Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
![](https://www.nuh.az/uploads/posts/2024-12/thumbs/big_1735111560_torn.jpg)
400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılır; deputat Elçin Mirzəbəyli: “Bir müddət öncə ortaq əlifbamız yaradıldı, indi isə xəritəmiz yaradılır - niyyət və mesaj ortalıqdadır”
Türk Dövlətləri Təşkilatı (TDT) ortaq türk əlifbası qərarından sonra Türk dünyasının ortaq xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlib. “Yeni Müsavat” bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə İdarəsinin baş direktoru general-mayor Osman Alp məlumat verib.
O, Ankarada TDT-nin Xəritəçəkmə Qurumunun 1-ci toplantısında TDT və Türk dünyası xəritəsinin hazırlanması ilə bağlı razılığa gəlindiyini açıqlayıb: “Ankarada keçirilən ilk görüşdə TDT ölkələri arasında kartoqrafiya sahəsində əməkdaşlığın ilk praktiki tətbiqi olaraq, Türk Dövlətləri Təşkilatı və Türk dünyası xəritələrinin hazırlanması ilə bağlı konsensus əldə olunub”. General bu kontekstdə türk dövlətlərinin ortaq tarixi keçmişlərinə diqqət çəkib: “Türk dili kimi xəritənin də ölkələrimizi bir araya gətirəcəyini, birliyimizi, həmrəyliyimizi təmin etməyə mühüm töhfə verəcəyini düşünürük. Ortaq türk dünya xəritəsi ortaya çıxanda o xəritəyə baxan bütün vətəndaşlarımız coğrafi baxımdan uzaq görünən türk dövlətlərinin əslində çox yaxın olduğunu anlayacaqlar. Türk birliyini hiss etdirməyin və göstərməyin ən həyəcanlı və asan yolu xəritədir. İnanırıq ki, ortaq Türk dünyası xəritəsi oxşar cəhətlərimizi və zəngin türk mədəniyyətini asanlıqla göstərəcək. Bu xəritə türk birliyi adına tarixi və mədəni bağları olan türk dövlətlərini bir araya gətirəcək əhəmiyyətli bir simvol olacaq. Birlikdə hazırlayacağımız xəritə bu dövlətlərin mənşəyinə, tarixinə və mədəniyyətinə işarə edəcək, türk dövlətlərinin tarix boyu qurduğu bağları əyani şəkildə görüb anlamağa imkan verəcək”.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin 14 fevralında keçirilən andiçmə mərasimində Türk dünyasına böyük önəm verdiyini yüksək tribunadan bəyan etmişdi. Sitat: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı daha sonra deyib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Budur, Türk Dövlətlər Təşkilatı artıq növbəti mühüm addımı atır ki, bu da təqdir olunur. Proseslər Turanın qurulmasına, Zəngəzur dəhlizinin yenidən işlək hala gətirilməsi ilə uzun müddət ayrı salınmış türk dövlətləri arasında körpülərin bərpasına aparır. Özü də Zəngəzur dəhlizinin - Turan qapısının açılması həm də Avropa və Asiya arasında birləşdirici rol oynayacağını nəzərə alsaq, bu, həm də dünyanın ayrı-ayrı qütblərindəki türklər arasında da birləşdirici vasitə rolunu oynayacaq, deyə bilərik. Söhbət təbii ki, Avropadakı türklərlə, Çindəki uyğurlar və digər türk qardaşlarımız arasında əlaqənin formalaşdırılmasından gedir. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ilin iyununda Çin Xalq Respublikasına səfəri çərçivəsində təsadüfən Sincan Uyğur muxtar bölgəsini ziyarət etməmişdi. Kaşqar və Urumçi şəhərlərində olan türkiyəli nazir burada Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Ma Sinruy və muxtar rayon hökumətinin rəhbəri Erkin Tuniyazla görüşmüşdü. Nazir Urumçi şəhərində "Yanghang" məscidi və Beynəlxalq Böyük Bazarı gəzib, yerli əhali ilə görüşərkən türk qadınla diqqətçəkən söhbət etmişdi. Bunun özü tarixin sınaqlarına məruz qalmış uyğur türkləri ilə bağlı aydın mesaj idi. Bütün bu gedişatın fonunda türk coğrafiyasının ortaq xəritəsinin hazırlanması məntiqəuyğundur və olduqca mühüm məsələdir. Bu, həm də 21-ci əsrin Türk əsri olacağı barədə hələ ötən əsrdən leksikona daxil olan gözləntinin reallaşmasının daha bir sübutudur. Dünyada yaşayan 400 milyona yaxın türkün mövcud olduğu ərazilərin xəritəsi hazırlanırsa, bu, həm də türk kimliyinin heç bir məkanda, həmçinin ucqarlarda sahibsiz olmadığı anlamını verir, necə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən daim Türkiyənin dəstəyini gördü, yaxud İraq və Suriyadakı türkmən qardaşlarımızın üz tutduğu ünvan Türkiyə oldu və bu gün də onların təhlükəsiz şəraitdə geri qayıdışı təmin olunur. Ümid edirik ki, türklərin müdafiəsi sivil formada həllini tapacaq və təhlükəzislik çətiri qurularkən Turan ordusunun işə qarışmasına ehtiyac olmayacaq.
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında öncə qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumunun yaradılması faktının özü çox önəmli hadisədir və TDT-nin institutlaşması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilməlidir: “Son bir neçə il ərzində, demək olar ki, bütün istiqamətlər üzrə TDT-nin təşkilatlanması prosesini müşahidə edirik və bütün bunlar, sadəcə TDT-nin beynəlxalq təşkilat statusunun möhkəmləndirilməsi kimi qəbul olunmamalıdır. Beynəlxalq təşkilatların institutlaşması prosesinin bütün istiqamətləri əhatə etməsi zəruri deyil. Bir qayda olaraq, beynəlxalq təşkilatların institutlaşması prosesində, ən yaxşı halda dövlət və hökumət başçıları zirvəsinin, xarici işlər nazirləri şurasının və parlamentlərarası təsisatların yaradılmasını müşahidə edirik. TDT isə üzv dövlətlərdə mövcud olan bütün mərkəzi idarəçilik sistemləri müstəvisində təşkilatlanır. Bu, TDT-nin, qənaətimə görə, Avropa İttifaqının təşkilati-hüquqi modelində təşkilatlanmasına işarə edir”. E.Mirzəbəyli xatırlatdı ki, bir müddət öncə ortaq əlifbamız yaradıldı, indi isə xəritəmiz yaradılır: “Niyyət və mesaj ortalıqdadır. Türk dövlətləri, öz vətəndaşları ilə yanaşı, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyini, rifahını təmin etmək üçün təşkilatlanır və vahid bir güc mərkəzinə çevrilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, əcdadlarımızın vəsiyyəti yerinə yetirilir. Tarix sübuta yetirdi ki, ədalətin, haqqın başqalarının ümidinə buraxılması zülmün, istibdadın ərşə çıxmasına zəmin yaradır. Dünyanın, ən azından Avrasiyanın türkün ədalətinə, mərhəmətinə ehtiyacı var və bu gün o gündür! Türk dünyasının vahid xəritəsi, eyni zamanda bizim dil və mədəniyyət birliyimizi nümayiş etdirməklə yanaşı, tarixi coğrafi bağlarımızın da bütövlüyünü göz önünə sərgiləyəcək. Bizə son 150-200 il ərzində Altay nəzəriyyəsini sırımaqla, ana südü kimi halal torpaqlarımızı mənimsəyərək hazırda sahibi olduğumuz torpaqlara da ""gəlmə" olduğumuzu" təlqin etməyə çalışanlara Türk Dövlətlərinin xəritəsi, zənnimcə, ən böyük cavabdır". Amma deputat hesab edir ki, bununla da kifayətlənmək lazım deyil: “Göytürk xaqanlığından başlayaraq, bu günədək mövcud olan bütün türk dövlətlərinin ortaq xəritələrini hazırlamaq lazımdır. Mete də, Bilgə xaqan da, Atilla da..., Sultan Səlim də, Şah İsmayıl da, Əmir Teymur da... bizimdir. Tarix boyu yaradılan bütün Türk Dövlətləri və onların qurucuları bizim əcdadlarımızdır, babalarımızdır”.
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib QАÇD
3 fevral 2025 23:46
- DTX və DİN 8 terrorçunu məhv etdi! ƏMƏLİYYAT ÇƏKİLİŞİ - RƏSMİ
3 fevral 2025 11:51
- Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxdı
3 fevral 2025 11:42
- Bu gün Gənclər Günüdür
2 fevral 2025 00:12
- Veysəloğlu Şirkətlər Qrupu və -OBA- marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib
31 yanvar 2025 19:58
- Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR
30 yanvar 2025 21:07
- Niyazi Mehdi əməliyyat olundu
30 yanvar 2025 14:11
- Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
30 yanvar 2025 00:39
- Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı DÖYDÜ
29 yanvar 2025 15:16
- Akif Əlizadə: Məsləhət oldu ki istefa verim, Ramiz Mehdiyev gəlsin - Müsahibə
29 yanvar 2025 11:17
- 53 MİN insanın öldüyü Kahramanmaraş zəlzələsindən iki il ötür
06 fevral 00:28
- Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - FOTO
05 fevral 23:59
- Ərdoğan almaniyalı həmkarı ilə görüşüb
05 fevral 23:30
- Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
05 fevral 22:40
- FİLOSOF -EKONАZİR Muxtar Babayev KİMDİR? (DOSYE)
05 fevral 22:06
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26