SSRİ-nin pullarını “çəkən” rəssam - uzunömürlü Dubasovun ömrü qısa olan pul əskinazları
Mədəniyyət13 sentyabr 2020 23:46

Adi bir təsadüf, sevdiyi qızın ona göstərdiyi kiçik bir qəzet elanı İvan Dubasovu SSRİ-nin ən tanınmış şəxslərindən birinə çevirib. 1922-ci ildə dərc olunmuş həmin elanda Oktyabr inqilabının beşinci ildönümü münasibətilə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilib.
Dubasov bu müsabiqədə iştirak etməyə qərar verib. Hazırladığı eskizləri Moskvaya göndərdikdən bir ay sonra o, paytaxta dəvət olunub və onu qalib elan ediblər. Dubasovun bu uğuru təkcə mükafat almaqla bitməyib, ona həm də, Moskvada iş təklif ediblər.
İvan Dubasov 1897-ci ildə Moskva vilayətinin Odintsovo rayonunda anadan olub. Atası maliyyə kontorunda müfəttiş köməkçisi işləsə də, boş vaxtlarında karikaturlar çəkərək redaksiyalara göndərib və müqabilində qonorar alıb. Atasının bu talantı oğluna da keçib. İvan Dubasov uşaqlıq illərindən vaxtının əsas hissəsini rəsm çəkməyə sərf edib. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Bədii Sənaye Akademiyasında ali təhsil alıb. Akademiyanı əla dərəcəli diplomla bitirdikdən sonra o, Sibir gimnaziyalarının biri ilə əlaqə yaradaraq, həmin təhsil ocağında rəsm və rəsmxət fənlərinin tədris edəcəyi ilə bağlı razılığa gəlib.

Birinci Dünya müharibəsinin başlanması Dubasovun planlarını yarımçıq qoyub, o, hərbi xidmətə yollanıb. Müharibə ərəfəsində yatalaq xəstəliyinə yoluxmağı ilə onu ordudan xidmətə yarasız kimi tərxis ediblər.
Xidmətdən qayıtdıqdan sonra ailədə Dubasovun işlə təmin edilməsi əsas mövzuya çevrilib. Bir müddət işsiz qalan gənc rəssam nəhayət, məktəblərin birində rəsm müəllimi işləməyə başlayıb. Oktyabr inqilabından bir il keçdikdən sonra Dubasov yenidən hərbi xidmətə çağırılıb. Bu dəfə o, orduda mədəni-kütləvi tədbirlərin keçirilməsi işində çalışıb.
1922-ci ildə hərbi xidmətdən tərxis olunan Dubasov yenə də iş axtarmağa başlayıb. Bir neçə ay ərzində çox qapılar döysə də, rəssam üçün iş tapılmayıb. Nəhayət, günlərin birində sevdiyi qız, gələcək həyat yoldaşı Vera qəzetdə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı keçirilən müsabiqə haqqında dərc olunan elanı ona göstərəndə, Dubasov müsabiqədə iştirak edib və qalib seçilib. Bu müsabiqə onun gələcək karyerasının başlanğıcı olub.

1924-cü ildən İvan Dubasov pul əskinazlarının dizaynı üzərində işləməyə başlayıb. Həmin il Leninin vəfatından sonra onun xatirə markasının eskizi də Dubasova həvalə edilib.
İvan Dubasov 1926-cı ildə SSRİ dövlət nişanları, sikkələri, orden və medalları İstehsalı Baş İdarəsinə (Qoznak) böyük rəssam, 1932-ci ildə isə baş rəssam təyin olunub. O, təqaüdə çıxana, 1971-ci ilə qədər bu vəzifədə işləyib.
Sovet dövrünün demək olar ki, bütün pul əskinazlarının dizaynı məhz İvan Dubasov tərəfindən verilib. Bu ərəfədə onun yaradıcılığında maraqlı hadisələr də az olmayıb.
1938-ci ildə buraxılan 3 rublluq əskinazın üzərində işləyərkən Dubasov işi qəbul edən komissiya rəhbərlərinin təpkisi ilə üzləşib. Belə ki, əskinazın üzərində həkk olunan əsgər şəklində əleyhqaz kəmərdən aşağıda təsvir olunub. Yüksək vəzifəlilər bu şəkli sərt tənqid edərək hərbi forma geyiminin kobud surətdə pozulduğunu, bu əsgəri daha çox nizamsız bir əsgərə bənzədiyini bildiriblər. Dubasov tənqidləri təmkinlə qarşılayaraq hərbi nizamnaməni komissiya üzvlərinin qarşısına qoyub və göstərib ki, nizamnaməyə görə əleyhqaz kəmərdən aşağı hissədə daşınmalıdır.

Həmin il 5 rublluq əskiznazın eskizi ilə bağlı xüsusi komissiyada mübahisələr yaranıb. Dubasov əskinazın üzərində iki uşaqla birgə gənc ana şəklini əks etdirib. Komissiya üzvlərindən biri bu qadını ərindən boşanmış və aliment almağa tələsən qəzəbli bir qadın kimi qiymətlədirib. Çarəsiz qalan Dubasov əskinazdan həmin şəkli yığışdırmağa məcbur olub və onu paraşütçü ilə əvəz edib.
1961-ci ildə SSRİ-də pul islahatları aparılanda Nikita Xruşovun göstərişi ilə məzuniyyətdə olan İvan Dubasovun arxasınca Krıma təyyarə göndərilib. Pul islahatına hazırlıq məxfi keçirildiyindən rəssam bir müddət xüsusi mühafizə altında işləyib.
İvan Dubasov həmçinin SSRİ-nin dövlət istiqrazlarının da hazırlanmasında əsas şəxslərdən biri olub. Həmçinin Sovet İttifaqı qəhrəmanı və Sosialist Əməyi qəhrəmanlarına verilən medalların, "Lenin” ordeninin, marşal rütbələrinin də dizaynı onun tərəfindən hazırlanıb. SSRİ-nin gerbinin hazırlanmasında həmmüəlliflərdən biri də məhz o olub.
Dubasov təkcə SSRİ-nin pullarının deyil, həm də Bolqarıstanın, Almaniyanın (ADR), Çinin, Monqolstanın pul əskinazlarını da "çəkib”.

1971-ci ildə 74 yaşında təqaüdə çıxsa da, tanınmış rəssam bir çox dövlət səviyyəli layihələrin aparıcılarından biri olub.
İvan Dubasov uzun illər SSRİ-nin ən populyar jurnal və qəzetləri ilə əməkdaşlıq edib, Rəssamlıq Akademiyasında mühazirələr oxuyub.
Bir sıra dövlət mükafatları ilə təltif olunan rəssam 1945-ci ildə dövrün ən ali mükafatı sayılan "Lenin” ordeninə layiq görülüb. Onun haqqında kütləvi informasiya vasitələrində çoxsaylı yazılar dərc olunub, televiziyada verilişlər çəkilib.
Gərgin iş rejimində işləməsinə baxmayaraq İvan Dubasov heç vaxt səhhətindən şikayətlənməyib və o, uzun bir ömür sürüb. Dubasov 1988-ci ildə, 90 yaşında vəfat edib. Elə vəfatından bir neçə il sonra da "çəkdiyi” pullar tarixin arxivinə qovuşub...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya