Azərbaycan tarixində mühüm gün - Bakının AZAD OLUNMASINDAN 106 il ötür
Musa Qasımlı: “100 ildən artıq, əslində, bir neçə əsrlik siyasəti Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vurub dağıtdı”
Sabah - sentyabrın 15-i Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümüdür. Bakının Qurtuluş Günüdür.
106 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni və bolşeviklərin nəzarəti altında idi. Bu halda isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önündə anım mərasimi keçirilir.
Təəssüf ki, illərdir çoxsaylı tələb-təkliflərə baxmayaraq, Bakıda Nuru Paşaya heykəl qoymaq mümkün olmur. Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin qurulmasında ən əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətlərdən biri olan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində Azərbaycanda heç bir addım atılmamasının səbəbini izah etmək olduqca çətindir. Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur. Qardaş Türkiyə ilə “Şuşa Bəyannaməsi”ni imzalamışıq. O bəyannamədə əslində 100 il öncəki missiya bir də xatırladılır. Xatırladılır ki, dar günümüzdə bir-birimizə dəstək verək, dəstək verməyi də hüquqi cəhətdən əsaslandırmışıq. Bundan sonrakı yaxın gələcəkdə Nura paşaya Bakı şəhərində abidə qoyulacağına ümidlər artıb.
Qeyd edək ki, regionumuzdakı mövcud geosiyasi gərginliklər, reallıqlar hardasa 106 il öncəkini xatırladır. Yenə bölgəmizdə böyük sülhə əsas əngəl erməni amili olaraq qalır.
Tarixçi professor, millət vəkili Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, Cənubi Qafqazda mövcud olan şərait yüz ildən çox yürüdülmüş siyasətin nəticələrindən biridir. Ermənilərin Azərbaycanın şimal torpaqlarına köçürülməsi, onların hesabına varlanması, siyasi terror təşkilatlarını yaratması, böhranlı anlarda yerli əhalini dədə-baba torpaqlarından qovub çıxararaq “böyük Ermənistan” xülyalarına qapılmaları, Rusiya imperiyasının bundan öz məqsədləri üçün istifadə etməsi həmişə Cənubi Qafqazda gərgin şəraitin yaranmasına gətirib çıxarıb: “1917-ci ildə çarizmin süqutundan sonra regionda baş verən bütün qan-qadalar, mənfiliklər üçün məsuliyyəti erməni siyasi terror təşkilatları və daşnak Ermənistanı daşıyıb. 1920-ci ildə Cənubi Qafqaz respublikaları, bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra hakimiyyətə gələn erməni kommunistləri əslində daşnak siyasətini davam etdiriblər. Bu siyasət özünü indi Ermənistan adlandırılan və əslində Azərbaycanın qərbi olan ərazilərdə azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsində, yerli əhalinin sıxışdırılıb qovulmasında, 1988-ci ildən sonra kütləvi şəkildə deportasiya olunmasında özünü göstərib. Bütün bunlar azmış kimi Ermənistan Azərbaycan ərazilərinə əsassız iddialar irəli sürüb, Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlayıb. 1918-ci ildə Bakını belə ələ keçirib azərbaycanlılara qarşı qırğınlar törədən ermənilər bu siyasətlərini 20-ci əsrin sonlarında da daha kəskin şəkildə davam etdirdilər. 100 ildən artıq, əslində bir neçə əsrlik siyasəti müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vurub dağıtdı. İşğlaçı ərazilərimizdən çıxarıldı, Azərbaycan ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi və separatçılığın tam kökünü kəsdi. Qazanılan bu qələbə əhəmiyyətinin miqyasına görə Azərbaycan sərhədlərini aşır, Ermənistanın, onun havadarlarının məğlub edilməsi deməkdir. Qazanılan qələbəni Azərbaycan hərbçisi, dövləti və xalqı qazandı. Bu qələbənin memarı isə Azərbaycan tarixinin ən böyük strateqi İlham Əliyevdir. Ermənistan və ermənilər isə bu gün də regionda sülhə qarşı olan amil olaraq qalırlar”.
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 2024 21:25
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 2024 20:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 2024 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54