VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir.
NUH.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadla Pravda.az saytı yayıb.
C. Həsənli iddia edir ki, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
Məlumata dair Hicran Hüseynovanın münasibətini dərc etməyə hazırıq.