Əli Məsimli: - Korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi...
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Əli Məsimli 2025-ci ilin büdcəsini müsbət qiymətləndirdiyini söyləyib.
Musavat.com xəbər verir ki, o, eyni zamanda Büdcə Zərfini əhatə edən 2025-2028-ci illərə dair bir sıra fikirlərini hökumət üzvlərinin nəzərinə çatdırıb.
Qeyd edib ki, müharibədən sonra 2021-ci illə müqayisədə 2024-cü ildə büdcə gəlirləri 10 milyard manat, büdcə xərcləri isə 14 milyard manat artıb: “2025-ci illə müqayisədə 2028-ci ildə isə büdcə gəlirlərinin cəmi 1,5 milyard manat, xərclərininisə 1 milyard manat artacağı gözlənilir. Ölkəmizin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi hələ xeyli müddət prioritet olaraq aktuallığını saxlayacaq. Bu növbəti illərdə 2025-ci ilin büdcəsində nəzərdə tutulduğundan daha çox vəsait ayrılmasını zəruri edəcək. Neft hasilatının və neft gəlirlərinin azalmağa başladığı hazırkı mərhəldə büdcəmizi potensilımıza layiq səviyyədə dayanıqlı saxlamaqdan ötrü, Neft Fondu ilə yanaşı əlavə mənbələr də tapmalıyıq. Bunun iqtisadi əsası daha möhkəm olan yolu, artım templərimizi qlobal artımla müqayisədə yox, inkişaf etməkdə olan ölkələrin orta artım göstəricisi səviyyəsinəçatdırmaq, yəni 5 faizdən yüksək artım tempinə nail olub, ona davamlı xarakter verməkdir. Bu çətin iş olsa da, bu ilin 10 ayının nəticələri göstərir ki, Azərbaycanın buna potensialı var. Sürətlənmiş artım trayektoriyasına çıxmağımıza davamlı xarakter verməkdən ötrü,islahatları dərinləşdirmək yolu ilə iqtisadi potensialımızdan istifadənin səmərəliliyini artırmaq ən optimal yoldur”.
Ə.Məsimli ardınca bildirib ki, 2015-ci ilin devalvasiyasından sonra bunun üçün yaxşı fürsət yaranmışdı. 2016-2024-cü ilin 9 ayı ərzində (2024-сü ilin 1oktyabrına qədər) Azərbaycan iqtisadiyyatına 151 milyard manat sərmayə, 159,8 milyard manat kredit və toplam isə 311 milyard manatlıq vəsait qoyulub: “Əgər həmin vəsaitin çox demirəm, kiçik bir hissəsini - 10-15 faizini, yəni 30-45 milyard manatını regionlarda yerli istehsalın inkişaf etdirilməsinə, idxalı əvəz edən məhsulların,gündəlik tələbat mallarının istehsal dairəsinin genişləndirilməsinə, rəqabətqabiliyyətli iş yerlərinin açılmasına yönəldilsəydi, keçən həmin 9 illik müddət ərzində regionların fundamental tərəqqisinin timsalında yeni bir Azərbaycan qurub-yaratmaq olardı...Ona görə də, dərinləşdirilimiş araşdırmalar əsasında, bir tərəfdən gələcəyə sərmayə qoyuluşu artırılmalı, təhsilə, elmə, ekologiyaya sərmayə qoyuluşundan səmərəli istifadə edilməli, digər tərəfdən isə regionlarda yerli istehsalın inkişafına,yeni iş yerlərinin açılmasına vəsait qoyuluşuna diqqəti artırmaq lazımdır. Əgər yerlərdə Bakıdakı orta əmək haqqının yarsından bir qədər yuxarı - 700-800 manatlıq iş yerləri açılsa, heç kim rayonlardakı ev-eşiyini atıb, bir parça çörək dalınca Bakıya gəlməz. Bu, Bakının getdikcə kəskinləşən tıxac probleminin səngiməsində də mühüm rol oynamış olar”.
Deputat ikinci mühüm məsələdən bəhs edib: “Monopoliya və ondan qaynaqlanan haqsız rəqabət yerli istehsalımızın potensialımıza layiq səviyyədə inkişafına mane olur. Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, “haqsız rəqabət bizim üçün böyük problemlər yaradır”... Monopolistlər öz imkanlarından istifadə edib müxtəlif üsullarla rəqiblərini sıradan çıxarırlar. Bir sıra istisnaları çıxmaq şərtilə, manopolistlər hansı sahədə bir qədər gəlir görürsə, o saat ora da əl qoymağa çalışır və fərqində deyillər ki, bunun ucbatından xeyli insan evinə bir parça çörək aparmaq imkanlarından belə məhrum edilir.Monopolistlər bir manatlıq əlavə məhsul istehsal etmədən və ya gətirmədən süni qiymət artımı hesabına əhaliyə milyard manatlarlaziyan vururlar. Ona görə də idxaldan asıllığımız çox güclüdür. Ölkəmizdə istehsalı mümkün olan şeylərin çoxu xaricdən gətirilir. İslahatları dərinləşdirməklə Rəqabət Məcəlləsinin tam gücü ilə işləyə bilməsinin təmin edilməsi işinin sürətləndirilməsi; haqsız rəqabətə qarşı və iri kapitalın sosial məsuliyyətinin gücləndirilməsi istiqamətində təsirli tədbirlər görülməli; kiçik, orta və iri biznesin fəaliyyətinin effektiv kombinasiyasına nail olmaq lazımdır. İslahatları dərinləşdirməklə monopoliyaların daha da güclənməsinə imkan verən mühitdən - kiçik, orta və iri biznesin fəaliyyətinin effektiv kombinasiyasına əsaslanan mühitə keçid, Azərbaycan üçün çox önəmli olan bir məsələnin həllini -cəmiyyətində orta təbəqənin payının artmasını da sürətləndirəcəkdir. Ona görə də obyektiv əsaslarda sahibkarlar arasında sosioloji sorğular keçirilməli və onun nəticələrindən istifadə edilməklə iqtisadiyyatda açılımlara gedilməlidir”.
Ə.Məsimli bildirib ki, korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizənin gücləndirilməsi, kölgə iqtisadiyyatının dairəsinin daraldılması, iqtisadiyyatın genişləndirilməsi,sahibkarlarla müxtəlif qurumların məhkəmə işlərində həmişə haqlının tərfəndə olan ədalətli məhkəmə sisteminin formalaşdırılması çox vacibdir.
Həmçinin qeyd edib ki, gələn il Bakıda COP 29-dan irəli gələn, eləcə də meşəçiliyə həsr olunacaq tədbir keçiriləcək:
“Bu kontekst Azərbaycanda meşələrin qorunması və genişləndirilməsi məsələsinə diqqətin daha da artırılmasını ön plana çəkir. Onsuz da iqtisadi tərəqqiyə təkan verə biləcək səviyyədən 2-3 dəfə az olan meşələrimizinn qırılmaqda davam etməsi ekologiyaya ciddi mənfi təsir göstərir. Sel təhlükəsini artırır. Həm də insanlar qışdan çıxmaq üçün lazım olan qədər oduna min manatdan və ondan da çox pul xərcləməli olurlar. Kəndlərdə bir sıra sakinlər odun almağa maddi imkanı olmadığından, həyətlərindəki meyvə ağaclarının bir hissəsini kəsib odun kimi qışa tədarük yığırlar. Bəs bu işin nəticəsi 3-4 ildən sonra necə olacaq? Ona görə də bu prosesin və meşələrin qırılmasının qarşını almaqdan ötrü Şəkinin 20-dən, Qaxın isə 30-dan artıqkəndinin timsalında Azərbaycanın qazlaşdırılmayan bütün kəndlərininqazlaşdırılması işinin sürətləndirilməsinin maliyyə təminatının gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsini, eləcə də qaz limitinin mərhələlərlə götürülməsini vacib hesab edirik”.
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 2024 16:42
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 2024 15:30
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41