Dövlət qurumları vətəndaşların zənglərinə niyə CAVAB VERMİR ? - SORĞU
Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.
STM-dən Modern.az-a verilən məlumata görə, monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.
Günün birinci yarısında 25 mərkəzi icra hakimiyyəti orqanının hər iki kommunikasiya xətti üzrə cavab verilmiş zənglər 66.5% (300 zəng), cavab verilməmiş zənglər 33.5% (151 zəng) təşkil edib. Günün ikinci yarısında edilən zənglərin ümumi olaraq 70.3%-nə cavab verilib (317 zəng), 29.7%-nə (134 zəng) cavab verilməyib.
Stasionar nömrələrə edilən ümumi zənglərin 47.3%-i (229 zəng) cavablandırılıb, 52.7%-i (255 zəng) cavablandırılmayıb.
Ümumilikdə, qaynar xətlər üzrə cavab verilmiş zənglər 92.8% (388 zəng), cavab verilməmiş zənglər 7.2% (30 zəng) təşkil edib.
Stasionar nömrələrə günün birinci yarısında edilən zənglərin 45.0%-nə cavab verilib, 55.0%-nə cavab verilməyib. Qaynar xətlərə günün birinci yarısında edilən zənglərin 91.4%-nə cavab verilib, 8.6%-nə cavab verilməyib.
Stasionar nömrələr üzrə günün ikinci yarısında cavab verilmiş zənglər 49.6%, cavab verilməmiş zənglər 50.4% təşkil edib. Günün ikinci yarısında qaynar xətlər üzrə zənglərin 94.3%-i cavablandırılıb, 5.7%-cavablandırılmayıb.
Ədliyyə Nazirliyi - monitorinq çərçivəsində stasionar nömrələrə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib.
Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 9 saniyə, günün ikinci yarısında 53 saniyə olub.
Nazirliyin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında qaynar xəttə edilən bütün zənglərə cavab verilib.
Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 1 dəqiqə 14 saniyə, günün ikinci yarısında 46 saniyə olub.
Daxili İşlər Nazirliyi - stasionar əlaqə vasitəsinə günün birinci və ikinci yarısında edilən bütün zənglərin mütləq əksəriyyətinə - 86.4%-nə cavab verilib, 13.6%-nə cavab verilməyib. Stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddəti günün birinci yarısı üzrə 20 saniyə, günün ikinci yarısı üzrə 27 saniyə olub.
Qaynar xətt son üç ildə yüksək operativ fəaliyyətini davam etdirərək günün birinci və ikinci yarısı üzrə bütün zəngləri cavablandırıb.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında zənglərin cavablandırılmasında orta müddət 2 saniyə olub.
Səhiyyə Nazirliyi - stasionar nömrəyə edilən zənglərin 59.1%-nə cavab verilib, 40.9%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 11 saniyə, günün ikinci yarısında 6 saniyə olub.
Qaynar xətt üzrə zənglərin 95.5%-nə cavab verilib, 4.5%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 1 dəqiqə 6 saniyə, günün ikinci yarısı üzrə 17 saniyə olub. Göründüyü kimi, günün ikinci yarısında zənglərə daha tez cavab verilib.
Təhlillər stasionar nömrələrdən fərqli olaraq, qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərə daha tez cavab verildiyini göstərib.
Elm və Təhsil Nazirliyi - stasionar nömrələrə günün birinci və ikinci yarısında edilən zənglərə ümumiyyətlə cavab verilməyib.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 77.3%, cavabsız zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 1 dəqiqə 58 saniyə, günün ikinci yarısında 2 dəqiqə 32 saniyə olub.
Mədəniyyət Nazirliyi - stasionar nömrələrə edilən zənglərin 13.6%-nə cavab verilib, 86.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 19 saniyə, günün ikinci yarısında 44 saniyə olub.
Qaynar xətt üzrə cavab verilmiş zənglər 77.3%, cavab verilməmiş zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 11 dəqiqə 34 saniyə, günün ikinci yarısında 8 dəqiqə 5 saniyə təşkil edib. Günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında zənglərə 3 dəqiqə 29 saniyə gec cavab verilib. Hər iki kommunikasiya xətti üzrə təhlillər stasionar nömrələrlə müqayisədə qaynar xəttə edilən zənglərə daha tez cavab verildiyini göstərib. Aparılan təhlillər nəticəsində stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xəttə edilən zənglərə daha gec verildiyi məlum olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixlərində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 2024 11:54
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 2024 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54