Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
Əkrəm Həsənov: “Cinayət törədən bilsə ki, ömürlük cəza alacaq, ona hər hansı bir güzəşt olunmayacaq, bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq”
Çin məhkəməsi 3,06 milyard yuanı (təxminən 426 milyon dollar) mənimsəmiş və rüşvət almış Hohhot Texno-İqtisadi İnkişaf Zonasının keçmiş rəhbəri Li Jianpin haqqında ölüm hökmü çıxarıb. Edama məhkum olunan şəxsin bütün şəxsi əmlakı müsadirə edilib.
Bu hadisə Azərbaycanda korrupsiyaya görə həbs edilən, milyonlar mənimsədiyi sübuta yetirilən məmurların bir müddət sonra hansısa yolla məhkəmələrdə cəzalarını azaltması, 3-5 il sonra azadlığa çıxıb oğurladıqları ilə keyfini davam etdirməsini yada salır və müqayisə üçün əsaslar yaradır. Bir çox ekspertlər bildirir ki, ölkədə uzun illərdir aparılan antikorrupsiya, antirüşvət əməliyyatlarına rəğmən büdcə oğurluqlarının yeni gələnlər tərəfindən davam etdirilməsi həm də məhz həbs edilmiş korrupsionerlərin tez bir zamanda azadlığa çıxması, bəzi hallarda az cəza alması ilə əlaqədardır. Bizdə də Çindəki kimi ən ağır cəza, ömürlük həbs tətbiq olunsa, rüşvət, korrupsiya azalar, minimuma enərmi?
Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun əks motivasiyadır, korrupsiyanın qarşısını almaq əvəzinə onun genişlənməsinə xidmət edir: “Korrupsiya ilə əsasən kim məşğul olur? Məmurlar. Onlar korrupsiya ilə aşkar məşğul olurlar? Əlbəttə, yox, bunu gizli edirlər. Deməli, məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Başqa sözlə, məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır. Digər tərəfdən, dövlət büdcəsinin icrası üzərində ictimai nəzarətin qanunverici təminatı olmalıdır. Hər bir dövlət qurumu (hərbi və təhlükəsizlik sahələri istisna olmaqla) xərclərini gündəlik əsasda onlayn rejimdə saytında dərc etməlidir: Hamı üçün aşkar olmalıdır ki, xalqın pulları hara gedir. Başqa misal: dövlət vəsaiti hesabına güzəştli kreditləşdirmə şəffaf deyil. Hər bir sahədə. Mərkəzi Bankın kreditləri də, ipoteka kreditləri də, sahibkarlara güzəştli kreditlər də və s. qeyri-şəffaf şəraitdə verilir. Qanunla nəzərdə tutmaq lazımdır ki, belə kreditlər də kredit verən qurumların saytlarında tam açıqlanmalıdır. Amma əlbəttə, qanunvericiliyin icrasında da xeyli problem var. Məsələn, "Dövlət satınalmaları haqqında" Qanun var, amma ona əməl edən dövlət qurumlarını barmaqla göstərmək olar. Hər il üzrə potensial satınalmaların planı qabaqcadan dərc olunmalıdır. Demək olar ki, əməl edən yoxdur. Digər misal: açıq tenderlər elektron qaydada hökumət portalında keçirilməlidir. Amma buna çox nadir hallarda rast gəlmək olar.
Onun tərəfdarıyam ki, korrupsiya cinayətlərinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Amnistiya, əfv korrupsiya cinayətlərinə görə həbs olunanlara şamil olunmasın. Cinayəti törədən bilsə ki, ömürlük cəza alacaq, ona hər hansı bir güzəşt olunmayacaq, bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq. İndiki halda isə sistemsiz şəkildə iş aparılır. Ədalətsizlik də elə budur. Büdcə pullarını oğurlayan da fikirləşir ki, oğurlayaram, oğurladığımın bir hissəsini qaytararam, açıb buraxarlar məni. Azərbaycanda korrupsiya ilə ancaq icra başçıları məşğul olmur. Dövlət məmurlarının mütləq əksəriyyəti bu işlə məşğuldur. Publik hüquqi şəxslər də bura daxildir. Formal olaraq dövlət qulluqçusu hesab edilmirlər. Amma büdcədən maliyyələşirlər və əlləri çatan pulları özününküləşdirə bilirlər. Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduğu mövqe də bu cinayətin genişlənməsi üçün münbit şərait yaradır. Toyuq oğrusuna 11 il cəza verilirsə, o, 11 ildən sonra azadlığa çıxır. Büdcədən milyonları oğurlayan, əhalinin aztəminatlı ailələrinə ayrılan qəpik-quruşu belə qamarlayan məmur isə 11 il cəza alır və uzağı 5 ilə azadlığa çıxır. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 10 milyonlarla manat büdcə vəsaitini oğurladı, tutuldu və məhkəmədən şərti iş verib azad etdilər. Səlim Müslümovun büdcədən külli miqdarda oğurluqdan sonra azadlıqda qaldığını görən digər məmur nə fikirləşəcək? Fikirləşəcək ki, əlini korrupsiyaya bulaşdırdınsa, bacardıqca daha çox oğurlamalısan ki, tutuldun, bir hissəsini verib məhkəmədən azadlığa çıxa biləsən. Azərbaycanda qanunların bu şəkildə tətbiqi korrupsiya cinayətlərinin qarşısını almır, əksinə, korrupsiya cinayətlərinin daha miqyaslı şəkildə törədilməsini stimullaşdırır. Az oğurlayan tutulanda həbsdən canını qurtara bilmir. Çox oğurlayan isə (Səlim Müslümov nümunəsində bunu gördük) rahat şəkildə canını həbsdən qurtara bilir. Mümkün qədər çox oğurlayanın tutulanda azadlıq şansı da çoxdur".
Əkrəm Həsənov
Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda belə təəssürat formalaşıb ki, sərt qanun qəbul edildisə, cinayətin də qarşısı alınacaq. Əslində isə belə deyil: “Qanun qəbul edəndə fikirləşilməlidir ki, reallıqda tətbiqi necə olacaq. Qanunu qəbul etməklə deyil ki. Qanunun işləməsini təmin etmək lazımdır. Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun var. Çox təəssüf ki, bu qanun işləmir! Bu qanun əks-motivasiyadır. Yəni korrupsiyanı stumullaşdıran qanundur. Məmur da qanunla tanış olur, görür ki, büdcəni nə qədər çox yesə, ələ keçəndə bir o qədər də çox azadlıq şansı var. Ona görə də büdcədən oğurluğu bacardığı qədər çox edir. Bunun əsas səbəbləri sırasında ictimai nəzarətin olmaması, məmurların gəlir bəyannaməsi verməməsidir. Bütün dövlət reyestrləri də bağlıdır. Halbuki bütün dövlət reyestrləri açıq olmalıdır ki, istənilən məmurun nəyi var, nəyi yoxdur bu bilinsin. Sabah məmur həbsə alınanda hamı bilməlidir ki, bunun nəyi var, nəyi yoxdur. Azərbaycanda isə bunu yalnız hüquq-mühafizə orqanı bilir və həbsə alınan məmur da onu tutanla razılaşmağa meyl edəcək. Çünki qarşısındakı da məmurdur, o da qazanmaq istəyir. Əlini bulaşdırmaq istəməsə, ondan yuxarıdakı bulaşdıracaq. Şəffaflıq olsa, hər kəs biləcək ki, məmurların nələri var, harada var? Bu halda korrupsiya cinayətlərinin qarşısını almaq mümkün olacaq".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
5 fevral 2025 19:33
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
5 fevral 2025 15:42
- Prezident Ərdoğana başsağlığı verdi
5 fevral 2025 15:15
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
5 fevral 2025 12:09
- Aqil Abbas АRVАD sözünə görə üzr istədi
4 fevral 2025 21:50
- Niyə 5 dəqiqədən bir deyilməlidir ki, siyasi məhbuslarınız var?!
4 fevral 2025 00:00
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib QАÇD
3 fevral 2025 23:46
- Televiziyalarda arvad boğuşmasında həkimlərin, dərmanların reklamı gedir
3 fevral 2025 23:28
- 37 ailənin qazı, işığı niyə kəsilib? Ölənə qədər bu binadan çıxmayacağam- VIDEO
3 fevral 2025 20:46
- Deputat: Suriya bizim üçün mənəvi Vətəndir
3 fevral 2025 14:56
- Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu - FOTO
05 fevral 23:59
- Ərdoğan almaniyalı həmkarı ilə görüşüb
05 fevral 23:30
- Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
05 fevral 22:40
- FİLOSOF -EKONАZİR Muxtar Babayev KİMDİR? (DOSYE)
05 fevral 22:06
- Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 fevral 20:49
- Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüşüb
05 fevral 19:57
- Anardan Səməd Vurğunla bağlı qalmaqala reaksiya: Oğulları yoxdur, mən sağam
05 fevral 19:33
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
05 fevral 18:41
- Azərbaycan xaricə 20 MİNDƏN çox diri at satıb – İllər üzrə siyahı
05 fevral 18:13
- Prezident naziri vəzifəsindən azad etdi
05 fevral 17:51
- Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM
05 fevral 16:35
- Müstəqil Kürdüstan dövlətinin yaradılması mümkündürmü ?
05 fevral 15:42
- Anar və Rəsul Rza yolumda çəpər oldular – Əlisa Nicat danışdı
05 fevral 15:27
- Prezident Ərdoğana başsağlığı verdi
05 fevral 15:15
- Yazılanlar yalandır - Vahid Əhmədov
05 fevral 15:00
- Onlara yeni vəzifə verildi
05 fevral 14:44
- SON DƏQİQƏ: Vahid Əhmədov xəstəxanaya yerləşdirildi – ALMANİYADA
05 fevral 14:05
- Salona gedən qadın tanınmaz hala düşdü
05 fevral 13:37
- Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
05 fevral 12:39
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
05 fevral 12:30
- İlhamə Bədəlova və =Nə varsa= – Sosial dəyişiklik yaradan unikal layihə
05 fevral 12:09
- Suriyanın birinci xanımı Lətifə kimdir? - Osmanlı İmperiyasında... - FOTOLAR
05 fevral 12:00
- Jurnalist Şəmşad Ağa saxlanılıb
05 fevral 11:44
- Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...- АNАR
05 fevral 01:27
- İsveçdə təhsil mərkəzində atışma - 10 ölü var
05 fevral 01:19
- Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ
05 fevral 01:00
- Novruzovdan daha bir açıqlama:Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil
05 fevral 00:48
- Saleh Məmmədovun müavinlərinin sayı ÇOXАLДDI – Prezidentdən fərman
05 fevral 00:41
- İrana casusluq etmiş keçmiş Britaniya hərbçisinə 14 il iş verildi
05 fevral 00:26
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
05 fevral 00:20