoxu heç aldıqları az maaşa da layiq deyillər.
İnciməyin və hamı belə deyil, amma çoxluq məhz belədir. Deyə bilərsiz ki, alverlə, bizneslə, həyətimizin məhsulunu sata bilməklə bağlı dövlət lazımi şəraiti yaratmır. Yaxud ölkədə halal zəhmətin dəyəri yoxdur.
Ola bilər. Mən özüm də bu problemi yaşayıram. Ancaq dövlət də elə biz özümüzük axı. Bu dövlət bizimdir, yəni o elə biz özümüzük. Deməli, şəraiti də özümüz yaratmalı, özümüzə, dövləti idarə edənlərə qarşı tələbkar olmalıyıq. Mən demirəm, hökmən küçələrə çıxıb bağırmalıyıq. Ancaq nələrsə etməliyik. Oturub gözləməməliyik ki, hansısa Məmməd hansısa Conun və ya İvanın əliyə hakimiyyətə yiyələnəcək və ədaləti bərqərar edəcək. Bizə də nəsə düşəcək. Boşuna ümidlənməyin. Olmayacaq belə şey.
Tam məsuliyyətimlə deyirəm ki, acından ölməməyimiz, hələ ki yeməyə nəsə tapmağımız elə bu hakimiyyətin sayəsindədir. Onlar bu nefti, qazı, qızılı, kürünü, digər sərvətləri sataraq qazanır, yeyir, yerə tökülənindən bizə də çatır. Onlar bu ölkənin ən fərasətli insanlarıdır. Həm siyasəti daha yaxşı bilirlər, həm də alveri. Dünyanı hamımızdan yaxşı tanıyırlar və dünya da onları tanıyır, onlarla hesablaşır.
Azərbaycan hakimiyyəti dünya üçün ən sərfəli höküməti qurub. O hamıyla yaxşı, səmərəli münasibətlər qura bilib və dünyada çox mükəmməl manevrlər edir. Bizdə bunu daha yaxşı bacaran ikinci komanda yoxdur. Onlar Qərblə də işləyir, Rusiya ilə də, İranla da, İsraillə də, Hindistanla da, Çinlə də. Özü də daim uğur qazanırlar. Düşünürəm ki, əgər bacarıqsız, ən əsası haqsız olsaydılar, çoxdаn yıxılmışdılar. Azərbaycan hakimiyyəti geniş mənada haqlıdır. Təkrar edirəm, dar yox, geniş anlamda. Düşünün.
Özünə müxalifət deyənlər isə daim deyinir, ütülü cümlələr qurmağa çalışaraq özünü daha ağıllı göstərir və ölkənin ən ağılsız adamlarını 35 ildir aldadır, fırladır, ağıllılara qarşı qoyur, təhqir etdirirlər. Özləri də bundan dolanırlar.
Filankəs yaltaqdır, filankəs korrupsionerdir, filankəs rüşvətxordur, filankəsin xaricdə bu qədər malı-mülkü var. Ə, noolsun?
Tutaq ki, belədir. Axı bunu hər gün çeynəməyin nə əhəmiyyəti var? Əgər sən müxalifət olaraq bunların təməl səbəblərini göstərmirsənsə, göstərə bilmirsənsə, hər gün sadalamağının heç bir əhəmiyyəti və faydası yoxdur. Əgər dediklərindən bu 32 ildə heç bir nəticə hasil olmayıbsa. deməli, düz yolda deyilsən, fərasətsizsən. Ya da yalançı və satqınsan.
Yaltaqlığın da, rüşvətin də, korrupsiyanın da, saxtakarlığın da təməl səbəbləri, anatomiyası, iqtisadi əsaslar var. Bu təzahürlər Azərbaycanda obyektiv zərurətdir. Başqa cür ola da bilməz. Sadə insanları aşağılamaq, nələrdəsə suçlamaq yekəxana və ağılsız yanaşmadır. Yersiz qürur da ağısızlıqdır, xüsusilə bu qürurun maddi əsası yoxdursa. İndiki şəraitdə hakimiyyətə kim gəlsə, belə olacaq. Heç kəs ona quyruq bulayan iti vurmur, amma mırıldayanı hamı qovur.
Odur ki, bunları yalnız aşkara çıxarıb, ifşa etdikdən sonra aradan qaldırılması istiqamətində mübarizəyə başlamaq olar. Bu eynilə hər hansi xəstəliklə mübarizəyə bənzəyir. Əvvəlcə gərək düzgün diaqnoz qoyula, ondan sonra müalicəyə başlana. Nəticənin olması da, təbii ki, müalicənin effektivliyindən, resurslardan asılıdır.
Düşünürəm ki, bu səbəblər də zamanla və obyektiv olaraq öz-özünə ortaya çıxacaq. Çünki bu dünyada hər şeyin zamanı var. Vaxtından əvvəl heç nə olmayacaq. Tələsmək bizə heç nə verməyəcəkk. Armud həmişəki kimi vaxtında yetişəcək...
Kitabları satılan, bu sayədə iqtisadi müstəqillik əldə edən yazıçı və şair heç vaxt yaltaqlıq etməz. Yaxşı bəs buna necə nail olmaq olar? Yenə deyəcəyik ki, hakimiyyət təmin etməlidir. Ə, hökümətin nəyinə lazımdır sənin kitabının satılmağı? Bütün hökümətlər özünə sərf edən yazıçıları, sənət adamlarını dəstəkləyir ki, bizdə də belələri var. Ya onlar kimi olmalısan, hökumətlə yola getməlisən ya da özünə başqa iş, sənət tapmalısan. Bunun başqa yolu yoxdur. Təbii ki, xaricilərin çaldığına oynayıb, Nobel, Buker-filan almaq da var. Amma digərlərindən daha şərəfsiz yoldur...
Ancaq bunlar deyir ki, biz gəlsək, düzəldəcəyik. Çünki daha yaxşı oğlanlarıq.
Ağ yalandır. Nə yaxşı oğlanlıqları var, nə də fərasətləri. Ümumiyyətlə heç, harasa gəlmək fikirləri də yoxdur. Özləri də bilirlər ki, indiki şərtlərdə ən yaxşısı da, ağıllısı da, fərasətlisi də elə bu hakimiyyətdir.
Hamısı çox gözəl bilir ki, indiki qlobal şəraitdə bu ölkəni bundan yaxşı idarə etmək mümkün deyil. Qoymazlar...
Bunları yazmaq şəxsən mənim maraqlarıma uyğun deyil. Çünki hazırkı durumdan ən çox əziyyət çəkənlərdən biri də mənəm. Ancaq anlayıram ki, qısa zamanda daha yaxşı nəticələr əldə etmək mümkün olmayacaq. Bizi çətin günlər, hətta aclıq da gözləyə bilər. Bu mənada ən yaxşısı elə həqiqəti deməkdir. Qoy mənim ziyanıma olsun, amma heç olmasa gələcək nəsillər görsün ki, kimsə doğruları deməyə cəhd edib....
Oxşar xəbərlər
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 2025 21:12
- 51 yaşlı hindistanlı dünyanın ən bahalı itini aldı – 5,7 MİLYON dollara
21 mart 2025 21:12
- Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... - Nadir dəfn fotoları
6 mart 2025 18:47
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
6 mart 2025 10:47
- 16 arvadı, 104 oğlu, 144 nəvəsi var - Bir kəndi xatırladan ailəni necə idarə edir?
27 fevral 2025 00:30
- Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR
26 fevral 2025 16:13
- Kəmaləddin Heydərov zəng edib dedi ki... – Qədir Rüstəmovun xanımı...
24 fevral 2025 22:27
- Yeni doğulmuş körpənin qarnında əkizlər tapıldı
21 fevral 2025 17:19
- Prezidentin Çin telekanalına müsahibəsi - MÜHÜM MESAJLAR VERDİ VİDEO
12 fevral 2025 11:08
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
5 fevral 2025 12:09
Xəbər lenti
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57
- -Əl uzadıb görüşmək- adətinin kökü, yəni Silahsız olduğunu göstərmək...
26 mart 15:39
- Baş prokurorun səlahiyyət müddəti bitir - Milli Məclis təqdimata baxacaq
26 mart 15:25
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 15:14
- -Hər şey gözəl olacaq- şüarının müəllifi həbs edildi – Məşhurlardan etiraz
26 mart 14:56
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 14:39
- SON DƏQİQƏ! Ərdoğandan müxalifətə SƏRT MESAJLAR
26 mart 14:15
Video & Fotoqalereya
Video
Fotoqalereya