Rus dilli məktəblər ləğv olunmalıdır?- Tənzilə Rüstəmxanlıdan yeni təklif
Son günlər Azərbaycan və Rusiya arasındakı siyasi münasibətlərdə artan gərginlik fonunda ölkəmizdə fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması və ya dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması məsələsi yenidən gündəmə gəlib.
Bu mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müxtəlif yanaşmalar irəli sürülməkdədir. Hazırda Azərbaycanda orta məktəblərdə təhsil alan şagirdlərin təxminən 10%-i, yəni 150 mindən çoxu rus bölməsində oxuyur. Bəzi ekspertlər və ictimai xadimlər bu məktəblərin tamamilə bağlanmasını və ya pullu təhsil müəssisələrinə çevrilməsini təklif edirlər. Onların fikrincə, dövlət tərəfindən maliyyələşdirilən rusdilli təhsil Azərbaycan dilinin mövqeyini zəiflədir və ölkənin milli kimliyinə təsir edir. Digər tərəfdən, rus bölməsinin qorunub saxlanılmasının tərəfdarı olanlar bunun təhsil sistemində seçim azadlığını və beynəlxalq inteqrasiyanı gücləndirdiyini iddia edirlər.
Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb:
"Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasından sonra rəsmi Bakının Moskvaya qarşı haqlı tələbləri Kremlin xoşuna gəlmədi. İlkin dövrdə yanlış münasibət bir yana, ardınca da Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırmaq da bunun təzahürüdür. Bu məsələdə dövlət başçısı sözünü qəti və net olaraq çatdırıb. Burada əlavə şərhlərə ehtiyac yoxdur. Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Hadisədə Rusiya vətəndaşları da həlak olub. Sadəcə, təyyarəmizi vurublarsa, zərərçəkənlərin təzminatını ödəməlidirlər. Kreml bu reallıqla barışmalıdır.
Zaman-zaman İran və Rusiya ilə fikir ayrılıqlarımız yaranır, bəzən isə qarşıdurma səviyyəsinə qədər gedib çıxır. Ancaq bütün hallarda prinsipial və qətiyyətli mövqe nümayiş etdirməklə yanaşı, qonşu dövlətlərlə münasibətlərimizi qorumağa çalışmalıyıq. Mən indiki məqamda Rusiya ilə münasibətlərin gərginləşdirilməsinin yox, problemlərin aradan qaldırılmasının tərəfdarıyam. Rusdilli məktəblərlə bağlı məsələyə gəldikdə isə, burda milli məsələ əsas tutulmalıdır. Təbii ki, fərqli dillərdə danışmaq bacarığı müəyyən üstünlük hesab oluna bilər. Amma Ana dilini, tarixini aşağılayıb, başqa bir dilin təbliğ edilməsi, vətəndaşların vergiləri hesabına formalaşan büdcədən bu istiqamətə vəsait yönləndirilməsi, məqsədindən asılı olmayaraq, qəbuledilməzdir. Fərdi qaydada istənilən şəxs öz vəsaiti hesabına gedib, istədiyi dili öyrənə bilər və buna heç kim qarşı da çıxmır. Ancaq bu dilin “fövqəltəbii” vacibliyini qabardıb, orta məktəblərimizdə əsas dil kimi tədris olunması, təhsil sistemimizin bir parçasına çevrilməsi normal və anlaşılan bir durum deyil. Rusdilli məktəblərin dövlət büdcəsi hesabına maliyələşdirilməsi olmaya da bilər, özəl məktəblər aça bilərlər. Mən düşünürəm ki, rus dilini ikinci bir dil kimi təqdim etməkdən vaz keçilməlidir".
- İsa Həbibbəylinin qardaşı haqda sensasion xəbər: 11 ton...ŞOK
2 fevral 2025 22:03
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
2 fevral 2025 20:15
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
2 fevral 2025 14:55
- SON DƏQİQƏ! Əhməd əş-Şara Türkiyəyə gedir – İLGİNC DETALLAR
2 fevral 2025 12:49
- Rusiyanın itkiləri 840 MİN NƏFƏRİ keçdi – Siyahı
2 fevral 2025 12:30
- Şumerlər: Tarixin ən böyük sivilizasiyalarından birinin açılmayan sirri
1 fevral 2025 12:25
- ADU-nun professoru Şəfəq Abdullayevanın monoqrafiyası çapdan çıxıb
31 yanvar 2025 22:44
- Veysəloğlu Şirkətlər Qrupu və -OBA- marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib
31 yanvar 2025 19:58
- Makron müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirir - Deputat
31 yanvar 2025 18:59
- Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi... - Keçmiş rektor
31 yanvar 2025 16:43
- Yenidən prezident seçilən Lukaşenko ilk səfərini bu ölkəyə edəcək
03 fevral 01:43
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
03 fevral 01:37
- Məktəblilərin qış tətili bitdi
03 fevral 01:33
- Qaqauziya rəhbəri hava limanında SAXLANILDI
03 fevral 00:58
- Şamaxıda 9 yaşlı məktəbli marketdən alınan qidadan zəhərlənib öldü VİDEO
03 fevral 00:34
- Ərdoğan: Müxalifətə fikir verməyin..
03 fevral 00:01
- Sabah Suraxanıda işıq olmayacaq
02 fevral 23:39
- Mirmahmud Mirəlioğlu niyə görünmür?
02 fevral 23:21
- Gündə 1 ədəd yesəniz, bu xəstəlikdən əsər-əlamət qalmaz
02 fevral 23:10
- İsa Həbibbəylinin qardaşı haqda sensasion xəbər: 11 ton...ŞOK
02 fevral 22:03
- Rusiyada qeyri-qanuni yaşayan 670 MİN insan var – Rusiya DİN nümayəndəsi
02 fevral 21:56
- Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul etdi - FOTO
02 fevral 21:45
- Şəkər xəstələri üçün TƏBİİ DƏRMAN: Qaynadıb qaşıq-qaşıq yeyin
02 fevral 20:29
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
02 fevral 20:11
- Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? - ŞOK RƏQƏMLƏR
02 fevral 19:31
- Türkiyəyə çatası 2 milyard dollar ABŞ-da DONDURULDU
02 fevral 19:19
- ABŞ-da 1000 həkimin arasından seçilən azərbaycanlı- Pişəvərinin bacısı nəvəsi
02 fevral 18:05
- HƏRƏMXАNАDА 400 qadın saxlayаn Osmanlı sultanı Dəli İbrahim
02 fevral 16:56
- Orqanizmi zəhərlərdən təmizləyən 5 məhsul
02 fevral 16:40
- Türkiyə parlamentinin deputatı, erməni Qaro Paylanın anti-Azərbaycan bəyanatları…
02 fevral 15:23
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
02 fevral 14:55
- ƏHD Partiyasının Baş katibi vəfat edib
02 fevral 14:03
- SON DƏQİQƏ! Əhməd əş-Şara Türkiyəyə gedir – İLGİNC DETALLAR
02 fevral 12:49
- Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik etdi
02 fevral 12:41
- Rusiyanın itkiləri 840 MİN NƏFƏRİ keçdi – Siyahı
02 fevral 12:30
- Azərbaycan Pakistana 2 milyard dollar sərmayə yatıracaq
02 fevral 11:34
- Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?
02 fevral 00:59
- Bu gün Gənclər Günüdür
02 fevral 00:12
- Gömrükdəki 70 minlik malı məhv edildi, 2 dəfə dələduzluqla üzləşdi TƏFƏRRÜAT
01 fevral 22:18
- Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
01 fevral 22:09