Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Ölümündən 2 ay sonra cəsədi tapılan tələbə Könülü qətlə yetirən şəxsin istintaqdakı ifadəsi məlum olub. Könülün itkin düşməsi xəbərindən sonra sosial şəbəkələrdə onun axtarışına da qoşulan Elvin İsmayılzadənin qətl törətməsi şübhəli hərəkətlərindən sonra üzə çıxıb.
Musavat.com xəbər verir ki, Könül Ağayevanın qətli ötən ilin ən səs-küylü cinayət işlərindən biri idi.
22 yaşlı Könülün itkin düşməsindən sonra onun sonuncu görüşdüyü şəxs kimi 21 yaşlı Elvin İsmayılzadə diqqət mərkəzində idi. Sonda şübhələr gerçəyə döndü.
Könül Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi idi. Elvin isə Lənkəranda dönərxanada işləyirdi. Onların tanışlığı da elə dönərxanada olub. Aralarında sevgi münasibəti yaransa da sonradan Elvin bu münasibəti davam etdirmək istəməyib. 2022-ci ildəki tanışlıq bir neçə ay davam edib. Elvin əsgərliyə getdikdən sonra onların əlaqəsi bir müddətlik kəsilib.
Elvin əsgərlikdən qayıtdıqdan sonra tiktok sosial şəbəkəsində tanımadığı şəxsin onun şəkillərini paylaşdığını görüb. Həmin şəxsə əlaqə nömrəsini verərək kim olduğunu öyrənməyə çalışıb. Ona zəng edən şəxs Könül olub. Könül Elvinə neçə vaxtdır onu axtardığını deyib. Elvin isə əsgərlikdə olduğunu bildirib. Bundan sonra Könül yenidən Lənkərana gəlib və onlar görüşüb. Qətl hadisəsi də sonuncu görüş zamanı baş verib.
Elvin ifadəsində baş verənləri belə danışıb:
“Könül mən işləyən dönərxanaya gələndə tanış olmuşduq. Axşamlar işdən sonra görüşürdük. 2022-ci ilin martın sonlarında Könülün ciddi münasibət düşünərək ailə qurmaq fikrinin olduğunu gördüm. Mən isə bunu istəmirdim. Könüldən ayrılmaq qərarına gəldim. Müxtəlif bəhanələr gətirərək Könüldən ayrılmaq istədiyimi deyirdim. Könülə yalandan narkoman olduğumu da dedim. Amma Könül məndən ayrılmaq istəmirdi. Sonra mən əsgərliyə gedəndə əlaqə kəsildi. Onunla danışmadıq. Əsgərlikdən gələndən sonra da onunla əlaqə saxlamadım. Sonra dostlarım şəkillərimin tiktokda yayıldığını dedilər. Həmin şəxslə əlaqə saxlayanda Könül olduğunu öyrəndim. Ailəsi ilə problemlərinin olduğunu, ailəsinin onu başqa şəxslə evləndirmək istədiyini dedi. Bildirdi ki, evdən çıxıb, artıq pulu da qurtarıb. Lənkərana gəlib iş axtarmaq istəyirdi. Məni görmək üçün bir günlük Lənkərana gələcəyini dedi. Mən də bunun öz işi olduğunu söylədim”.
Elvin ifadəsində bildirib ki, Könül Lənkərana gələndə dostu Xəyalın evində bir gün qalması üçün ona şərait yaradıb:
“Xəyal işlədiyi restoranda gecələdiyi üçün kirayə yaşadığı ev boş idi. Xəyaldan bir günlük icazə istədim. O da razılaşdı. Xəyal qonşular bilməsin deyə gecələr dəhlizin işığını yandırmamağı tapşırdı. Könül Lənkərana gələndə onu qarşılayıb evə apardım. Mən yaşadığım evə qayıtdım. Onunla telefonla danışırdım. Bir gün keçəndən sonra ondan Bakıya qayıtmasını istədim, amma razılaşmadı. Könül hər telefon danışığında mənimlə mübahisə edirdi. Onu aldatdığımı, sevmədiyimi, intihar edəcəyini və günahkarın mənim olacağımı deyirdi. Mənə psixoloji təsir edirdi. Könülün özünə nəsə edəcəyindən qorxurdum”.
Elvinin dediklərinə görə Könülə nə qədər təkid etsə də Bakıya qayıtmayıb. Dəfələrlə arlarında mübahisə yaşanıb. Bir dəfə də Könül mübahisə zamanı huşunu itirib. Köməyə Xəyal da gəlib. Onlar arasında növbəti mübahisə Könülün kartından pulun çıxarılmasına görə olub. Elvin deyib ki, kartda pul olmayıb. Amma Könül onun kartından pulu Elvinin çıxarmasından şübhələnib və onunla mübahisə edib. Sonra Elvin qardaşlarından borca pul alaraq Könülə verib və onu Bakıya yola salmaq istəyib. Amma Könül yenə də getmək istəməyib.
Elvinin dediyinə görə Könülə yalandan evli olduğunu, uşaqlarının olduğunu deyib. Növbəti dəfə də buna görə mübahisə ediblər.
“Könül yenə də məndən əl çəkmədi. Bıçaqla üstümə hücum etdi. Bıçağı əlindən alıb boynunu əllərimlə sıxdım. Sonra onun hərəkətsiz olduğunu görüb çarpayıya uzatdım. Onun nəbzini yoxladıqda nəbzinin döyünmədiyini gördüm. Ona süni nəfəs verib, ürək masajı etsəm də ayılmadı. Onun öldüyünə əmin oldum. Bir anlıq şoka düşdüm. Otaqdan çıxıb zal ilə evin çıxış qapısına getdim. Könülün özünə gəlib polisə şikayət edə biləcəyini düşündüm”- deyən Elvin naqil götürərək Könülü yenidən boğub və bu dəfə öldüyünə əmin olub.
Hadisədən sonra qardaşlarının yanına gedən, onlara kömək edib dönər satan Elvin Könülün telefonunu da özü ilə götürüb və dənizə atıb.
Baş verənləri dostu Xəyala danışan Elvin ondan kömək istəyib. Xəyal əvvəlcə qorxsa da sonra dostuna kömək etməyi qərarlaşdırıb.
Evə gedərək meyiti nə edəcəklərini planlaşdırıblar. Meyiti başqa yerə apara bilməyəcəklərini düşünüblər. Buna görə də zirzəmidə basdırmağa razılaşıblar. Zirzəmini qazan zaman Elvinə qardaşı zəng edib. Qardaşının yanına gedən Elvin dönərxanada onlara kömək edib və bir müddət sonra yenidən qayıdıb. Ona qədər isə Xəyal yeri qazmağa davam edib.
Elvin geri qayıdandan sonra birlikdə meyiti qazılan yerə gətiriblər. Basdırdıqdan sonra həmin hissəyə xalça səriblər. Sonra da stol və divan da gətirərək həmin otağa qoyublar ki, diqqət çəkməsin.
Könülün əşyalarını zibil qutusuna atıblar, şəxsiyyət vəsiqəsini isə yandırıblar. Bir-birlərinə də diqqət çəkməməklə bağlı xəbərdarlıq ediblər.
Könülün itkin düşdüyünü bilən ailəsi Elvinlə əlaqə saxlayıb. Elvin Könüldən xəbərinin olmadığını deyib. Hətta Könülün nənəsi ilə Bakıda da görüşüblər. Sonra polisə məlumat verilib. Xəyalla Elvin əvvəlcədən razılaşdıqları kimi polisə ifadə veriblər. Hətta polis Könülün öldürüldüyü evə də gəlib. Amma ilk baxışda şübhəli heç nə diqqət çəkməyib.
Elvin bundan sonra özünü şübhələndirməmək üçün Könülün fotolarını sosial şəbəkələrdə paylaşaraq guya onu axtardığını qeyd edib.
İfadəsinin sonunda Elvin əməlindən paşman olduğunu, sadəcə, anasının səhhətinə görə qətli gizlətdiyini deyib. Sonra isə polis əməkdaşları onun şübhəli hərəkətlərindən cinayətin üstünü aça biliblər.
Qeyd edək ki, Elvin Cinayət Məcəlləsinin 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və və 326-cı (rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinərək 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
5 yanvar 2025 19:57
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
5 yanvar 2025 19:39
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
5 yanvar 2025 18:49
- Ərdoğan qonşusunun yas mərasimində Quran oxudu - VIDEO
5 yanvar 2025 12:23
- Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
5 yanvar 2025 00:08
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
4 yanvar 2025 22:33
- Bakıda sərnişin avtobusu TIR-la toqquşdu - Ölən var
4 yanvar 2025 13:24
- Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı
4 yanvar 2025 12:51
- İki rəfiqənin dəhşət saçan qətl planı: Ərinin sevgilisini öldürdü VİDEO
4 yanvar 2025 11:55
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
4 yanvar 2025 11:43
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
05 yanvar 20:51
- Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
05 yanvar 20:40
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
05 yanvar 19:57
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
05 yanvar 19:39
- AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar
05 yanvar 19:24
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
05 yanvar 18:49
- Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
05 yanvar 15:36
- Zeynəb Xanlarova 43 il əvvəl - FOTO
05 yanvar 14:14
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 13:23
- Bağırsaqları təmizləyir: Səhərlər =10 dəqiqəlik qayda= qəbizliyin qarşısını alır
05 yanvar 13:09
- Gürcüstanda yeni nazirlik yaradıldı
05 yanvar 12:34
- Ərdoğan qonşusunun yas mərasimində Quran oxudu - VIDEO
05 yanvar 12:23
- Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
05 yanvar 00:08
- Dünyanın ən yaşlı insanı VƏFAT ETDİ
04 yanvar 23:11
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
04 yanvar 22:33
- lBakı həbsxanasında MƏHKUM ÖLDÜ
04 yanvar 14:43
- Bakıda sərnişin avtobusu TIR-la toqquşdu - Ölən var
04 yanvar 13:23
- Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı
04 yanvar 12:51
- Almaniya ölkələrinə dönən HƏR suriyalıya 1200 avro verəcək
04 yanvar 12:43
- İki rəfiqənin dəhşət saçan qətl planı: Ərinin sevgilisini öldürdü VİDEO
04 yanvar 11:55
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
04 yanvar 11:43
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21